Gənc yazıçı Rafael Batey getdiyi hər yerdə uğursuzluqla qarşılaşır. İlk romanının əlyazması heç bir naşirin marağını çəkmir. Müraciət etdiyi nəşr evlərindən bir-birinin ardınca rədd cavabı alır. Beləliklə, o həm yeni ilham mənbəyi tapmaq, həm də pərəstiş etdiyi yazıçı Natan Faulzla görüşmək üçün Bomon adasına yollanır. Lakin ortada böyük bir əngəl var. Faulz illər öncə yazmaqdan həmişəlik imtina edib. Sonra Bomon adasına çəkilərək zahid həyatı yaşamağa başlayıb. Rafael Batey hər kəsin dilində dolaşan “Natan Faulz müəmması”nı açmaqda qərarlıdır. Bir tərəfdən də Matilda Manni adlı isveçrəli jurnalist əlinə keçən fotolardan yola çıxaraq Faulzun izinə düşüb. Yazıçının sirrini açmağa çalışan bu iki nəfərin ayrı-ayrılıqda araşdırmalar apardığı bir vaxtda bütün adanı silkələyən dəhşətli qətl hadisəsi baş verir: meşədə ağaca pərçimlənmiş qadın cəsədi tapılır. Cəsəd Matildanın əlində olan fotolardakı şəxslərdən birinə aiddir. Bəs bu qadını kim və niyə öldürüb? Onun ölümünün Faulzla əlaqəsi varmı? Rafael Batey və Matilda Manni “Natan Faulz müəmması”nın üzərindəki sirr pərdəsini qaldıra bilirlərmi?
все жанры