“Mən” olmağımın tarixçəsi” fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdinin memuar janrında yazdığı ilk kitabdır. 68 yaşınacan olan Ağdam, Bakı, Moskva xatirələrini özündə toplayır. Niyazi Mehdi memuarında özü və tanıdığı adamlar haqqında “gücü çatdığı” qədər səmimi olduğundan, söylədikləri ədəbiyyatımız üçün xeyli yeni intonasiyalarda səslənir. Müəllif yeri gəldikcə olaylara fəlsəfi, psixoanalitik, etnoqrafik açıqlamalar verməklə memuarını quru faktoqrafik sadalamalardan çıxarır. Çalışır ki, oxucu düşüncə və olayların çoxsəsli, çoxtaktlı ansamblına tutulsun. Bu yazı ötən yüzilin Azərbaycanı və azərbaycanlılarının “portreti” kimi geniş oxucu kütləsi üçün maraqlı ola və onları nəsilləri üçün gündəlik yazmağa, şəcərələrini tutmağa həvəsləndirə bilər.
все жанры