20-ci əsr Avropa ədəbiyyatında silinməz izlər qoymuş Tomas Mannın “Venesiyada ölüm” povesti 1912-ci ildə işıq üzü görüb. Əsər iki real hadisənin – məşhur Avstriya bəstəkarı Qustav Malerin ölümü və özünün Venesiya səfəri zamanı təsadüfən rastlaşdığı polşalı bir yeniyetmə ilə tanışlığı əsasında qələmə alınıb və nəticədə əlli yaşlı yazıçı Qustav fon Aşenbaxla yeniyetmə Tadzionun qəribə məhəbbətinin tarixçəsi yaranıb.
İlk günlər Aşenbax Tadzionu seyr etməkdən sadəcə ləzzət alır. Bu gənc onu gələcək əsərinin mümkün qəhrəmanı kimi cəlb edir. Lakin az sonra oğlan onun gözündə sənətin, həyatın və gözəlliyin simvoluna çevrilir. Ahıl yazıçı oğlana dəlicəsinə vurulur, gözəl oğlanla sevgi macərası yaşamaq istəyir…
все жанры