banner banner banner
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Оценить:
Рейтинг: 0

Полная версия:

Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları

скачать книгу бесплатно


Xeyli diqqətçəkən durum o idi ki, onun xarici görünüşü, hətta emosiyaları belə keçmiş həyatı haqqında çox az iz verirdi bizə.

Təcrübə ilə öyünmək gülməli və adi bir şeyə çevrilib. İnsanlar var ki, üzdüklərini düşünüb 50-60 il axının səthində qalıblar. Onlar həmin zaman kəsimi haqqında A meydanından B meydanına hərəkət etməklərindən azca çox danışa bilərlər. Həmin saçlarını belə asan ağardan insanların həyat təcrübələri haqda öyünərək danışmalarını dinləmək qədər heç nə adi ola bilməz. Başqa insanlar düşünür ki, yalnız onlar daxili həyatlarına təsir edən təcrübələri böyük iddia elə başqaları ilə bölüşə bilərlər. Təsəvvür edə bilərəm, vacib hadisələrə şahidlik etmək, yaxud onun iştirakçısına çevrilmək bəzi insanların qəlbinə çox az, yaxud heç təsir etməyə bilər. Bu məsələyə şübhə edənlər özlərinə sual edə bilər: təcrübə həmçinin, 1815-ci ildə Fransada yaşayan qırx, əlli yaşlı sakinlərə də aid edilə bilərmi? Bu insanlar yalnız 1789-cu ildə Fransada başlanan böyük dramatik hadisələrə şahidlik etməmişdi, onlar hətta həmin dramatik hadisələrdə bu və ya digər formada rol almışdı.

Və əksinə, nə qədər insan xarici təsirlərin şərtləndirmədiyi hadisələrdə dərin emosiyalar yaşaya bilər? Robinson Kruzo haqda, Pellikonun əsirliyi, Saintidən valehedici “Pic-cola” haqda qoca xidmətçinin sinəsindəki savaşı düşün. Bu adam bütün həyatı boyu bir sözlə də olsun xəyanət etməmişdir, yalnız sevgi hissi duymuşdur. Hadisələrin axarına cəlb edilən Filantropun emosiyaları həmyerlilər üçün çox maraqlıdır. O, alternativ olaraq nə qədər çox qorxursa, ümid edirsə, bir qədər gözəl ideya üçün hər bir entusiazmı, alovu, dəyişikliyi müşahidə edə bilir. İnsanlara öz hücrəsindən nəyin həqiqət olduğunu öyrətməyə çalışan, səsinin macərapərəst, riyakarlar tərəfindən batırıldığını hesab edən filosof haqda düşün. Sokrat haqqında düşün, – zəhərli fincanı boşaltdığını nəzərdə tutmuram, – çünki mən burada əqlin təcrübəsindən danışıram, mənim varlığını xarici amillərə borclu olanlarla işim yoxdur – onun kimi düzgün və həqiqi olanı sevən birinin cavan, Allahlara nifrət edən biri tərəfindən rüşvətxor adlandırılması onun qəlbini necə sındırıb, qəmgin əhvala sala bilər, bunu düşün. Yaxud da, bundan daha yaxşı, dərin kədər içində Yerusəlimə tamaşa edən və “olmayacağından” şikayət edən İsanı düşün.

Belə kədər çığırtısı – istər zəhərlənmiş fincan olsun, istərsə də xaç olsun – sınanmamış ürəkdən gəlmir. Kədər, əziyyət olmalıdır – təcrübə budur!

Bu hiddət məndən yan qaçmışdı, indi bu hiss mənimlədir və mənimlə qala bilər. Havelaar çox şey yaşayıb. Misal üçün sən A küçəsindən tərpənmək üçün tarazlaşdırıcı nəyəsə ehtiyac duyursanmı? Onun gəmisi dəfələrlə qəzaya uğrayıb, o, yanğın, qiyam, sui-qəsd, müharibə, duellər, cəh-cəlal, aclıq, kasıblıq, vəba, sevgi və “sevgilər” yaşamışdır. O, Fransanı, Almaniyanı, Belçikanı, İtaliyanı, İsveçrəni, İngiltərəni, İspaniyanı, Portuqaliyanı, Rusiyanı, Misiri, Ərəbistanı, Hindistanı, Çini və Amerikanı ziyarət edib. Həyatının belə qarışıq olmasına gəlincə onun təcrübə qazanmaq üçün şansı çox olub, həqiqətən də çox şey yaşayıb, həyatın onu bolluca təqdim etdiyi təəssüratları görməzdən gələrək həyatını sürdürməyib. Verilən imkanları əldə etməsinə səbəb isə ürəyinin həssaslığı və zəkasının cəldliyidir. Onun çəkdiyi əzablardan, yaşadıqlarından xəbərdar olan, tanıyan, fərz edən hər bir kəsi heyrətləndirən və marağına səbəb olan məqam onun üzündə bu barədə demək olar ki, heç nə görə bilməməsidir. Əlbəttə sifət cizgilərində yorğunluğa bənzər nəsə görə bilərdin, amma bu anda sən qocalığa yaxınlaşmaqdan daha çox vaxtından əvvəl yetişmə haqda düşünərdin. Hərçənd, bu elə qocalığa yaxınlaşmaq olmalı idi, çinki Hindistanda 35 yaşlı adam artıq cavan hesab edilmir. Daha əvvəl qeyd etdiyim kimi onun emosiyaları da cavan qalmışdı, o, uşaqla uşaq kimi oynaya bilərdi və çox vaxt balaca Maksın hələ də çərpələng uçurtmaq üçün çox kiçik olduğundan şikayət edərdi. Çünki o – “Böyük Maks” bunu çox sevirdi. Oğlanlarla “hoppanan qurbağa” oynayardı, qızların naxışları üçün nümunələr çəkməyi sevərdi. Hətta bəzən onlardan iynəni alır və özü əylənərək bu işi görərdi. Hərçənd hər zaman onlara “tikişləri mexaniki saymaqdan” daha yaxşı işlər görə biləcəklərini söyləyirdi. 18 yaşlı cavan oğlanlarla o, cavan tələbəyə çevrilirdi, “Patriam conimus”u, ya da “Gaudeamus igitur”u oxuyardı onlarla. Mən tam əmin deyiləm, yaxınlarda, o, Amsterdamda tətildə olanda xoşuna gəlməyən bir lövhəni aşağı endirmişdi, çünki həmin lövhədə ağzında uzun qəlyan olan avropalının ayağına zəncirlənmiş zənci təsvir edilmişdi. Altında da əlbəttə belə yazılmışdı: “Qəlyan çəkən cavan tacir.”

Onun əlindən tutub faytondan düşməsinə kömək etdiyi “baboe” bütün Hindistandakı “baboe”lərin yaşlı vaxtlarına bənzəyirdi. Sən elə xidmətçilər tanıyırsansa, qadının necə göründüyünü sənə deməyə ehtiyac görmürəm. Əgər bilmirsənsə, senə deyə bilmərəm. Onu Hindistanda başqa xidmətçilərdən fərqləndirən yeganə məsələ onun görməyə az işinin olması idi. Çünki madam Havelaar uşağına baxan ana nümunəsi idi. Uşağı üçün edilməli olan hər şeyi kiçik Maksa özü edirdi. “Uşaq üçün qul olmağı” düzgün hesab etməyən bir çox başqa qadın onun bu davranışını doğru hesab etmirdilər.

YEDDINCI BÖLÜM

(Sternin yazısının davamı)

Bantamın komendantı naibi və nəzarətçini yeni komendanta təqdim etdi. Havelaar nəzakətlə hər iki funksionerlə salamlaşdı. Nəzarətçi (hər zaman yeni rəhbərlə görüş nəsə bir az ağrılı olur) dərhal bir-iki uyğun dostcasına sözlə atmosferi yumşaltdı. Sanki sonrakı söhbəti asanlaşdırmaq üçün dərhal tanışlıq vermək istəyirdi. Naiblə onun görüşü qızıl “payonq”la təltif olunmuş adamla eyni zamanda balaca qardaşı ilə görüş necə olmalıdırsa, elə oldu. Böyük bir şəfqətlə onu belə havada əyalətinin ucqar nöqtəsinə gətirən çox böyük nəzakətini azarladı. Etiket qaydalarına görə naib bunu etmək məcburiyyətində deyildi.

– Cənab Adhipatti, həqiqətən də, özünüzə mənə görə bu qədər əziyyət verdiyiniz üçün sizə acıqlıyam. Mən sizi ilk dəfə “Rankas-Betonq”da görəcəyimi sanmışdım.

– Hmm… – komendant davam etdi.

– Başa düşmürəm palçığın içi ilə at belində gəzməyinizə nə səbəb var? Bizim hamımıza yer var, sonra da bir-birimizlə tanış ola bilərik, elə deyil? Vaxt? Bunu həll edərik. Bax, Maks, bura bax, Verbruc, bu balaca oğlan gözəl deyilmi? Mənim balaca oğlum, Maks!

Komendant Adhipattinin yanında əyləşdi. Havelaar Verbrucu çağırıb ondan qırmızı yəhərli boz atın kimin olduğunu xəbər aldı. Verbruc onun hansı atı nəzərdə tutduğunu öyrənmək üçün “pendoppo”nun girişinə yaxınlaşdıqda o, əlini onun çiyninə qoyub soruşdu:

– Bu naib hər zaman belə diqqətlidir?

– O, yaşına görə güclü adamdır, cənab Havelaar və başa düşürsünüz, o, sizdə yaxşı təəssürat oyatmaq istəyir.

– Hə, mən bunu başa düşürəm. Onun haqqında çox yaxşı şeylər eşitmişəm. O, təhsilli insandır?

– Hə, elədir.

– Və onun böyük ailəsi var?

Verbruc Havelaara baxdı, sanki keçidi başa düşmədi. Onun bu tərzi çox zaman onu tanımayan insanlara çətinlik törədirdi. Beyninin cəld işləməsi çox zaman şərait yaradırdı ki, o, söhbətdə əsaslandırmalar zamanı bəzi məqamları buraxsın. Hərçənd, bu məqamlar onun düşüncələrindəki nizamlılıqla bir-birini izləyirdi, onu tanımayan, cəld düşündüyünü bilməyən insan üçün çətin olurdu. Həmin adam dodaqlarında deyilməyən sualla belə hallarda dayanıb gözlərini ona zilləyirdi: Sən dəlisən? yaxud da “Nə baş verir?”

Buna oxşar bəzi ifadələr Verbrucun üzündə peyda oldu və Havelaar nəzarətçinin cavab verməsindən öncə sualını təkrar etməli oldu:

– Bəli, onun çox böyük ailəsi var.

– Və onlar əyalətdə “mədjietlər” tikirlərmi? Havelaar sözünə davam etdi, səs tonu sözləri ilə tamamən ziddiyyət təşkil edirdi, belə görünürdü ki, o, bu məscidlərlə naibin böyük ailəsi arasında hansısa əlaqənin olduğunu düşünür.

Verbruc cavab verib dedi ki, məscidlərin tikintisinə doğrudan da böyük əmək sərf edilir.

– Bəli, bəli, mən də tam belə düşünürdüm, – Havelaar cavab verdi, – indi isə mənə deyin, bu ərazilərdə torpaq vergisi verən çoxdurmu?

– Bəli, inkişaf etmək üçün imkan var.

– Bəli, məhz belədir və hər yerdən daha çox Paranq-Koodyanq rayonunda, – Havelaar əlavə etdi. Sanki ona elə gəlirdi özünün cavab verməsi daha asandır.

– Bu il yığılan verginin məbləği nə qədərdir? – o davam etdi. Və Verbruc bir anlıq tərəddüd etdi, sanki sualını götür-qoy edirdi. Havelaar da onu eyni tərəddüdlə gözləyirdi.

– Çox yaxşı. Çox yaxşı. Mən bunu artıq bilirəm. Altmış səkkiz min və bir neçə yüz – bu keçən ildən min beş yüz daha artıq edir. Eyni zamanda 1845-ci ilin göstəricisindən cəmi altı min çoxdur – 1843-cü ildən bizdə artım olur, əhali sayı isə elə də artmır, on iki il ərzində cəmi 11 faiz artım əldə etmişik. Amma hətta bu statistika belə sual altındadır, çünki keçən dövrlərdə statistika düzgün aparılmamışdır – bundan əlavə 1850-51-ci illərdə hətta azalma da müşahidə edilib, mal-qara təsərrüfatı da çiçəklənmir, bu çox pis əlamətdir.

– Lənət şeytana! Bax o ata, necə hoppanır, şıllaq atır – bura gəl Maks!

Verbruc gördü ki, o, yeni komendant köməkçisinə çox şey öyrədə bilməyəcək, heç “yerli görüşdən” münasibətlərin yaxşılaşması üçün istifadə etmək də – o, buna ümid edirdi – alınmayacaqdı. Çünki həmsöhbəti bunu arzulamırdı.

– Amma əslində, Havelaar Maksın qoluna girərək sözünə davam etdi. Tijikandidə və Boloqnda onlar bunu xoşlayır, eyni sözləri Lampunun qiyamçıları haqqında da demək olar. İcazə verin özümü sizə yoldaşlıq etmək üçün təklif edim, cənab Verbruc, naib qoca kişidir, onun kürəkəni hələ də rayon hakimidir? Hər şeyi nəzər alsaq, mən onun ləzzət almağa layiq bir adam olduğunu düşünürəm, naibi deyirəm. Burada bu qədər kasıblığın olmasına çox şadam, mən burada uzun müddət qalacağıma ümid edirəm.

Sonra o, Verbrucla əl verdi və sonuncu onunla bərabər komendantın, naibin, madam Havelaarın oturduğu masaya qayıtdı. Nəzarətçi beş dəqiqə öncə bu cənab Havelaarın komendantın düşündüyü kimi axmaq biri olmadığını başa düşmüşdü. Vebruc intellektlə heç də pis təmin edilməmiş-di və Lebak kimi uzaq məsafələrə uzanan və bu regionu az-çox tanıyan hər kəs Havelaarın ilk baxışdan əlaqəsiz görünən sualları arasında bir bağlantı olduğunu, eyni zamanda, heç zaman əyalətdə olmayan komendant köməkçisinin orada nələrin baş verməsindən xəbərdar olduğunu hiss etməyə başlayardı. Doğrudan da Verbruc onun niyə Lebakın kasıblığına sevindiyini başa düşməmişdi. Amma həmin ifadəni səhv anladığını zənn edirdi. Və sonradan Havelaar eyni şeyi tez-tez dediyində həmin sevincin necə gözəl, necə nəcib olduğunu başa düşdü.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)