banner banner banner
Günahsız günahkar. Roman. Hissə – 3
Günahsız günahkar. Roman. Hissə – 3
Оценить:
Рейтинг: 0

Полная версия:

Günahsız günahkar. Roman. Hissə – 3

скачать книгу бесплатно


Ramiz narahat oldu – olara: nə xəstəxanası? rəyis dərindən nəfəs alıb – Ramizə: gəl mənimlə, mətbəxtdə getdi. Ramizdə rəyisin ardınca getdi mətbəxdə. Nərgiz baxa qalmışdı Aylının soyuqluğuna, Tahirə baxdı, Tahirində yanında Sərdar dayanmışdı. Sərdar gölərini dikib baxa aqalmışdı Aylına. Tahir işarə etdi ki gəlsin özü ilə otağa, Nərgiz getdi Tahirlə. Aylın Sərdardan çəkinirdi, mətbəxt tərəfə baxdı ki Ramiz gəlirmi. Sərdar anlayırdı Aylının özündən çəkindiyini və bu onu dahada dəli edirdi. Aylının ən sevmədiyi insanı xatırlaması ürəyini ağrıdırdı. Sərdar – Aylına: əyləşsənə canım, Aylın başıyla yox deyə işarə etdi, yenə mətbəxt tərəfə baxdı, az vaxtdan Nərgizlə Tahir qayıtdılar. Nərgiz özünü zor tuturdu ağlamamaqçün Tahir danışmışdı olanları, Nərgiz Aylının qolundan tutub mehribanlıqla əyləş. Aylın əyləşdi, Nərgizdə yanında əəyləşdi.

Aylına üzgün baxışlarla özünə baxan Sərdara baxdı, Sərdarın gözləri yaşardı, Aylın görməsin deyə kənara baxıb göz yaşını sldi. Tahir – Aylına: dostum sənə çay hazırlasınmı Nərgiz? Aylın – Tahirə: dostunmu? biz dostuqmu? Nərgiz Aylının əlindən tutub, – Aylına: həmdə can bir dostsunuz Tahrlə. Məndə sənin bacınam, ayaq üstə dayanıb baxan Sərdarı göstərib – Aylına: oda sənin sevgilin Sərdardı, mənədə qardaş sayılır. Aylın Sərdara baxdı, sevgilimmi? Nərgiz – Aylına: çoxdan səni sevir, ancaq bunu biz bilirik sən yox. Mən bilirəm ki qardaşım ürəyini sənə açınca özü qocalar, elə sözləri söyləməkdə tənbəlliyi var, elə deyilmi qardaşım? Sərdar yavaş səslə – Nərgizə: elədi gözəl bacım. Aylın yavaşca – Nərgizə: yaman kobut qardaşın var, Nərgiz gülümsəməyə çalışdı. Nərgiz – Aylına: elə görünsədə ürəyi çox gözəldir bacım, işiylə əlaqəli ciddidir sadəcə üzünün ifadəsi. Aylın – Nərgizə: harda işləyir o? Nərgiz yavaş səslə – Aylına: polisdir Sərdar. Aylın polisdir sözünü duyduğunda, axlından olub keçənlər keçməyə başladı. Xatırladı Sərdarın özünə silah tutumağa öyrətməsini, bir anlıq beynindən o qədər şeylər keçdi ki, oturduğu yerdən ayağa qalxıb ağrıdan gözlərini yumub dayandı. Nərgizdə ayağa qalxdı, Aylın heçnə eşitmirdi, gözlərini açıb baxdı. Başı dönürdü yıxılacaqdı ki, Sərdar anladı cəld yaxınlaşıb tutdu, qucağına alıb otağına apardı Aylını. Tahirdə – Nərgizdə ardınca getdilər.

Ramiz eşitdiklərindən dəhşətə glmişdi, – rəyisə: siz bu qızın başına bəla oldunuz bəla. Baxsana sizin üzünüzdən başına gəlməyənlər qalmadı, birdə bular yetmirmiş kimi, yazığın axlınıda aldı başından oğlun sonunda. Rəyis – Ramizə: bax bizdə üzgünük oğlum, Sərdar Aylını sevir bilirsən, Aylında Sərdarı sevir. Səni xatırladı Sərdarı xatırlamadı, bu oğlumçün ağız bir zərbə oldu, səndə yardımcı ol gərçəkləri xatırlamasına qıza. Ramiz – rəyisə: sizin gerçəyinizədə o birinizədə, Allah bəlanızı versin. Mətbəxtdən çıxıb getdi əsəblə, rəyis dərindən nəfəs alıb, başınnı narazılıqla sirkələdi.

Sərdar Aylını yatağına uzadıb yanında əyləşdi, – Aylına: canım indi həkim çağıracam, Aylın yavaş səslə, lazım deyil. Ramiz gəldi otağa, Aylın Ramizi görüb kövrəldi – Ramizə: hardaydın birdənəm? apar məni burdan. Ramiz Aylına yaxınlaşıb, qucaqlayıb öpdü üzündən. Sərdara tərs – tərs baxıb – Aylına: indi gedirik burdan evimizə və bizə kim isə mane ola bilməz. Sərdar Aylının Ramizi xatırlamasından çox əsəb olurdu, ayağa qalxıb Ramizin qolundan tutaraq nifrətlə baxdı ona. Ramiz qolunu Sərdarın əlindən çəkib – Sərdara: baxmaram bu dəfə kimsən nəçisən, səni öldürərəm bu qızın başına birdə xəta gəlsə. Aylını qucağına alıb əsəblə baxdı Sərdara, gedək canım evimizə burdan.

Nərgizlə Tahir baxa qaldılar Ramizin ardınca. Sərdarı kəssələr qanı çıxmazdı, elə əsəbləşmişdi ki Ramizin sevdiyini qucağına alıb aparmasına, əli – qolu bağlı qalmışdı çarəsiz. Aylın Ramizi xatırlayırdı, başqalarını xatırlamağa çalışsada, alınmırdı.

Ramiz Aylını qucağında evdən çıxarıb aparırıdı, Aylın Ramizin üzünə baxıb, əli ilə üzünə sığal çəkib saçlarını qarışdırdı. Aylının bu hərəkəti Ramizin çox xoşuna gəlirdi, qucağında apardığı Aylına baxdı çarəsiz gülümsəyərək.

Sərdar isə hələdə yerində qalmışdı donub, Nərgiz kövrəldi bütün olanlardan, yaxınlaşıb Sərdarı qucaqlayıb ağladı hönkürüb. Tahirdə dərindən nəfəs alıb kənara baxıb üzüldü, həm qardaşının bu halına, həmdə bircəçik dostunun yaddaşını itirməsinə.

Ramiz Aylını evə gətirmişdi, isti limonnu çay hazırlayıb gətirdi yatağına, Aylın yerində oturdu. Ramizdə yanında əyləşib – Aylına: iç canım limonnu çay hazırladım sənə. Aylın ikki əli ilə çay fincanını tutub bir qurtum içib – Ramizə: dayım çox darıxmışdır indi bizimüçün. Ramiz istəmirdi atasının haqda eşitsin, ancaq Aylının bu halında deyə bilmirdi gerçəkləri. Ramiz – Aylın: sən onu düşünmə canım, iç çayını yaşı olacaqsan. Aylın – Ramizə: biz bura nə vatı gəldik? o adamlar kim idi? biz niyə oların evindəydik? Ramiz Aylının suallarına cavab verməkdə çətinlik çəkirdi. Ramiz – Aylına: olar bizim iş yoldaşlarımızdı canım, Aylın əllərini sıxıb xatırlamağa çalışdı. Aylın – Ramizə: biz hardasa işləyirikmi? Ramiz pis olurdu Aylının yaddaşının itməsinə görə, – Aylına: hə canım, səninlə ikimiz olarla ortaq şirkət açmışıq. Aylın xatırlamadı – Ramzə: yadımda deyil birdənəm, niyə mən xatırlamıram? nə oldu mənə?

Ramiz dərindən nəfəs alıb baxdı. Aylının üzünə sığal çəkdi əliylə – Aylına: sənin çantanı oğurlamaq istəmişlər yolda. Səndə dava etmisən alçaqlarla və olarda səni vurmuşlar başından, o üzdən xatırlamırsan canım, üzülmə yaxşı olacaqsan mən yanındayam.

İçəri Bahar girdi həyəcanla – Aylına: qızım yaxışanmı? gəlib Aylını qucaqlayıb öpdü. Aylın gülümsəyərək, baxdı Bahar xalasını tanıdı. Bahar xala xəsislik etmişəm yolda çantamı verməmişəm, ona görədə başımdan zərbə almışam. Necə deyəllər? xəsislər iki qat ödəyəllər, mənimkidə ondan olmuş. Əlimdən çantamı buraxsaydım olmazdı belə, əli ilə başının vurulan yerinə toxundu, ofuldadı.

Bahar Ramizə baxdı anlamdı yazıq arvad nə dediyini. Ramiz işarə etdi ki, gərçəyi deməməkçün yalan danışıb Bahar anladı, üzgün baxışlarla baxıb – Aylına: ah qızım ah, bu nə bəladır sənin başından çəkilmir heç qara bulud kimi. Aylın əlindəki çayı Ramizə verdi, Baharın əllərindən tutub mehribanlıqla gülümsəyərək, canım Bahar xalam mənim üzülmək yox, yaxşıyam bax. Hər kəsin başına gələ biləcək bir hadisədi, Dilqəm neynir sözünə qulaq asırmı? hardadıq o. Bahar əllərindən öpüb – Aylına: Dilqəm yaxşıdı qulaq asır sözümə, evdədir qızım. Aylın-Bahara: bu nədir xəstə kimi yerimdə qalmışam, gedək birdənəm çox qəşəng çay hazırlamış içəyin birlikdə. Gülümsəyib, baxıb zarafatla – Ramizə: çaylar səndən birdənəm. Ramiz gülümsəyərək, – Aylına: sən qalx canım mən hazırlayıram indi. Aylın ayağa qalxdı, Baharı qucaqlayıb gülümsədi, vallah yaxşıyam Bahar xala narahat olma. Baharı mehribanlıqla özünə sıxaraq, otaqdan çıxdılar, Ramiz Aylınçün canınıda verərdi, ardlarınca çıxdı otaqdan.

Sərdar özünə yer tapa bilmirdi, evdə oyana – buyana gəzirdi düşünürdü, düşüdükçədə axlı oynayırdı az qala yerindən. Birdən bağıraraq, vurub otağındakı əşyaları qırmağa başladı. Səsə qaçıb Tahirlə atası gəldilər, Tahir Sərdarı tutub saxlamağa çalışdı. Sərdar əl – ayaqla vurub sındırırdı hər şeyi, Tahir saxlaya bilmirdi Sərdarı. Atası tutub boynundan ikki əlləriylə sıxıb çağırdı oğlunu. Sərdar oğlum özünə gəl, sən vurub qırmaqla iş həll olunmaz, Sərdar atasını özündən kənara itələyə bilmədi. Dərindən – dərindən nəfəs alaraq baxdı kövrəldi, – atasına: mən nə edim ata? nə edim mən? gözləri yaşardı. Gözümün önündən apardı o tip Aylını, həmdə qucağına alaraq apardı, sanki onun sevgilisiymiş kimi. Sərdar bağıraraq danışırdı, – olara: sevdiyimdə məni deyil o tipi xatırladı, de mən nə edim? varmı verəcək məsləhətin? atası oğlunu bərk – bərk tutub qucaqladı. Atası – Sərdara: bu dəqiqə sakitləşməkdən başqa çarən yoxdur oğlum, Sərdar əsəbindən atasını qucaqlayıb bağıraraq ağladı. Tahir otaqdan çıxdı dözmədi dostunun bu halına. Nərgizdə kənarda dayanıb ağlayırdı olanları duyub.

Beləcə günlər keçirdi, bir sabah Aylın Ramizlə işə gəldi. Dilqəm oları görüb ayağa qalxıb gülümsəyərək, qarşılarına getdi – Aylına: vayy mənim qonşum gəldin sonunda iş yerinə, xoş gəldin. Aylınla qucaqlaşıb görüşdülər, işçilərdə – Aylına: xoş gəldin Aylın xanım, – olara: sağolun xoş gününüz olsun. Aylın xatırlamırdı çalışdığı yeri, Vəfa gəldi qaçaq, amanda kim gəlmişşş, gəlib sarıldı Aylına,. Vəfanıda xatırlamırdı Aylın, Ramizə baxıb çiyinlərini çəkdi. Vəfa Aylının üzündən öpüdü, dodağının pomadasının izi qaldı Aylının üzündə. Vəfa gülümsəyərək, Aylının üzünü sildi – Aylına: darıxdıq canım bacım sənsiz. Aylın heç kimi xatırlamırdı qalmışdı çətin vəziyyətdə. Ramiz – Aylına: gedək canım otağımıza, Ramiz – Vəfaya: Vəfa xanım işlə əlaqəli bizə ayid hər şeyi gətir. Vəfa gülümsəyərək, – Ramizə: baş üstə Ramiz bəy.

Ramiz Aylının qolundan tutub apardı çalışdıqları otağa, qapını açıb içəri keçdilər. Aylın otağa baxdıb – Ramizə: burda bizmi çalışmışıq? Ramiz əynindəki pencəyini çıxarıb asdı. Hə canım orası sənin masandır, Aylın keçib öz kreslosuna – masasına baxdıb əyləşdi, biraz düşündü xatırlamadı heçnəyi. Ramizdə yerinə keçib əyləşdi, qapı döyüldü, içəri Vəfa gələb əlindəki pafkanı qoydu Ramizin qarşısına. Vəfa – Aylına: sənə qəşəng bir qəhvə hazırlayım bacım, sən mənim hazırladığım qəhvəni özləmişsən bilirəm. Aylın Ramizə baxdı xatırlamırdı, çətin vəziyyətdə qalırdı. Ramiz gülümsəyərək, – Aylına: Vəfa xanım bizim katibəmizdir canım, həqiqətən sən sevirdin onun hazırladığı qəhvəni, yəni məndə Vəfa xanım.

Vəfa gülümsəyərək, – Ramizə: anladım Ramiz bəy iki qəhvə hazırlayım mən sizə, çıxdı otaqdan. Aylın – Ramizə: sizin aranızda nə isə varmı Vəfa xanımla? Ramizi öskürük tutdu – Aylına: yox canım o bizim sadəcə katibəmizdir. Sən indi xatırlamırsan, əslində Vəfa xanımı sən almısan işə. Aylın dərindən nəfəs alaraq – Ramizə: xatırlamıram canım heç kimi, necə pis bir şeydir xatırlamamaq, Aylın üzüldü. Ramiz ayağa qalxıb gəlib Aylının arxasında dayandı. Əyildi masaya tərəf – Aylına: bax canım bu kampyuteri açmaq lazımdır, düyməsini basdı kampyuterin açıldı, bütün işlər burdadır. Aylın uşaq kimi Ramizə baxdı altdan yuxarı, Ramiz Aylının alnından öpüb gülümsədi. Ramiz – Aylına: mən sənə yardım edəcəm çalışa bilməsən, Aylın başını qaşıyıb baxdı kampyuterə. Barmaqlarını oynadaraq dümələrin üstündə tutudu, ancaq hardan başlayacağını bilmədi. Ramiz anladı – Aylına: sən yorma özünü mən sənə yardım edəcəm, bax bunu basırıq, sonra bunu. Aylına yardım etməyə başladı arxasında dayanaraq.

Qapı açıldı içəri Sərdar girdİ, Aylının ardında dayanmış Ramizi görüb dəliyə döndü. Ramiz heç kefini pozmadan – Sərdara: sənə qapını döyməyi öyrətməyiblərmi? Sərdar Aylına baxdı. Aylın Sərdara yad adama kimi baxdı, altdan yuxarı uşaq kimi baxıb – Ramizə: bu bizimləmi çalışır? – Aylına: təssüf ki hə canım, sən bularla iş qurdun mənim narazılığıma baxmayaraq. Aylın qapıda dayanan – Sərdara: bağışlayın xatırlamadım sizi, siz mənə yolda görüb yardım etmisiniz, təşəkkür edirəm çox sağ olun. Ramiz – Sərdara: çantasını əlindən alarkən alçaqlar vurmuşdular başından, unutdunmu? onu deyir canım, Sərdar anladı. Ramiz Aylına gərçəyi deməmişdi, baxdı üzgün baxışlarla – Aylına: bir şey deyil canım, səninçün canımıda verərəm mən. Əlindəki kağızları Aylının masasına qoyub, çıxdı qapını bərk çırpdı.

Aylın qapının səsinə səksəndi, Ramiz Aylının çiyinlərindən tuturaq – Aylına: qorxma canım mən ardındayam. Aylın mehribanlıqla Ramizin əlinin üstünə əlini qoyub – Ramizə: o mənə niyə canım dedi? məndən ötrü canını verərəm nə deməkdi? anlamadım. Ramiz tez başını qatdı – Aylına: canım işimizlə məşğul olaq, boş – boş şeylərlə vaxtımızı keçirməyək, elə deyilmi? Aylın başıyla hə deyə işarə etdi. Ramiz Aylını çox istəyirdi, Aylının başından öpüb, oxx qoxuna qurban olum mən, bax burdadır bütün işlə əlaqəli dokumentlərimiz. Kampyuterdə göstərib, izah etməyə başladı Aylına. Qapı döyüldü içəri Vəfa girdi əlində ikki fincan qəhvəylə. Ramiz – Aylına: bax mədəni insan belə olarlar, gördün qapını döyərək girdi içəri. Vəfa qəhvələri qoydu masaya, anlamışdı Sərdarın oların yaxın durduqlarını görüb əsəblə çıxdığını. Sizə nuş olsun canlarım mənim, Ramizlə Aylın təşəkkür edilər. Vəfa – olara: mən çıxım Sərdar bəyin əsəbinə tuş gəlməyim, tez otaqdan çıxdı.

Sərdar oturub gözlərini bir nöqtəyə zilləyib yumuruğunuda sıxıb tutmuşdu, atası oğlunun düşdüyü bu halına çox yanırdı, dözmədi qalxıb otaqdan çıxıb getdi. Sərdar heç gözlərini belə qırpmadı qapınnın vurulan səsinə.

Rəyis gəldi Aylınla Ramizin çalışdığı otağa, qapını döyüb içəri girdi, Ramiz Aylına hər şeyi izah edib anlatmışdı iş haqda. Aylın kampyuterdə çalışırdı, Ramizdə öz yerində əyləşmişdi. Rəyisin girdiyini gördükdə Aylın ayağa qalxdı, – rəyisə: biz sizinlə bir çalışırıqmış, rəyis üzgün olsada gülümsəməyə çalışdı. Rəyis – Aylına: hə qızım yaxında xatırlayacaqsan hər şeyi. Ramizdə sənə yardımcı olaçaq, elə deyilmi oğlum? Ramiz – rəyisə: mən əimdən gələni edirəm. Artıq kampyuterdə sərbəst çalışmağa başladı, xatırladı tez bəzi şeyləri çox şükür, iş ortağı olan oğlunuzdan başqa. Söz verirəm oğlunuzdan başqa hər şeyi xatırlamasına əlimdən gələni edəcəm, siz narahat olmayın. Rəyis bilirdi Ramiz yardım etməyəcəkdi heç vaxdı Aylın Sərdarı xatırlasın. Rəyis – Aylına: qızım əyləş ayaqda qalma, Aylın əyləşdi, rəyis yaxınlaşıb üzgün baxışlarla baxaraq – Aylına: qızım sən məni qırmassan bilirəm, mən artıq oğlumla işləyə bilmirəm bir otaqda. Yerlərimizin dəyişdirilməsində səndən xayiş etsəm, qırmassan məni elə deyilmi? Ramiz anlamadı nə demək istədiyni rəyisin. Aylın – rəyisə: əlbətdə yoldaş rəyis buyurun, nə etməyimi istəyirsiniz? – Aylına: sən Sərdarla bir otaqda çalışacaqsan, mən isə Ramizlə burda birlikdə.

Ramiz ayağa qalxdı əsəblə – rəyisə: nə münasibətlə sizin oğlunuzla bir otaqda çalışacaqmış Aylın? rəyis – Ramizə: sən bilirsən nə münasibətlə. Rəyis – Aylına: nə deyirsən qızım, razısanmı? Aylın çiyinlərini çəkib – rəyisə: mənə fərqi yoxdur yoldaş rəyis. Bilirsiniz unutduğum çox şeylər var, Ramiz mənə yardım edir burda. Məncə oğlunuzda yardım edər xatırlamadığım şeylərdə, necədə olsa iş ortağıyıq. Ramiz Aylına baxıb başıyla yox getmə deyə işarə etdi. Aylın kreslosunu arxaya çəkib kampyuterni götürdü, – rəyisə: qalanlarıda gəlib aparaçam, otaqdan çıxıb getdi.

Ramiz – rəyisə: yenə göndərdiniz qızı o qəddar oğlunuzun yanına, indi nə edəcək sənin manyak oğlun ona? rəyis Ramizə əsəbləşdi, bəsdir yetər. Hər gün oğlumun halına baxıb üzülürəm, çarəsizəm imanın olsun biraz. Ramiz bağırdı! – rəyisə: sizin imanınız vardımı qızı bu hallara salanda? imandan danışır mənə, əsəblə qapını açıb çıxdı getdi. Rəyis yorulmuşdu bütün olanlardan, keçib əyləşdi Aylının kreslosunda öz – özünə: Allahım sən mənə səbir ver.

Aylın qapını döyüb içəri girdi, Sərdqar hələdə bir nöqtəyə baxıb oturmuşdu. Aylın Sərdarın fikirli olduğunu görüb, qapını birdə döydü içəridən, Sərdar baxdı Aylına. Aylını quxağında kampyuterlə görüb tez ayağa qalxdı, – Aylına: canım nə oldu? – Sərdara: rəyis burda çalışmamı xayiş etdi. Sərdar anlamadı, Aylın keçib kampyuteri masaya qoyub – Sərdara: yəni səndən bezib yerlərimizi al dəyiş etməyimizi xayiş etdi. Sərdar indi anladı atasının nə üçün etdiyini, Aylının yanında çalışmağa razı olmasına sevindi – Aylına: mən artıq səni üzməyəcəm canım. Aylın masadan rəyisin əşyalarını kənara edib – Sərdara: yardım etsənə buları toplayaq. Sərdar tez yaxınlaşıb, əşyaları toplamağa kömək etdi. Aylına baxırdı masadan əşyaları toplayarkən, ancaq Aylın heç Sərdara baxmırdı. Sərdar Aylına baxıb gülümsədi, çox darıxmışdı Aylınçün, onu öpmək bağrına basmaq istəyirdi. Ancaq istəmirdi Aylını qorxuzsun, bu qədər yaxın olma şansı olmuşdu təkrar Aylınla. Sərdar Aylına baxıb pıçıltılı səslə – Aylına: bir gün hər şeyi xatırlayacaqsan canım. Aylın – Sərdara: bax bir daha mənə canım demə əsəb oluram, mən sənin canın filan deyiləm. Sərdar – Aylına: tamam ca,,,, Aylın xanım səhvimizi düzəltməyə çalışarıq. Aylın rəyisin kampyuterini Sərdarın qucağına qoyub – Sərdara: apar atana ver buları, ordan gələrkən mənim əşyalarımıda gətir, işimiz çoxdur. Nə baxırsan? Sərdar gülümsəyib, baş üstə Aylın xanım əmir edərsiniz. Sərdar otaqdan çıxıb getdiyində Aylın az qala nələrisə xatırlayacaqdı, biraz düşündü, yenənə fikirləri qarışdı xatırlamadı. Aylın öz kampyuterini masaya qoyub baxdı ətrafa, öz – özünə: öz otağım yaxşı idi, ancaq nə edək rəyisin sözünü yerə salmaq olmazdı. İnşallah mənidə bezdirməz bunun oğlu, nə atasına oxşamayan oğlanmış.

Axşam olurdu, Nərgiz mətbəxtdə yemək hazırlayırdı. Tahir gəlib Nərgizi qucaqladı arxadan – Nərgizə: canım çox yoruldun sən, biraz dincəlsənə. Nərgiz qazanın qapağını götürüb baxdı yeməyə, – Tahirə: az qaldı hər şey hazırdı canım. Qardaşım gil gələnə yemək hazırdı, sən danışdınmı Sərdarla? nə deyir, Aylın xatırlayıbmı onu? Tahir dərindən nəfəs alaraq masaya söykənib baxdı. Tahir – Nərgizə: yox xatırlamayıb, ancaq bir otaqda çalışmağa başlayıblar. Nərgiz sevindi – Tahirə: inşallah xatırlayar canım bacım mənim, bax sən ya mənidə xatırlamadı yazıq, nə edək incimək olmaz ondan. Biz ona hər şeyi xatırladacağıq, elə deyilmi canım? Tahir gülümsəyib, Nərgizi qucaqlayıb bağrına basıb alnından öpərək, əlbətddə ömrüm yardım edəcəyik dostuma.

İş saatı bitmək üzrə idi, Sərdar saatına baxdı, Aylın kampyuteri söndürüb telefonunu götürüb ayağa qalxdı. Sərdar – Aylına: Aylın xanım mən səni evə çatdırım icazə versən, qapı açıldı Ramiz girdi içəri – Aylına: canım hazırsansa çıxaq. Sərdar əsəblə – Ramizə: sənə içəri girdiyində qapını döyməyə öyrətməyiblərmi? Ramiz heç Sərdarı saymadı. Ramiz – Aylına: canım aç olmuşam, ikimizçün restoranda masa hazırlatmışam gedək, işində yorğunluğu çıxsın canımızdan. Sərdara acıq edirdi Ramiz, Aylın gülümsəyərək, – Ramizə: oh birdənəm elə bil ürəyimi oxumuşsan, çox gözəl etmişsən məndə acdım yoruldum. Ramiz qolunu göstəri, b qoluna girməsini işarə etdi – Aylına: Aylın xanım buyurun. Aylın gülümsəyərək, gedib Ramizin qoluna girib çıxdılar otaqdan. Sərdar baxa qaldı ardlarınca, Aylına vaxt ayıra bilmədiyiçün çox peşman idi indi. Keçən günlərinin qədrini bilmədiyinə görə çox üzüldü.

Ramizlə Aylın şirkətdən çıxıb Dilqəmin maşınına əyləşib getdilər, atasıyla Sərdar şirkətdən çıxarkən gördülər oların necə zarafatlaşıb deyə gülə getdiklərini. Atası – Sərdara: gedək oğlum, maşınlarına tərəf gedib əyləşdilər. Sərdar çox əsəbi idi, burnunun ucundan sevdiyini aparırdı başqası, baxa qalırdı. Maşını işə salıb əsəblə qaza basdı getdi, ardıncada atası getdi öz maşınla.

Ramizlə Aylın restorana gəldilər, Ramiz hazırlatan masaya yaxınlaşdılar, afisant masanı göstərib getdi. Ramiz Aylının əyləşməsi üçün yardım etdi, Aylın əyləşib təşəkkür eti. Ətrafa baxıb – Ramizə: burası çox gözəlmiş. Mənim şəhərimin hər yeri gözəldi, elə deyilmi? Ramiz gülümsəyərək, – Aylına: artıq bizim şəhərimiz deyəcəyik canım. Afisant gəldi şərabı açıb südü bakallara – Ramizə: başqa əmriniz varmı? – afisanta: hələki yoxdur təkkür etdi, afisant getdi. Ramiz şərab bakalını götürüb – Aylına: canım sənin varlığının şərəfinə içək, yaxşı ki varsan mənimçün. Aylın şərab bakalını götürüb – Ramizə: birdənəm mənim hər şey qarşılıqlıdır inan, məndə qürur duyuram sənin kimi dayım oğlu olduğuçün. Bakallarını yavaşdan toqquşduraraq içdilər, Aylın azaçıq içib bakalı qoydu masaya. Ramiz şərabın hammısını içib, ohh çox gözəl oldu, əlindəki boş bakalı masaya qoyub Aylına baxdı. Aylın gülümsəyərək, – Ramizə: birdənəm biraz bu şirkət haqda mənə xatırlatsana, biz hardan tanışıq o insanlarla? necə olarla ortaq şirkərt açdıq biz?

Ramiz istəmədi danışsın Aylına gərçəkləri, elə bu vaxtdı yemək gətirdilər. Ramiz – Aylına: canım bax sənin sevdiyin yeməkləri hazırlatmışam, tez söhbəti dəyişdi, ayağa qalxıb Aylının yanında əyləşdi – Aylına: canım səni mən yedirdəcəm. Aylın Ramizi çox istəyirdi, xətrinə dəymirdi heç vaxtı. Ramiz yeməkdən boş qaba çəkib, əli ilə Aylına yedizdirdi. Aylında Ramizə yeməklərdən verib zarafatlaşa -zarafatlaşa yeməklərini yeyirdilər.

Sərdarda oturmuşdu evdə masa arxasında, fikri Aylının yanında idi, atası iki dəfə təkrar yeməyini ye desədə, duymamışdı. Nərgiz Sərdarın yanında əyləşmişdi, əiylə Sərdarın qolundan sirkələdi – Nərgizə: nə isə dedinmi bacım? atası dərindən nəfəs alıb baxdı oğluna. Mən dedim oğlum yeməyini ye, Sərdar anlayırdı hamı özünə görə yeməyini yemirdi normal. Çəngəli götürüb yeməkdən yedi, mmm bacım nə gözəl olmuş yemək, əllərinə sağlıq. Nərgiz – Sərdara: nuş olsun qardaşım. Sərdar çalışdı gizlətsin dərdini. Sərdar – Tahirə: qardaşım sənə mələk çatmış mələk. Tahir baxdı gülümsəyib, – Sərdara: bilirəm qardaşım bacının mələk olduğunu, sənədə mələk kimi Aylın dostum çatmış, heç paxıllıq etmə. Tahir sözü düşünmədən dedi, Sərdar Tahirə baxdı – Sərdara: bağışla qardaşım dilim alışıqdır. Sərdar gülümsədi, – Tahirə: burda nə var bağışlayacaq? o mənim canımdır, birdənəmdir, kimsə məndən onu ala bilməz. Müvəqqəti çətinlikdi, onunçün dözərəm mən hər şeyə, elə deyilmi mənim gözəl bacım? Nərgiz yeməkdən çəngələ götürüb yedizdirdi Sərdarı. Nərgiz – Sərdara: bacım səni əliylə yedirdirdi həmişə bilirəm, bax özündə bilirsən müvəqqəti çətinlikdir hər şey yaxşı olacaq. Məndə səni yedirdim ki, bacım hər şeyi xatırladıqda səni zəyifləmiş görməsin, yenə cəngəllə yemək verdi Sərdara. Tahir Nərgizin Sərdarın qayğısına qalmasına sevinirdi. Tahir – Nərgizə: qulluq et canım qardaşıma, dostum sevmir zəyifləri bilirik biz. Sərdarın başını qatdılar zarafat edərək, atasıda razı baxışlarla baxdı olara.

Aylınla Ramizdə gözəl vaxt keçirdilər restoranda ikisi birlikdə, – Aylına: canım inan bu gecə tamam başqa oldu mənimçün. Bax səninlə tanışdığımdan bu günə kimi, ən sakit və hüzurlu bir yemək yedik. Aylın – Ramizə: indiyə kimi hüzurumuzu pozanlarmı oldu? Ramiz istəmədi Aylına desin xatırlatsın, yox canım söz gəlişi dedim. Aylın baxdı gülümsəyib, – Ramizə: gedəkmi birdənəm? yorğunuq ikimizdə, hələ bu rəyislə yerimizi dəyişdirməyimiz məni dahada yordu. Nə qəribə xasiyyətli oğlu var rəyisin? atası bambaşqa insandır, oğlu kobut özündən razı birisidir. Ramiz afisanta əl etdi ki, şotu gətirsin – Aylına: sən ona fikir vermə canım. Sən onunla çox danışma, tamammı? – Ramizə: onunla nə danışacam ki mən. Ramiz – Aylına: mən həll edəcəm bu günlərdə narahat olma, sən onun yanında çalışmaq zorunda deyilsən, getsin kiminlə istəyir çalışsın. Afisant gəldi, masaya qoydu şot kitabçasını getdi. Ramiz açıb baxıb cibindən pul çıxarıb qoydu kitabcanın arasına, qalxdılar Aylınla masadan. Ramiz qolunu göstərərək – Aylına: canım gedək. Aylın mehribanlıqla Ramizin qoluna – qolunu salaraq, tutub getdilər yanaşı.

Səhər açılmışdı, Nərgiz qalxıb səhər yeməyini çayını hazırladı Sərdara atasına işə gedincə. Sərdar gəldi mətbəxtdə – Nərgizə: sabahın xeyir gözəl bacım, Nərgiz çayları süzərək – Sərdara: sabahın xeyir qardaşım, keçin süfrəyə indi gətirirəm hər şeyi. Sərdar çay dolu sinini götürüb apardı, Nərgizdə yemək dolu sinini gətirib gəldi Sərdarın dalınca. Sərdar çayları payladı masaya, atasıda gəldi – olara: sabahınız xeyir mənim çanlarım. Nərgiz – Sərdar cavab veridlər, sabahın xeyir ata sabahın xeyir dayı. Atası keçib əyləşdiz, masaya baxıb vay mənim gəlinim bax nələr hazırlamış bizə, əllərinə sağlıq qızım. Aylında sənin kimi idi, Sərdarın üzünün ifadəsi dəyişdi. Nərgiz – rəyisə: nuş olsun dayı, Ayilın çox mərifətli qızdır, canım bacımdır o mənim. Rəyis çayını götürüb içməyə başladı. Nərgiz Sərdarın kefinin olmadığını görüb – Sərdara: qardaşım yeməyini ye, səhər yeməyi çox önəmlidir bilirsən. Olarmı mən bu gün iş yerinə gəlim? Aylının tez bir zamanda hər şeyi xatırlamasını istəyirəm, onsuz bizədə çətindir.

Rəyis gülümsəyib, – Nərgizə: əlbətddə qızım ürəyin nə vaxt istəsə gəl, ancaq Tahirlə tək çıxma evdən. Sərdar dərindən nəfəs alıb – Nərgizə: inşallah gözəl bacım, inşallah xatırlayar tez bir zamanda hər şeyi, yoxsa mənimdə axlım gedəcək az vaxtda, kefsiz çayını götürüb içdi. Nərgiz çörək diliminə pasta çəkib uzatdı Sərdara, götürüb təşəkkür edib yedi. Atasıda çox fikirləşirdi son vaxtlar olanlar haqda, çay fincanını masaya qoyub – Nərgizə: bacın hər şeyi xatırlayan günün sabahı bunları mütləq evləndirəcəm. Nərgiz gülümsəyib baxdı Sərdara, inşallah dayı bacımda tez bir zamanda gəlsin bu evə gəlin, bitsin bu həsrətləridə davalarıda. Elə deyilmi yaraşıqlı qardaşım? Sərdar çörək dilimini yeyib ayağa qalxdı. Zarafatla – Nərgizə: davanı deyə bilmərəm bacım, ancaq həsrət bitərdi atam dediyi kimi etsəydi, – olara: mən çıxdım çatacaq yerim var. Nərgizin üzündən öpüb, görüşərik bacım getdi.

Atası Sərdarın ardınca baxıb, bilirəm sənin çatacaq yerini mən, getdi Aylının dalınca bəlkə Ramiz olmadan işə özüylə gələrmi ümidylə. Burnunun dibində qız olduğunda qədrini bilmədi üzdü, indi isə qalıb həsrət sevdiyinə. Nərgiz Ramizində xətrini qardaşı qədər istəyirdi, ancaq Sərdarın tərəfində idi həmişə Aylına görə. Rəyis – Nərgizə: Tahirə de qızım oyandıqda mənə zəng etsin, – rəyisə: baş üstə dayı deyərəm.

Aylın Ramizlə Dilqəmlə birgə şirkətə gəldilər, Dilqəm öz yerinə keçib əyləşdi. Ramiz – Aylına: çalışıb bu gün həll edəcəm canım, sənin onunla bir işləməməyinçün əlimdən gələni edəcəm. Ramiz öz otağına, Aylında Sərdarın otağına getdi.

Gəlib qapını döyüb içəri girdi Sərdar yox idi, Aylın geçib yerində əyləşdi, az vaxtdan Sərdarda gəldi. Aylınla salamlaşıb oturdu öz yerinə, Sərdar hər dəqiqə ümid edirdi Aylın özünü xatırlasın, çox ehtiyacı vardı Aylına. Gözünün önündə ola – ola ona yaxınlaşa bilməməsi canını acıtırdı. Aylın öz qələmini axtardı tapmadı, – Sərdara: səndə artıq qələm yoxmu? Sərdar Aylına baxdı. Aylın masadakı kağızların arasına baxaraq, qələmimi tapmıram hara oldu bu? Sərdar öz qələmlərindən birini gətirib verdi. Aylın təşəkkür etdi, Sərdar dayanıb baxırdı. Həyatda bəzi şeylər nə qəribə deyildimi? sevdiyi insan qarşısında dayandığı sevgilisini xatırlamırdı. Aylın Sərdarın özünə baxdığını görüb – Sərdara: mən öz qələmimi tapan kimi qaytaracam qələmini. Sərdar fikirdən ayıldı – Aylına: gərək yoxdur ca, canım demək istəyirdi sözü ağzında yarımçıq qaldı. Aylın xanım nə lazım olsa deyin çəkinməyin, mən olmasamda masamdan ala bilərsiniz. Aylın – Sərdara: çox sağolun Sərdar bəy, çalışıb itirmərəm qələmimi bir daha. Sərdar keçib yerinə əyləşdi, Aylın ona baxmadıqda gözünü Aylından çəkmirdi. Aylın özünə baxdıqda tez önünə baxıb kağızlara baxaraq özünü işlə məşğul olan kimi göstərirdi.

Günorta olmuşdu, hamı yeməyə çıxırdılar qapı döyüldü içəri Tahir girdi əlində yemək qabıyla. Sərdar görüb zarafat etdi – Tahirə: ay tezə bəy yuxudan oynmış, gəl qardaşım gəl. Tahir Sərdarla görüşdü, Aylın önünə baxıb çalışırdı, Tahirədə pis təsir edirdi dostunü özünü xatırlamaması. Tahir – Aylına: dostum salam, Aylın baxmadı, Tahir əlindəki yemək qabını masaya qoyub – Aylına: Aylın xanım salam. Aylının başı işə elə qarışmışdı ki, adını duyduqda baxdı -Tahirə: salam, bağışlayın duymadım sizi. Tahir yaxınlaşıb – Aylına: Nərgiz sizə yemək hazırlayıb, Aylın Tahirə baxdı anlamadı heçnə. Nərgizmi? Nərgiz kimdir? yəni çox sağolsun da, ancaq mən xatırlamadım onu bağışlayın. Tahir yazıq – yazıq baxıb – Aylına: artıq can bir dostunuda xatırlamırsan sən. Bu mənə çox ağrıdır dostum, nə olar de zarafat edirsən bizimlə gərçək deyil bunlar, nə olar bir şey de dostum. Aylın Tahirə baxırdı xatırlamırdı onu, – Tahirə: bağışlayın mən sizi tanımıram, mənim çalışmağım lazımdır. Tahir Sərdara baxdı, Sərdar dərindən nəfəs alıb Aylına baxdı üzgün baxışlarla. Tahir keçib əyləşdi boş kresloda, ikisidə həsrətlə Aylına baxırdılar üzgün baxışlarla. Birinin can bir dostu, o birinində sevgilisi, bu qədər yaxınkən necə yad uzaq olmuşdular Aylın üçün.

Nərgiz Ramizin başını qatmaqçün ona gətirdiyi yeməkdən yedirdirdi, – Ramizə: bax öz əllərimlə hazırlamışam ye qardaşım. Ramiz Nərgizin xətrinə dəymirdi yeyirdi verdiklərini, – Nərgizə: çox dadlı olmuş bacım əllərinə sağlıq, artıq vermə mədəm partlayacaq. Nərgiz zorla yenədə Ramizi yedirdi, ye bax necə arıqlamısan, üzündə çəkilib. Ramizin üzünü oyana – buyan çevirib baxdı, vallahidə arıqlamısan sən. Heç etiraz istəmirəm qardaşım yeyəcəksən, Ramiz qalmışdı Nərgizin əlində yeməyi ilə.

Tahir – Sərdara: qardaşım yemək yeməyəcəksinizmi siz? işarə etdi ki Aylına desin. Sərdar yavaşdan öskürdü Aylın baxmadı. Aylını səsləməyədə dili gəlmirdi adıyla, çox çətinliklə – Aylına: Aylın xanım hamı yeməyə çıxmış, bəlkə mənimlə yemək yeyərsiniz. Bax bacım yemək göndərmiş, tək yeməyə iştahım yoxdur. Aylın Sərdarın xətrinə dəymədi – Sərdara: azaçıq yeyərəm. Sərdar yemək qabını açıb baxdı, ohh çox gözəl qoxur, Aylının masasına yaxınlaşıb əyləşdi. Tahir ayağa qalxıb, sizə nuş olsun, mən bir baxım ürəyim nə edir. Sərdar – Tahirə: qardaşım sənə mələk çatıb mələk. Tahir olara baxıb gülümsəyib, çıxdı otaqdan.

Sərdar çəngəlləri götürüb buyurun Aylın xanım. Aylın çəngəli götürüb balaca bükülmüş yarpaq dolamasından götürüb yedi, mmm çox dadlıdır, əllərinə sağlıq bacının. Səndə qardaşı olaraq az şanslı deyilsənmiş, bax necə gözəl yeməklər hazırlayan bacın var. Sərdar gülümsədi, hə canım, tez səhvini düzəltdi, hə Aylın xanım çox şanslıyam bacı cəhətddən. Sevgilim tərəfindən unudulmasaydım, bu dəqiqə məndən xöşbəxti olmazdı. Aylın dolmadan yeyeərək – Sərdara: sevgilindənmi ayrılmısan? çox üzüldüm, mən deyirəm sən niyə belə qaş – qabaqlı durursan. Üzülmə qismətin deyilmiş bəlkədə, necə demişlər? qızın – qatarın, bir də avtobusun ardınva qaçmayın. Hər üççü bir sürəət yığdılarsa, arxalarınca qaçaraq yetişmək qeyri mümkündür.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)