banner banner banner
Mavi Qatarın sirri
Mavi Qatarın sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Mavi Qatarın sirri

скачать книгу бесплатно

Van Aldin qızıgildən ayrılıb birbaşa işə gəldi. Yolboyu Rutun boşanma məsələsini düşündü. Ürəyinə dammışdı ki, bu məsələdə qızının tərəddüd keçirməsinin bir səbəbi var. Milyonçu elə hey öz-özünə deyirdi: «Rut məndən nə isə gizlədir! Rut məndən nə isə gizlədir!» Van Aldin ha fikirləşirdi, qızının ondan nəyi gizlədə biləcəyi ağlına gəlmirdi.

İşə çatan kimi van Aldin Naytona tapşırdı ki, Dereki onun yanına çağırsın. Üstəlik, Naytona kürəkəninin indiki maddi vəziyyəti haqqında məlumat öyrənməyi də tapşırdı. Nayton «baş üstə!» deyib otaqdan çıxdı. Van Aldin günorta yeməyini yenicə yeyib qurtarmışdı ki, köməkçisi ona Derekin gəldiyini xəbər verdi. Van Aldin «burax içəri» dedi.

Çox keçmədi ki, Derek içəri girdi. Onun 30 yaşı vardı. Sifəti arıq və qaraşın idi. Van Aldin ona əyləşmək üçün yer göstərdi. Derek qayınatası ilə üzbəüz oturdu. Qoca milyonçu birbaşa mətləbə keçdi:

– Mənim uzun-uzadı danışmaqdan xoşum gəlmir. Qısası, qızımla qərara gəlmişik ki, o səndən boşansın.

Derek özünü elə apardı ki, guya van Aldinin bu qəfil dediklərindən qətiyyən narahat deyil. Amma ürəyində narahat idi. Siqaret yandırmaq üçün qayınatasından icazə istədi. Sonra van Aldinin düz gözünün içinə baxıb dedi:

– Siz necə böyük səhvə yol verdiyinizi bilirsinizmi?

– Sən buna görə narahat olma, – van Aldin cavab verdi. – Mən səni bura çağırdım ki, məsələdən xəbərin olsun.

– Yaxşısı budur, siz qızınıza deyin, uzağı bir il də dözsün. Ona qədər atam vəfat edəcək və lord Lekənbəri titulu mənə keçəcək.

– Bunun qızıma nə dəxli var? – qoca milyonçu təəccübləndi.

– Lekənbəri nəslinin varisi olacağım təqdirdə o bu nəslin birinci xanımı olacaq! – Derek bu sözləri deyərkən xısın-xısın gülməyindən də qalmırdı. Bu isə van Aldini əsəbiləşdirirdi. Nəhayət, tamam özündən çıxan qoca ata qeyzlə dilləndi:

– Sözlərinə sərhəd qoy, axmaq! Sırtıq-sırtıq danışma. Sənə elə gəlir ki, qızım ad-sana görə sənə ərə gedib?

Derek qayınatasının əsəbiləşməyinə məhəl qoymayıb bir az da ucadan güldü. Sonra ciddiləşdi:

– Doğrudanmı, cənab van Aldin, siz elə bilirsiniz ki, qızınız mənimlə yalnız məhəbbət üzərində ailə qurub?

– Mən bir onu bilirəm ki, on il bundan qabaq qızıma elçi düşəndə başqa cür danışırdın, – milyonçu əsəbini boğmağa çalışaraq dedi.

– Hə, onda sizin qızınız da başqa cür idi: tərtəmiz, mələk kimi pak. Mən onu, doğrudan da, sevirdim.

– Yalan danışma, sən qızımla var-dövlətimə görə evlənmisən. İndi isə onu incidirsən. Sən Rutu tək görmüsən? Bil ki, onun arxasında atası van Aldin durub! Mənim qızıma əzab-əziyyət verməyə haqqın yoxdur!

– Bəlkə, fikirləşirsiniz ki, qızınızın heç bir günahı yoxdur, o hələ də pak bir mələkdir? Yox, qızınız sizdən də qəddardır. Onun ürəyindəki əzazillik üzündəki xeyirxahlıqdan daha güclüdür.

– Boş-boş danışma. Mən sözümü dedim. Qızım səndən boşanır. Yaxşısı budur, sən də sakitcə bununla razılaş.

Derek oturduğu kürsüdən ayağa qalxdı. Əlindəki siqaret kötüyünü buxarıya atdı. Sakit və təmkinli səslə soruşdu:

– Birdən razılaşmasam, onda nə olacaq?

– Razılaşmamaq üçün dəlil-sübutun var? – van Aldin kürəkəninin sualına sualla cavab verdi.

– Görürəm, sizin heç nədən xəbəriniz yoxdur, cənab van Aldin! Yaxşısı budur, boşanma ərizəsini məhkəməyə göndərməmişdən əvvəl qızınızla söhbət edin. Ona deyin ki, hər şeyi olduğu kimi danışsın, sizinlə səmimi olsun.

Bu sözləri eşidəndə van Aldin «nə demək istəyirsən?» deyə qışqıraraq yerindən dik atılsa da, artıq gec idi. Derek cəld addımlarla otaqdan çıxmışdı. Qoca milyonçu ağır-ağır kürsüyə çökdü. Öz-özünə düşünməyə başladı: «Əvvəldən ürəyimə dammışdı ki, qızım məndən nə isə gizlədir. Derek də buna işarə etdi. Ah, Rut, əlaltdan nə işlər görürsən, Allah bilir».

Van Aldin qarşısındakı soyumuş çaydan bir qurtum içdi. Rutgilə zəng elədi. Dəstəyi qulluqçu qaldırdı. O, Rutun nahar etmək üçün restorana getdiyini söylədi. Qoca milyonçu qeyzlə dəstəyi yerinə çırpdı. Otaqda var-gəl etməyə başladı. Bu vaxt Nayton içəri girdi. O, Derek haqqında bəzi məlumatlar verdi. Dedi ki, Derekin işləri pis gedir, borc içində üzür. Borclular hər gün onu boğaza yığırlar. Derek onların qorxusundan küçəyə çıxmağa da ürək eləmir. Naytonun məlumatları van Aldinin kefini açdı. Deməli, Derekin pula ehtiyacı var. Ona pul təklif etməklə boşanmaya razı salmaq olardı. Bu, milyonçu ataya bayaqkı qəzəbini tamam unutdurdu.

Bir saatdan sonra van Aldin artıq qızıgilin küçəsində idi. Rutun evinə yaxınlaşanda oradan bir nəfərin çıxdığını gördü. Əvvəlcə elə bildi Derekdir. Amma onun lap yanına çatanda yanıldığını başa düşdü. Bir-birinin üzünə ötəri baxıb keçdilər. Qoca milyonçu onu haradasa gördüyünü hiss etdi. Çünki bu yad adamın sifəti çox tanış idi. Amma nə qədər çalışsa da, onu harada gördüyünü xatırlamadı. Əsəbiliklə başını bulayıb Rutun qapısının zəngini basdı. Qapını Rut özü açdı. Sanki atasının gəlişini gözləyirmiş.

Onlar içəri keçib elə ayaq üstəcə söhbətləşdilər.

– Bu gün ərin Dereklə görüşdüm, – van Aldin sözə başladı, – o, çox şey danışdı. Danışdıqları ədəbsizlikdən başqa bir şey deyildi. Amma Derek otaqdan çıxanda bir söz dedi. Düzü, başa düşmədim. O, məsləhət gördü ki, əvvəlcə nəyisə məndən gizlədib-gizlətmədiyini soruşum. Qızım, Derek bununla nə demək istəyir?

Rutun sifət cizgiləri bir anda dəyişdi. Van Aldin qızının həyəcanlandığını, narahatlıq keçirdiyini hiss etdi.

– Mən bilmirəm, – Rut titrək səslə dedi.

– Belə olmaz, qızım, – van Aldin alnını ovuşduraraq dedi, – mən bu işlə gözübağlı məşğul olmaq istəmirəm. Onun əlində ciddi dəlil olsa, biz peşmançılıq çəkə bilərik. Yaxşısı budur, sən heç nəyi məndən gizlətmə. Düzünü de, Derek o sözlərlə nəyə işarə edirdi?

– Dedim ki, bilmirəm! – Rut əvvəlki sözünün üstündə durdu.

– Yaxşı, onda mənə burdan çıxan kişinin kim olduğunu söylə! – van Aldin dodaqları əsə-əsə dedi.

– Hansı kişi? – Rut bunu elə soruşdu ki, guya heç nə başa düşmür.

– Mənim qabağımca sizdən çıxan kişini deyirəm. Mən onu əvvəllər də görmüşəm. Amma harada? Bax bunu xatırlamıram, – birdən qoca milyonçu dayandı, gözləri qəzəbdən parladı, əlləri titrəməyə başladı. Sanki onu ildırım vurmuşdu. – Lənət şeytana, yadıma düşdü. Qızım, o sənin sevdiyin, amma mənim səni vermək istəmədiyim adam idi!

Rutun bir anda bənizi ağardı. Dili topuq çala-çala dedi:

– Qraf… qraf de la Roşu deyirsən?

– Hə, hə, o idi indicə sizdən çıxan! Deməli, sən onunla yenə görüşürsən? Aydın oldu Derek otağımdan çıxanda nə demək istəyirmiş.

Rut günahkarcasına başını aşağı salmışdı.

– Demək istəyirmiş ki, siz məhkəmədə mənim başqa qadınla görüşdüyümü əsas gətirəcəksiniz, mən də deyəcəm ki, Rut da başqa kişi ilə görüşür, – van Aldin bu sözləri deyib yaxınlıqdakı kresloya çökdü. İki əli ilə başını tutdu. – Sən nə qədər böyük axmaqlıq elədiyini anlayırsanmı, Rut? Demək, mənim o qədər öyüd-nəsihətimdən sonra sən hələ də o adamla əlaqəni kəsməmisən? Aman Allah, bu nə işdir mənim başıma gəlir?!

BOŞANMA TƏHLÜKƏSİ

Derek qayınatasının otağından ildırım kimi bayıra atılanda dəhlizdə özünü saxlaya bilməyib bir qadınla toqquşdu. Qadından üzr istədi. Qadın onun üzrxahlığını təbəssümlə qarşıladı. Onun qəşəng ala gözləri vardı.

Qayınatası ilə olan söhbət Dereki haldan çıxarmışdı. Nahar etdikdən sonra Mirelin evinə üz tutdu. Mirel məşhur rəqqasə idi. Rut məhz ona görə Derekdən ayrılmaq istəyirdi. Mirel Dereki sevmirdi. Derek ona «pul ağacı» kimi lazım idi.

Mirelin evi Şərq üslubunda bəzədilmişdi. Otaqlar ərəb əmirlərinin saraylarına oxşayırdı. Dereki görən kimi Mirel onun boynuna sarıldı. Amma gördü ki, Derekin qanı qaradır. Nə baş verdiyini soruşdu.

– İşlər xarabdır, – Derek paltosunu çıxarıb stulun üstünə atdı. – Qayınatam istəyir ki, Rut məndən boşansın. Bilirsən bu nə deməkdir?

– Bilirəm, fəlakətə bərabərdir! Sənin bu qədər borc içində olduğun vaxtda heç yerinə düşmədi, – Mirel qanıqara şəkildə dedi. – O niyə boşanmanızı istəyir?

– Sənə görə, əzizim.

– Bu ki axmaqlıqdır! – Mirel təəccübləndi.

– Axmaqlığın lap yekəsidir! – deyə Derek başı ilə təsdiqlədi. – Mənim van Aldinə gücüm çatmaz. Onun pulu çox, mənimsə cibimdə siçanlar oynaşır.

– Onda başqa şey fikirləş, – Mirel dedi.

– Nə fikirləşim? Başım şişib, nə edəcəyimi bilmirəm.

– Deyəsən, Rut sənlə evlənəndə van Aldin onun adına çoxlu pul keçirmişdi, eləmi?

– Hə, iki milyon funt-sterlinq[1 - Funt-sterlinq – Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının rəsmi pul vahidi]!

– Böyük məbləğdir. Rut qəfildən vəfat etsə, o pullar sənə qalacaq.

– Bu, axmaq təsəllidir. Rut sağlamdır, onun tezliklə öləcəyini, o pulların da mənə qalacağını gözləmək boş şeydir.

– Sağlam olsun, nə deyirəm. Amma hər cür qəza, bəd hadisə ola bilər.

Bunu deyib Mirel bic-bic gülümsədi. Derek iti nəzərlərlə onu süzüb heç nə demədi. Mirelin nəyə işarə etdiyini bilirdi. Mirel demək istəyirdi ki, Rutu qəzaya, ya da başqa bir bədbəxt hadisəyə düçar edib aradan götürmək olar. Nəticədə Derekə arvadından çoxlu pul qalacaqdı. Bu pulla o, borclarını ödəyəcək, üstəlik də kefi istədiyi kimi yaşayacaqdı.

– Deyəsən, ağlına batmadı, – Mirel Derekin tərəddüd içində olduğunu duyub sükutu pozdu, – onda başqa yol var. Sən Rutu şantaj elə!

– Necə? – Derek təəccüblə soruşdu.

– Bilirsən ki, Rut hələ də qraf de la Roşla görüşür. Qız Fransaya ayın 14-də məhz qrafla görüşməyə gedir. Əgər bunları qəzetlərə danışacağını desən, van Aldin də, qızı da qorxuya düşəcək. Hər halda, onlar biabır olmaq istəməzlər. İşi belə görüb ya boşanma məsələsindən vaz keçəcəklər, ya da sənə çoxlu pul təklif edəcəklər.

Mirel ağlına gələn bu fikirdən çox məmnun idi. Öz ağlına heyran qalmışdı. Derek isə nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:

– Mirel, bilirsən ki, səndən başqa heç kimim yoxdur. Bir tərəfdən boşanma məsələsi, o biri tərəfdən borclar. Lap başımı itirmişəm. Yəqin, heç olmasa, sən sonadək mənə arxa olacaqsan, hə?

Mirel azca fikrə getdi. Sonra gülüb dedi:

– Mən sənə yaxşı yol göstərdim. Dediyimi eləməsən, borclu olduğun adamlar səni məhv edəcək. Məhv olmasan da, dilənçi halına düşəcəksən. Bu isə elə ölümə bərabərdir. Onda sən mənim nəyimə lazımsan ki?!

Ürəkdən sevdiyi qadının sözləri Derekə pis təsir etdi. Mireli acıqla süzdü. Sonra şlyapasını, paltosunu götürüb güllə kimi otaqdan çıxdı.

Yolboyu çox düşündü. Axırda qərara aldı ki, bu vəziyyətdə ən yaxşısı səbirli olmaqdır. Gəzə-gəzə turist şirkətlərindən birinə gəlib çıxdı. Fransaya bilet sifariş elədi.

– Ayın neçəsinə, cənab? – şirkət işçisi soruşdu.

– On dördünə. Ən yaxşı qatar hansıdır?

– Əlbəttə, ən yaxşısı «Mavi qatar» dır.

Derek başı ilə razılığını bildirdi. Bileti alıb cibinə qoydu. Geri çevrilmək istəyəndə az qaldı bir xanımla toqquşsun. Amma onu bu yox, başqa şey təəccübləndirdi. Derek bu gün həmin xanımı artıq ikinci dəfə görürdü. Birinci dəfə van Aldinin otağından çıxanda, ikinci dəfə isə indi.

Derek xanıma üzrxahlıq edib şirkətdən çıxdı. Birbaşa evə gəldi. Otağına keçib kürsüsündə oturdu. Çox qəmgin idi. Düşdüyü vəziyyətə gah acıyır, gah da gülürdü. Bu vaxt qulluqçu içəri girdi. Bildirdi ki, Nayton adlı bir nəfər onu görmək istəyir.

– Nayton? – Derek yerində qurcalanıb öz-özünə pıçıldadı. – Xeyir ola, onu bura nə gətirib?

– İçəri dəvət edimmi, cənab? – qulluqçu soruşdu. Derek başının işarəsi ilə razılıq verdi.

Bir dəqiqədən sonra artıq Nayton içəridə idi. Derek onun əsəbi olduğunu hiss etdi.

– Deyəsən, mənim yanıma gəlmək xoş deyil… – Derek gülümsündü.

– Hə, – Nayton sərt tonda dedi. – Kaş ki van Aldin sizin yanınıza başqa adam göndərəydi.

– Yaxşı, onda burada çox qalmamaq üçün gəlişinizin məqsədini deyin, – Derek Naytonun ona qarşı əsəbi münasibətinin səbəbini bilməsə də, nəzakətlə dedi.

– Cənab van Aldin məni sizin yanınıza bir təkliflə göndərib. Əgər siz Rutla boşanmağa razılaşsanız, cənab van Aldin sizə yüz min funt-sterlinq verəcək.

Hər ikisi susdu. Derekin qaşları çatılmışdı. Yüz min funt-sterlinq böyük puldur. Bu pul əylənmək, gəzib-dolaşmaq üçün Derekə xirtdəyəcən bəs edərdi.

– Əgər mən bu gözəl təklifi qəbul etməsəm, necə olar? – Derek istehza ilə Naytondan soruşdu.

– Cənab van Aldin dedi ki, təklifi qəbul etməsəniz, sizin üçün çox pis olacaq.

– Hə, hə, o bunu bacarar. Axı onun pulunun nə sayı var, nə hesabı. Amma get o sarsaq qayınatama de ki, rədd olsun onun özü də, təklif etdiyi rüşvət də! Aydındırmı?

– Aydındır! – Nayton bunu deyib getdi.

QATARLA SƏYAHƏT

Beləliklə, ayın on dördü gəlib çatdı. Rut və qulluqçusu artıq «Mavi qatar» da yerlərini tutmuşdular. Qatarın tərpənməsinə hələ bir qədər vardı. Rut birdən pəncərədən atasını gördü. Tez qatardan düşüb onun boynuna sarıldı:

– Atacan, bəs demişdin məni yola salmağa gələ bilməyəcəksən?

– Hə, qızım, demişdim. Vacib iclas vardı, – van Aldin Rutu qucaqlayıb dedi, – amma yüz elə iclas qurban olsun sənə. Heç nə səndən vacib deyil.

Rut atasının bu qayğıkeşliyindən kövrəldi:

– Səndən yoxdu, ata!

Qatarın fit səsi eşidildi. Ata-bala yenidən qucaqlaşdılar. Rut vaqona qalxdı. Qatar tərpəndi. Rut vaqonun geniş dəhlizində dayanmışdı. Birdən yanında duran qadına diqqətlə baxmağa başladı. İlk baxışdan bu alagöz xanım onun ürəyinə yatdı. Belə adamla dərdləşmək, ona ürək açmaq olardı. Rut gülümsünüb əlindəki jurnalı vərəqlədi. Amma fikri başqa yerdə idi. «Həyatımda hansı xoşbəxtliyi görmüşəm? – O, fikrindən keçirirdi: ‒ Axı onsuz da heç kim heç nə bilməyəcək. Belə isə niyə də xoşbəxt olmamalıyam?!» Bir az sonra Rut vaqon-restorana getdi. Orada boş yer tapmaq çətin idi. Ofisiant onu tək oturmuş bir qadının masasında əyləşdirdi. Təsadüfə bax, bu, Rutun vaqonda gördüyü alagöz xanım idi.

Rut atasıyla vidalaşdığı zaman yanında gülərüzlü bir qadının durduğunu gördü. İlk baxışdan bu alagözlü qadın onun ürəyinə yatmışdı.

Onlar bir-birinə ötəri gülümsədilər. Çox keçmədi ki, xörəkpaylayan hərəsinin qabağına bir qab şorba qoydu. Yemək bitəndən sonra çay gəldi. Aralarındakı sükutu alagöz xanım pozdu:

– Xanım, bağışlayın, ola bilər sualım sizə ədəbsiz görünsün. Amma soruşacağam: mənə elə gəlir ki, siz nə barədəsə dərin həyəcan keçirirsiniz, elədirmi?

– Siz tamamilə haqlısınız, – Rut köks ötürüb təsdiqlədi, – başağrısı olmasaydı, hətta niyə həyəcan keçirdiyimi də deyərdim. Çünki ilk baxışdan siz mənə doğma bir adam kimi göründünüz.

Bu qadının adı Katarina idi. Onun otuz üç yaşı vardı. On il yaşlı və kimsəsiz bir qadının qulluqçusu olmuş, onun nazı ilə oynamışdı. Həmin qadın öləndə bütün varidatını Katarinaya bağışlamışdı. İndi isə Fransada yaşayan xalası qızı ledi Tomplingilə gedirdi. Uzun illər onu unutmuş bu qohumu Katarinanın varlandığını eşidən kimi onu evinə qonaq çağırmışdı.

Qulluqçuluq həyatı Katarinaya başqalarına qayğı ilə yanaşmağı öyrətmişdi. Odur ki Ruta baxıb nəzakətli bir səslə dedi:

– Nə başağrısı, canım, buyurun.

– Onda gedək mənim kupemə.

Hər ikisi birlikdə kupeyə gəldi. Rut içəridən bir-birinə girişi olan iki kupe götürmüşdü. Onlar arxa kupedə oturdular.

Rut sözə başladı:

– Mən böyük bir bəlaya düşmüşəm. Çox xoşladığım bir kişi var. İndi Parisə onunla görüşə gedirəm. Biz gənc yaşlarımızdan bir-birimizi sevirdik. Amma bizi qəddarcasına ayırdılar. Ərim yaramaz adamdır, məni çox incidir, hamının içində rüsvay eləyir. Mən bu biabırçılığa dözə bilmirəm. Atam istəyir ki, boşanım. Amma xəbəri yoxdur ki, başqa bir adamla görüşə gedirəm. O bunu bilsəydi, mənə çox pis baxardı.