Romanda bütünlüklə özünü sənətə vermiş insanın yaratmaq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla müqayisədə bir qara quruşa dəyməyən bayağı var-dövlət meşşanlığı üz-üzə qoyulur. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.
Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəddarlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkündürmü? Dahiliklə əclaflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı? “Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu? Görkəmli ingilis nasiri S.Moem kitabda bu problemləri bədii bir dillə açıqlayır .
все жанры