Maykomb, Alabama. 26 yaşlı Jan Luiza Finç – “Skaut” yaşlanmış atasına – Attikusa baş çəkmək üçün Nyu-Yorkdan vətənə qayıdır. Həmin vaxtlarda ölkədəki insan haqları uğrunda mübarizə, siyasi çaxnaşmalar Cənuba da gəlib çıxmışdı. Jan Luiza doğma şəhəri, qohumları, ona əziz olan insanlar haqda əsl həqiqəti öyrənəndən sonra onun vətənə gəlişindən duyduğu sevinc hissinə kədər qatılır. Uşaqlıq illəriylə bağlı xatirələr yadına düşür, mənəvi dəyərlərə olan inamını şübhə bürüyür. “Get gözətçi təyin et” romanının əsas obrazları “Bülbülü öldürmək” romanındakı obrazlardır. Bu kitab gənc qızın keçmiş illüziyalarıyla zəngindir. O xəyalən keçmişə dönür – keçmişə səyahətə yalnız hər şəxsin öz yaddaşı bələdçilik edir.
Bu kitab 1950-ci illərin ortalarında yazılıb. Harper Lee-nin ölkədəki hadisələrə baxışını ifadə edir. Müdriklik, insanlıq, ehtiras, yumorla dolu bu kitab başqa bir eranın xatirələrini oyadır, eləcə də bizim zamanlar üçün münasibdir. Bu roman nəinki “Bülbülü öldürmək” əsərinin möhtəşəmliyini təsdiq edir, həm də Amerika klassikasına yeni məna gətirib.
все жанры