Читать книгу İnandırmaq və təqdim etmək (Piter Kouter) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
İnandırmaq və təqdim etmək
İnandırmaq və təqdim etmək
Оценить:
İnandırmaq və təqdim etmək

3

Полная версия:

İnandırmaq və təqdim etmək


Bəli, – artıq mükəmməl təqdimetmələr edən biri olmağın niyə əhəmiyyətli olduğunu bilirik. Yaxşı, bəs bunu necə

edəcəyik?


5 Hava atışı basketbol oyunu başlayan zaman topun havaya atılmasıdır. Hər dəstə-dən bir oyunçu topa tərəf qaçar və topu tuta bilən oyunçunun dəstəsi oyuna başlayar.

18

1. Bu bir söhbətdir, sadəcə siz daha çox danışırsınız. Bir çox insan bunu başa düşməkdə çətinlik çəkir. Nə zaman agentlikdə işləyən insanlarla işləsəm bunun belə olduğunu görürəm. Təqdimetmə zamanı “real həyatda” olduqlarından

“fərqli” olmağa çalışırlar, çünki bunun iş olduğu fikrindən imtina edə bilmirlər. Eyni zamanda “professional” görünmək istəyirlər. Halbuki sonda bacardıqları darıxdırcı olmaqdır. Atelyelərdəki insanlarla üz-üzə oturub təqdimetmələri nəzərdən keçdirdiyimiz zaman nə qədər darıxdırıcı olduqlarını gördükləri zaman dəhşətə gəlirlər. Darıxdırıcı olmaq təqdimetmə ilə məşğul olan insanın ola biləcəyi ən pis şeydir. Təqdimetmənin ölümcül səhvidir. Əgər darıxdırıcısı-nızsa, təqdimetmə etdiyiniz insanların zamanını boşa xərclə-yirsiniz və buna görə sizə nifrət edəcəklər. “Professional”

olmağı unudun və özünüz olmağa çalışın. Əsl özünüz. Təq-dimetməniz məclis binasının pillələrində verilən bildiriş və

ya siyasi bir iclasda edilən nitq təsəvvürü yaratmamalıdır.

Nə də qulağa dərs kimi gəlməməlidir. Restoranda dostunuzun qarşısında danışırmışsınız kimi danışmalısınız.

Hamımız bunu yaşamışıq. Bir iclasda oturduğumuz zaman, bizi qəti maraqlandırmayan, ancaq natiq üçün çox önəmli olduğu bəlli olan bir şey haqqında mırıldanarkən tez bitsin deyə dua etdik. Halbuki o qədər soyuq, o qədər rəsmi, o qədər “professional” olmasaydı bəlkə də problem olmazdı.

Öz dünyasına dalmasaydı, bizə dərs verməsəydi.

Bu cür adam olmayın. Bunu nə qədər qeyd etsəm azdır.

Sadəcə bizimlə danışın. Ən yaxşı təqdimat edənlər bunu bilirlər və təqimetmələri belə edirlər.

Mövzuya və ya mühitə uyğun olaraq səsimizin tonunu və gücünü artırmağın lazım olduğunu deməyə ehtiyac da yoxdur. Veqasda 5 min avtomobil satıcısına xitab edərkən, səsimiz maşının digər tərəfindəki iki nəfərlə media planını 19

müzakirə edərkən olduğundan daha gur olmalıdır. Amma bu hələ də söhbətdir. Etməyiniz lazım olan iş vəziyyətə uyğun bir tarazlıq yaratmaqdır.


2. Özünüz olun.

Mükəmməl təqdimat edənlər, öz slaytlarını oxumurlar.

Bunun haqqında daha sonra uzun-uzun danışacağam, am-ma burada da deməyə icazə verin, onsuz da nə qədər de-səm azdır.

Mükəmməl təqdimat edənlər, hamımızın sadəcə insan olduğunu bilir. Bəzi səhvlər edə bilərik. Bir neçə dil sürüş-məsi ola bilər. Bunda problem yoxdur. Həqiqətən, yaxşı təqdimat edənlər səhvlərini qəbul edər, qarşılarındakı insanları dürüst ola bilmələri və insan kimi qala bilmələri ilə sehr-ləyərlər.

Əslində söhbət edirmiş kimi bir tərz mənimsədiyimizə

görə bir neçə səhv də olmalıdır. Bir dəfə özünün “adi, sadə”

bir insan kimi görünməsini təmin etmək üçün sözlərini və

təqdimetmə zamanı istifadə etdiyi vasitələrin bir hissəsini qəsdən qüsurlu göstərən gözəl biri ilə işləmişdim. Adı Aketi idi. Onu dinləyənlər çox bəyənmişdi.

Çox bacarıqlı, çox yaxşı, çox nizamlı, özündən çox əmin olan insanlarla da işləmişəm. Səmimi olduqlarını deyə bil-məyəcəyəm. Bu vəziyyət təqdimetmənin müvəffəqiyyətinə

kölgə salan bir haldır. Qarşınızdakı insanların sizdən istədiyi tək şey səmimi, real olmağınızdır. Yarışma proqramının aparıcısı olmağınız deyil.

Qarşınızdakı insanların sizdən, həqiqətən, istədikləri şey

“Siz”siniz. Bunu daha əvvəl də dedim, amma təkrar deyəcəyəm. Özünüz olun.

Ən yaxşı təqdimat aparanlar bunun yeganə doğru yol olmadığını bilirlər. Sadəcə bir Aleks Boquski, bir Salli Hoq-20

şed, bir Cef Qudbi var. Amma eyni zamanda siz də təksiniz.

Öz tərzinizi tapın və ondan faydalanın. Onun üzərində işlə-yin, inkişaf etdirin. Öz səsinizi tapın. Başqa biri olmağa çalışmayın.

Bunu belə düşünsəniz çox maraqlı ola bilər. Özünüz olsanız yaxşı olar, başqa hər kəs çoxdan qəbul edilib.


3. Hekayə danışın.

Bu bir az fərdiləşdi, amma böyük ehtimalla doğru olduğu üçün belə oldu. Mükəmməl təqdimat edənlər hekayə

danışırlar. Hamımız hekayələri sevirik. Əvvəli, ortası və so-nu olan hekayələri. İlk dəqiqədən diqqətimizi çəkən və sonuna qədər bunu davam etdirən hekayələri, bəlli bir mövzu haqqında bilinən, dəfələrlə açıqlanmış düşüncələri, təkrar dilə gətirən birini yenidən dinləməyi kim istəməz ki. Heç kim slaytlardan oxuduqlarınıza baxmağı və dinləməyi istəməz. Halbuki hekayələri hami sevir. Hekayələrin bəşər övla-dının ən qədim əyləncə forması olduğu deyilə bilər. Bəşər övladı, ünsiyyət vasitəsi kimi dilə sahib olduğundan bəri, o günün hekayələrini həm fövqalədə, həm də qeyri-adi həyatlar haqqında nağıllarını dinləmək üçün ocağın başında top-lanıb. Günümüzdə də dostlarımızla bir restoranda görüşdü-yümüz zaman hamımız sıra ilə öz hekayələrimizi danışır və

gözəl zaman keçiririk. Müştərimizə və ya potensial müştəriyə təqdimetmə zamanı bunu xatırlatmalıyıq. Təqdimatı bir hekayə halına gətirin. Əyləncəli edin, insani edin. Söhbətə

çevirin, fərdiləşdirin, önəmli edin.

Özünüzü və mövzu ilə bağlı hissetdiklərinizi təqdimet-mələrdə əks etdirin. Qarşınızdakı insanların münasibət qu-ra biləcəkləri budur, bunun sayəsində sizinlə də bir münasibət yaradarlar. “Bəli” demələrini təmin etmənin yolu buradan keçir.

21

Belə olduğu halda hər təqdimetməni bir hekayə kimi düşünün və həqiqətən maraqlı bir açılış və güclü bir son yaratmaq üçün diqqətinizi toplayın. Hədəf kütlənizin əlindən tutub onu hekayənin sonuna tərəf aparın. Baxın, ora hədə-finizə çatmaq üçün yola çıxdığınız yerdir.


4. Mövzunu bilin.

Mükəmməl təqdimat edənlər mövzularını yaxşı bilirlər.

Əzbərləməyiblər, sadəcə bilirlər. Mövzuya o qədər hakim-dirlər ki, təqdimetmə başlayandan sonra mövzunu istədikləri yerə çəkə bilir və hər dəfəsində harda qaldıqlarını yaxşı bilirlər. Əgər yaxşı fikir olduğunu düşünürlərsə, mötərizə

aça bilir, mövzudan uzaqlaşa bilir və qarşılarındakı insanın yaxşı başa düşdüyündən əmin olmaq üçün geri qayıda bilirlər. Mövzunu bilmək həddən artıq problemin öhdəsindən gələ bilmək üçün lazım olan tək cəhətdir.

Təqdimat edən şəxs, mövzuya yaxşı hakim olduğu zaman orada olma səbəbinə- yəni qarşısındakı insana fokuslanmaq azadlığına sahibdir. Mükəmməl təqdimat edənlər qarşılarındakı insanlarla o qədər uyğunlaşırlar ki, onların ne-cə reaksiya verəcəklərini tam olaraq bilirlər. Qulaqları və

gözləri ilə dinləyərlər. Tamamilə fokuslanmış şəkildə, tam o anda və oradadırlar. Təqdimat əsnasında nə olursa-olsun ondan faydalanmağa hazırdırlar.

Mükəmməl təqdimat edənlər mövzularını yaxşı bildikləri üçün gözlənilməz hallara hazırdırlar. Hər hansı bir şeyin olmasına icazə verirlər. Və əyləncə də ümumiyyətlə gözlənilməz hallardadır. İnsanlar çılğın suallar verir, qəribə cümlələr qurur və tez-tez çox faydalı bir şeyə işarə edərlər. Hadisələri axarına buraxın.

Atelyedəki işlərimdə və dərslərimdə, tez-tez özümü müzakirə etməyi əsla planlamadığım mövzuların içində gö-22

rürəm. Ümumiyyətlə bu iclasda deyilən ən yaxşı şeylərdən biri olur. Əzbərlədiyiniz bir şeyi tutuquşu kimi təkrarlama-ğa çalışdığınız zaman bu olmaz. Ən praktik bucaqdan dü-şünsək, əgər yaddaşın əzbərləmiş olduğu hər kəliməni xatır-layacağına inanırsınızsa, artıq məğlub olmuşsunuz. Sözləri unutsanız və sonradan harada qaldığınız və oradan necə

çıxacağınızı xatırlaya bilməzsiniz. Halbuki fikirləri bilsəniz, probleminiz olmaz, yaddaşınızı qurdalayıb əzbərlədiyiniz sözü tam olaraq xatırlamağa çalışmazsınız. Sadəcə mövzunu bilib, təqdimat etdiyiniz insanlara çatdırarsınız.


5. Rahatlanın və xoş görünün.

Sadəcə danışırsınız. Özünüzə dərd eləməyin və kimisə

təsir altına salmağa çalışmayın. Çünki orda olma səbəbi-nizin “bəli” cavabı almaq olduğunu bilirsiniz. Mükəmməl təqdimat edənlər, həqiqətən önəmli olanın qarşılarındakı insan olduğunu bilirlər. Buna görə də tək düşündükləri sözlərin və görüntünün o insanlara olan təsiridir.

Güldürün, amma lətifə danışmayın. Mükəmməl təqdimat edənlər, haqqında danışdıqları mövzuya uyğun yumo-ru tapa bilirlər. Əgər lətifə danışmaqda, həqiqətən, bacarıqlı-sınızsa, bir “open mik”6 gecəsinə qatılın, kim bilir bəlkə sonradan televiziyada öz proqramınızı hazırladınız.


6. Qrup çalışması əhəmiyyətlidir.

Mükəmməl təqdimatlarda, qrup bir-birini, həqiqətən, sevirmiş kimi təqdimat edər. Bu belə olmasa belə ən azından belə görünməyi təmin edən bir yol tapın. Bir-birinizlə

razılaşmadığınız zaman müştəri bunu bir kilometr uzaqdan 6 Dinləyicilərin arasından mikrofona gəlib şeir demək, mahnı oxumaq, “stend-up”çılıq kimi çıxışlar edilən fəaliyyətlər.

23

başa düşə bilər və bunu sezdikləri zaman sizi o dəqiqə çölə

çıxararlar.

Bir dəfə araşdırma məsləhətçisi kimi işləyir və bir müştərinin özünə uyğun agentlik tapmasına kömək edirdim.

Agentliklərdən birində liftlə endiyimiz zaman, agentliyin GEO-su və baş kreativ direktoru tərəfindən qarşılandıq.

Bizimlə ilk kimin salamlaşması barəsində sanki bir-birilə

yarışırdılar. Sonra bizə agentliyi kimin gəzdirəcəyi – o çox önəmli Mebel İdarəsi mövzusunda da bir qərara gələ bilmə-dilər.

Sonunda konfrans otağına daxil olduq və qrup üzvlərinin ağıllı, diqqətli, yaradıcılıq baxımından həyəcanverici, bər-bəzəyi tamamlanmış bir təqdimatla yaxşı zaman keçirdik. Agentliyin başında olan iki şəxs bir qədər gərgin görünürdü. Amma təqdimat mükəmməl idi. Bizə özümüzlə apar-mağımız üçün kitablar verdilər və liftə qədər yola saldılar.

Aşağı endiyimiz zaman müştərilərimə nə düşündüklərini soruşdum: “Mükəmməl bir təqdimetmə idi elə deyilmi?”

“Bəli, çox yaxşıydı” – dedilər.

“Amma əgər o iki adam öz aralarında razılaşa bilmir-lərsə, bizim işin üzərində necə işləyəcəklər?” O iki nəfər arasında aşkar mübahisə müştərilərimin o iki saat ərzində gördükləri hər şeydən daha önəmli olmuşdu. Agentlik elə oradaca yarışdan kənarda qaldı.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner