Nuri arıçıdır. Onun arvadı Afra oğlunun partlayış nəticəsində həlak olmasını gözləri ilə görüb. Sonra özü kor olub. Nuri arvadı ilə dil tapmaq istəyir. Çünki o, yaşadığı yeri tərk edib getmək istəmir. Öz dərdi içində donub qalıb. Nuri isə dəqiq bilir ki, Afra sağ qalmaq üçün mütləq ölkəni tərk etməlidir. Yalnız bu vaxt onlar bir-birinin varlığını, sevgisini hiss edirlər.
“Hələbli arıçı” bədii əsərdir. Lakin baş qəhrəmanlar Yunanıstana sığınan uşaqlarla, ailələrlə ünsiyyətdən doğulub. Müəllif əsəri ilə demək istəyir ki, biz əzizlərimizi itirəndə ən çox qayğısına qaldığımız insanlarla bir yerdə qalmağa can atırıq.
Əsər böyük itkidən bəhs edir. Eyni zamanda sevgi və işıq tapmaq haqqındadır. Arılar isə bu itkinin və ümidin simvoluna çevrilir.
все жанры