banner banner banner

LEON AFRİKALI – Амин Маалуф

Оценить:
Рейтинг: 0
Описание книги:

Mən, Həsən ibn Məhəmməd əl-Vəzzan, Yohannes-Leon du Mediçi dəlləyin əliylə sünnət olunmuşam, papalardan birinin əliylə də xaç suyuna çəkilmişəm, indi mənə “Afrikalı” deyirlər, ancaq mən nə İfriqiyyə1dən, nə Avropadan, nə də Ərəbistandanam. Mən həm də qərnatalı, fəsli, zəyyatlı2 kimi tanınıram, ancaq mən heç bir ölkədən, heç bir şəhərdən və ya heç bir qəbilədən çıxmamışam. Mən yol oğluyam, Vətənim – karvan, ömrümsə, gözlənilən ən qısa mənzilbaşıdır.
Qollarım zaman-zaman ipək xışıltısını, yun yumşaqlığını da görüb, əmirlərin qızılını və qulların qandallarını da. Barmaqlarım minlərlə örtükləri qaldırıb, dodaqlarım minlərlə üzrxahlıqdan xəcalət qırmızısına boyanıb, gözlərim şəhərlərin süqutunun və imperiyaların faniliyinin şahidi olub.
Mənim ağzımdan ərəbcə, türkcə, quştalca3, bərbərcə4, ibranicə, latınca və italyan danışıq dili5 eşidərsən, zira, bütün dillər və dualar mənim üçün əlçatandır, ancaq mən onların heç birinə mənsub deyiləm. Mən Allahın və torpağınam, bu yaxınlarda o ikisinin hüzuruna da qayıdacağam6.
Övladım, məndən sonra sən qalacaqsan, hələ xatirəmi yaşadacaqsan, kitablarımı oxuyacaqsan. Kitablarımda bu mənzərənin şahidi olacaqsan: atan onu Afrika sahilinə qaytaran gəminin göyərtəsində neapollu qiyafəsində oturub, başı yazı-pozuya qarışıb, elə bil ki, uzun dəniz səyahətindən sonra tacir hesablarının siyahısını hazırlayır, gəlir-çıxarını hesablayır.
Mənim elədiyim də təxminən bunun kimi deyilmi: nəyi qazanıb, nəyi itirmişəm, Ulu Hakimin dərgahında nə üzlə cavab verəcəyəm? Mənə 40 il ömür borc verdi, onu da yollarda xərclədim. Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamışam. Ancaq hələ də Qərnata7da bakiranə və məsumanə yaşayıram.

Информация о книге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
23 июля 1888 года родился Рэймонд Чандлер (Raymond (Thornton) Chandler) (ум. 1959), американский автор детективов.
Новый отзыв
скачать книгу 'Дитя Эльфа и Погремушки'
Ирина Иванова:
Читала я эту книгу, не читая аннотации перед прочтением. И это не эксперимент, так я поступаю с пров...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...