banner banner banner
Himətli sözlər
Himətli sözlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Himətli sözlər

скачать книгу бесплатно

Himətli sözlər
Müəllif kollektivi

Kitabda müxtəlif xalqların və dünya ədəbiyyatı klassiklərinin, görkəmli alimlərin müdrik kəlamları toplanıb. İnsan, həyat, təbiət haqqında olan bu hikmətli sözlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

HİKMƏTLİ

SÖZLƏR

cib kitabları silsiləsi / 1

1

Gələcək təmiz adamlara məxsusdur.

Maksim Qorki

Biz həmişə adamlardan şikayətlənirik. Özümüz də

adamıq. Demək, bizdən də şikayətlənə bilərlər.

Maksim Qorki

Cəmiyyət xaricində insan ya Tanrıdır, ya vəhşi heyvan.

Aristotel

İnsan öz təbiəti etibarilə ictimai varlıqdır.

Aristotel

İnsan zəkası təbiət və cəmiyyətin inkişaf qanunlarına, həyatın sirli mənalarına getdikcə

daha çox yol açır.

Nizami Gəncəvi

İnsanın bacarmadığı şey yoxdur.

Nizami Gəncəvi

Adam yüksələndə əhdini pozmaz.

Nizami Gəncəvi

İnsan azad doğulur, amma mən onu hər yerdə

2

zəncirdə gördüm.

Jan-Jak Russo

Adi vəziyyətdə insan müdafiəsiz yaşayır, onun üzərində heç bir nəzarət olmur.

Ona ancaq günah işlər görmək qadağandır, amma günah etməmək mümkün deyil.

Ona görə də, küçələrdə qanun-qayda, nizam, qəlblərdə isə hərc-mərclik hökm sürür.

Maksim Qorki

Müəyyən bir şeyə möhkəm meyil edəndə insanlar çox cazibədar olur. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə

çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.

Maksim Qorki

Kimsə təkbaşına dünyanı udmaz,

Yalnız bir insanın şahlığı tutmaz.

Nizami Gəncəvi

İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.

Onore de Balzak

İnsan heyvandan yalnız ağlı, iradəsi ilə deyil, 3

eyni zamanda hissi, qəlbi ilə də fərqlənir.

Lüdviq Feyerbax

Səhvimiz çox zaman tam səadətimizdir.

Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur.

Qüssə və ağrıların da sonu olmur.

Evripid

İnsan həyatı dəmirə bənzəyir.

Əgər ondan iş üçün istifadə edirsənsə parıldayır, istifadə etmirsənsə pas atır.

Katon Starşiy

İnsanın qayğıları yalnız öləndən sonra qurtarır.

İordan

Ölümdən qorxan insan heç nəyə nail ola bilməz.

Yalnız qorxmayana hər şey mənsubdur.

Lev Tolstoy

Azadlıq sevməyən insan yoxdur.

Məsələ burasındadır ki, ədalətli şəxs bunu hamı üçün, ədalətsiz yalnız özü üçün tələb edir.

Beorne

4

İnsan üçün ən əziz şey həyatdır. O, adama bir dəfə

verilir, ona görə həyatı elə başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni yandırmasın, rəzil və məzmunsuz həyat sürdüyün üçün qəlbin ağrımasın və ölərkən deyə biləsən ki, mən bütün həyatımı və bütün qüvvəmi dünyada ən gözəl şeyin –

bəşəriyyətin azadlığı uğrunda mübarizəyə

həsr etmişəm.

Nikolay Ostrovski

Biz nə olduğumuzu bilirik,

amma nə olacağımızı bilmirik.

Vilyam Şekspir

Özünü idarə edə bilməyən adam,

başqasına ağıl verə bilməz.

Demokrit

Təmiz adamı təqib etmək olar,

amma hörmətdən salmaq olmaz.

Volter

Özümüzün üzərimizdəki qələbəmiz

ən böyük qələbədir.

Kalderon

5

Dörd cür adam – yoxsul, kor, bivaris və cüzamlı xəstə

elə diri ikən də ölü hesab olunur.

Talmud

O kimdir dünyada etməsin günah,

Günahsız bir insan yaşamaz əsla.

Sədi Şirazi

Dizi üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.

Dolores İbbaruri

İnsan gərək inam-etiqad üçün yaşasın.

Motsini

İnsanla yaşayan mərddir, kişidir,

Kimsəni sevməmək namərd işidir.

Nizami Gəncəvi

Ah, mən hissə edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar.

Vilyam Şekspir

Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.

Mirzə Fətəli Axundov

6

İnsanda, adətən, əql adlanan şey onun mühakimə

yürütmək, düşünmək üsuludur, başqa bir şey deyildir. Alimlər bunu metod, sənətə xidmət edənlər istedad adlandırırlar.

Henrik İbsen

Tənbəllik, avaralıq insan əxlaqını pozur.

Abbasqulu Ağa Bakıxanov

Əgər insansansa, insanlığı sev!

Nizami Gəncəvi