banner banner banner
Himətli sözlər
Himətli sözlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Himətli sözlər

скачать книгу бесплатно


İnsan ömrünü heç bir şey

həyatın sakit keçməsi qədər uzatmır.

Moris Donney

İnsan var-dövlətini xeyirli, faydalı işlərə xərcləməsə

dövlətli deyil, yoxsul hesab edilə bilər.

Vissarion Belinski

Mənim üçün insan heç nədir, amma onun məsləki (əqidəsi) hər şeydir; yalnız məslək məni insana bağlayar, ya da ondan ayıra bilər.

Vissarion Belinski

7

Özgəyə hörmət etmək üçün insan əvvəlcə

özünə hörmət etməlidir.

Herman Züderman

İnsanlar arasında qarşılıqlı məhəbbət –

insan həyatının əsas qanunudur.

Lev Tolstoy

İnsanların əksər hissəsi həyatlarının birinci yarısında ikinci yarısını bədbəxt etmək üçün ömür sürürlər.

Daniel Brier

İnsan dünyaya ovcu sıxılmış halda gəlir və sanki,

“Bütün dünya mənimdir” – deyir.

Amma həyatdan əlləri açıq gedir, sanki,

“Baxın, özümlə heç nə aparmıram” – deyir.

Henrix Heyne

Bir ideya uğrunda əzab çəkmək ən yüksək məziyyətdir. Buna insan şəxsiyyəti qabildir.

Cüzeppe Mazzini

İnsan qəlbinin ən yüksək qabiliyyəti, məziyyəti xeyirxahlıqdır.

Fridrix Nitsşe

8

Özgələrinin addımlarında nöqsanlar axtarıb mühakimə etmək insanların xüsusiyyətidir.

Henrik İbsen

Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılıb. Avara adam öz insanlıq vəzifəsini unudaraq, başqasına yük olur.

Abbasqulu Ağa Bakıxanov

Özlərinə hər şeyi bağışlayan mərhəmətli adamlar çox vaxt özgələrinə münasibətdə ən ciddi, tələbkar olur.

Valdur

Əsl adam o adamdır ki, öz şəxsi qüsurlarını özgədən yaxşı görür və öz qabiliyyətini əhəmiyyətsiz (az) hesab edir.

Abbasqulu Ağa Bakıxanov

Böyük adamlar çox zaman avara, səfeh və lazımsız adamların əlilə ölüb-öldürülürlər.

Vilyam Şekspir

Fanatizm, səbirsizlik yayan və sakitliyi pozan adamlar zərərlidirlər.

Jan Leron Dalamber

9

İnsanlar inama ancaq inamla cavab verirlər.

Oskar Uayld

İnsanlar xoşbəxt olmaq üçün əsarət zəncirini qırıb azad olmalıdırlar.

Nikolay Çernışevski

Cavan hər nə etsə də ayıb tutulmaz ona, Min bir ayıb tutular qocalıqda insana.

Nizami Gəncəvi

İnsanlarda ən qiymətli ləyaqət cəmiyyətdir.

Karl Marks

Həyatın ən böyük məziyyəti hər şeyin sonunun olmasındadır.

Maksim Qorki

Həyatda gülərək addımlamaq, onu gözyaşı ilə

isladaraq keçməkdən daha yaxşıdır.

Rabindranat Taqor

Həyat əta deyil, bilməlisən ki, hər addım atdıqca məzara yaxınlaşırsan; həyatda naümid, bədbin olma, ondan səmərəli istifadə et.

Mirzə Şəfi Vazeh

10

Gözəl bir həyat qur, şən yaşa hər an, Kimsəyə dəyməsin səndən bir ziyan.

Nizami Gəncəvi

Həyatda hamar, güzgü kimi yol olmur.

Yolda rast gəldiyin kiçik çuxurlar, ümidsizlik, kədər gətirməməlidir.

Aleksandr Puşkin

Həyatın mənası gözəlliyə və məqsədə meyil etməklə

güclüdür. Həyatın hər bir anının öz böyük məqsədi, məramı olmalıdır.

Maksim Qorki

Axmaqcasına çiyinlərini zərbə altına verənləri həyat əzir.

Aleksandr Şirvanzadə

Vaxtı qoruyun, bu, həyatdan

düzəldilmiş bir toxumadır.

Semuel Riçardson

Sənət həyatın dərsliyidir.

Nikolay Çernışevski

11

Həyat dediyimiz o gözəl məna,

Tale dediyimiz müqəddəs dünya.

Yaranır insanın arzularından,

Hər təmiz vicdanın ilk baharından.

Səməd Vurğun

Həyat bizi kart kimi qarışdırır. Öz yerimizə yalnız təsadüfən, həm də qısa müddətə düşürük.

Maksim Qorki

Həyat gedir: kim onunla ayaqlaşa bilmirsə, tənha qalır.

Maksim Qorki

Zəhmət həyatdır, fikir dünya.

Viktor Hüqo

Ölüm var ki, həyat qədər dəyərli;

Həyat var ki, ölümdən də zəhərli.

Hüseyn Cavid

Hamı üçün həyat qiymətlidir, təmiz adam üçün namus həyatdan da qiymətlidir.

Vilyam Şekspir

12

Yaşamağın üsulunu kitab oxumaqla yox, daha çox həyat məktəbində öyrənirlər.

Moli

Ümidsiz həyat – bir anlıq ölümdür.

Vilyam Şekspir

Mübarizə həyatın şərtidir.

Mübarizə qurtardıqda isə həyat məhv olur.

Vissarion Belinski

Kitab ölü candır. Onu necə istəyirsən götür, cır, kəs, doğra; o, səs çıxartmaz. Amma elə ki həyatda səhv bir addım atdın, qanunsuz olaraq özünə bir yer tutdun, etiraz səsi eşidirsən, ya da səni döyər, başına vurarlar.

Maksim Qorki

Həyatı uzunluğuna görə deyil,

mənasına görə qiymətləndir.