Kitabda özünü ədəbiyyatın bir çox janrlarında sınamış müəllim-pedaqoq Ə.Bağırovun ictimai həyatın eybəcərliklərinə, insan xislətinə həsr olunmuş təmsilləri toplanmışdır. Təmsillər sanki yaşadığımız həyatın güzgüsüdür, orada əks olunan xarakterlər real həyatdan götürülmüşdür. Bu xarakterlərlə yaşadığımız cəmiyyətin hər yerində rastlaşmaq mümkündür. Müəllifin real həyat güzgüsündə özünü görənlər bu güzgüyə irad tutmasınlar, özlərini tərbiyə etməyə çalışsınlar. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
все жанры