Çox vaxt dərsliklər psixologiyanın təqdirəlayiq nəzəriyyələri, prinsip və təcrübələrini elə yorucu müzahirələrə çevirir ki, lap Freydin özü bunlara qarşı çıxmaq istəyərdi. “Psixo 101” isə darıxdırıcı təfərrüatları və statistikanı bir kənara qoyur, onun yerinə diqqətinizi və neyronlarınızı isə aktiv saxlayan psixologiya dərsi verir. Şəxsiyyətə dair viktorinalar və Rorşax Blot Testindən tutmuş B.F. Skinnerin inkişaf mərhələlərinə qədər hər bir mövzuda insan davranışından bəhs edən bu dərslik psixologiya mövzusunda başqa heç bir yerdə öyrənə bilməyəcəyiniz yüzlərlə əyləncəli məlumat və testlərlə doludur. Beləliklə, zehnin dərinliklərinə baş vurmaq, yaxud dostlarınızın nəyə eyham etdiyini bilmək istəyirsinizsə, “Psixo 101”də bütün suallarınıza – hətta axtardığınızdan xəbərinizin olmadığı suallara belə cavab tapa biləcəksiniz.
все жанры