Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin “Fədakarlıq anı” povestində doxsanıncı illərin qaynar ab-havası duyulur. Yazıçı bu əsəri ilə sanki oxucuya bu fikri təlqin etmək istəyir ki, vəzifə, zər-zinətin parıltısı nə qədər cazibədar olsa da, onların aldadıcı rənginə uymayın, həyatda öz yolunuz, əqidəniz olsun. Kökə, ata-baba adət-ənənələrinə sadiq olun. Müasir dövrün sürətli inkişafı sizi yanlış yola salmasın. Dövlətçiliyə bağlı olun, ailə-övlad münasibətlərini qoruyun. Maddi dəyərlərin mənəvi dəyərlərimizi üstələməsinə yol verməyin! Bir millət, azərbaycanlı olmağımızla fəxr edək ki, qismətimizə belə bir gözəl məkan – güllü-çiçəkli, bərəkətli torpaq düşüb – onun qədrini bilək.
все жанры