banner banner banner
Təbriz namusu
Təbriz namusu
Оценить:
Рейтинг: 0

Полная версия:

Təbriz namusu

скачать книгу бесплатно


Alan-Qoa onun arvadı olarsa, o, tayfanın tam hüquqlu başçısı sayılacaq. Bu işdə Alan-Qoanın da razılığı lazım idi. Əslində tayfanın başçısı hazırda o idi. Ərindən sonra hakimiyyət oğluna keçirdi. Uşaq körpə idi, ona görə anası hakim olurdu.

Yekə Nidun alaçığa çatıb, bir ayağını yerə qoyub, o biri ayağını da hərləyib, atı buraxdı və soruşdu:

–Bu nədi?

Çomağına söykənən ağsaqqal bir kişi barmağını dodağına apardı. Yəni sus, qoy şamanın söhbətinə qulaq asaq.

Alaçığın qapısı açıq idi. Neçə nəfər də dözməyib, içəri girmiş, ağına-bozuna baxmadan ağ və qara keçələrin üstündə diz üstə çökmüşdülər.

Şaman oxuyurdu…

Yüz, yüz illər bundan əvvəl, elimizin, günümüzün səhər vaxtı idi. Ellərdən bir gözəlinin özü gözəl, bəxti kor idi. Tanrı onu qısır qoyub, verməmişdi övlad payı. Ər igidi igidlərin yaraşığı, nəzir verir, para paylayır, şamanlardan istəyirdi gözləri kor, özü də şil bir uşaq. Tanrı əli verən olar, tanrı əli verməz olar… Bir gün igid atıb getdi bu gözəli. Ayrı gözəl oldu onun can sirdaşı…

O günahsız gözəl isə baş götürüb getdi eldən. Səhralarda, dağda, daşda düşdü dildən. Bir gün elə yağış yağdı, bir gün elə tufan qopdu… Dağıdırdı yeri-göyü. Gözəl isə ümidlə gəldi bir palıdın koğuşuna. Qoca palıd o bəxtsiz bala kimi əzizləyib, aldı ana ağuşuna.

İnsanların fəryadları, şamanların nidaları gedib çatdı tanrılara. Böyük tanrı gənc oğlunu göndərdi ki, görsün yerdə bəndələri salamatmı?.. Cavan tanrı döndü iti ildırıma. Şaqqıldayıb, guruldayıb, yer üzünə işıq saçdı. Birdən palıd koğuşunda qərar tutan o gözəli görüb çaşdı. Gənc tanrı da məhəbbətin əsiriydi. Onun bu iş, bu əməli bəlkə elə göy üzündə onun bircə kəsiriydi.

Tanrı sevdi gözəli… Tufanı da, yağışı da ram elədi. Öz nurunu koğuşa nişan verdi.

Tanrı sevən gözəlin çaxan nurdan oğlu oldu, vaxt çatanda. Hər bədbəxt də xoşbəxt olur vaxt çatanda.

Düz on doqquz oğlu oldu, cəmi gözəl, cəmi igid. O tayfanın adı da var, sanı da var. Ölməyəcək nə qədər ki, göy üzündə qərar tutub o tanrılar! Kimdir onlar? Deyim, bilin. Doqquz oğuz, on uyğurdu o tayfanın gözəl adı…

Alan-Qoanın kənizi Çiçəyin çiçəyi çatladı. Sevindiyindən nə elədiyini bilmədi. İməkləyib şamanın ətəyindən öpdü.

Alan-Qoa ayaq üstündə, mavi göylər əngindəki libasında mələk kimi dayanmışdı. Gözəllikdə elə bil hamıya meydan oxuyurdu.

Şaman isə qopuzunu çalırdı. Onun hələ deməyə sözü vardı.

–Ey mənim xoşbəxt elim! Eşit və bil: bizim tayfaya da belə bir xoşbəxtlik nəsib olmuşdur. Böyük igid Dobun-Bəyanın dul qalmış xatunu Alan-Qoanı da tanrılar nişanlamışlar. Hər gecə onun çadırının bacasından düşən nuru kim görərsə, o, bunun göylər qədər həqiqət olduğunu yəqin edər.

Çiçək qışqırdı:

–Mən görmüşəm!

"Mən görmüşəm" deyən bir neçə səs də eşidildi.

Həmin gün şamanın da, xatunun da nüfuzu özlərinə qayıtdı. Amma şaman bu işıq, şüa, nur söhbətinə inanmırdı. Qəlbinin dərinliyində buna şübhə ilə baxırdı. Qonşu türk tayfalarında danışılan belə əfsanə eşitmişdi. Onlarda varsa, bunlarda da olmalıdır. Ona görə də adamları inandırdı. Özü necə?

Şaman tanrılığın sirlərini bilirdi. Göydə tanrılar yaşayır və onların yerə endikləri məskən Xantanrı dağıdır. Onların varlığını adamlara tanıtdıran yağışdı, qardı, ildırımdı, şimşəkdi. Tanrı insanları sevəndə yazda onların otlaqlarına yağış, qəzəblənəndə dolu göndərir və ildırım qılıncını onların başında sınayır.

Bunları hamı bilir. Amma insanları tanrıların varlığına inandırmaq üçün şamandan böyük müdriklik, ağıl, insanların xeyrinə deyilmiş məsləhətlər, düz yol, xoş sözlər gözlənilir. Bu şaman babanın gücü isə qopuz və sözdə idi. Qocaldığından şaman rəqsini də artıq it ilindən bəri oynaya bilmirdi. Belindəki və dizlərindəki ağrı imkan vermirdi. Onun övlad sarıdan, qohum sarıdan heç kəsi də yox idi. Südünü, ətini el verir, ocaqda yandırmağa odunu, çırpını, gərməni də adamlar gətirirdi. Ocağa atıb, alovu qızışdırdığı barıtı isə nə vaxtsa Çindən gətirmişdilər. O, barıtı kiçik bir torbada boynundan asıb saxlayır, sirrini heç kəsə vermirdi. O, kükürdün də sirrini bilirdi. Bu sirr onsuz da köçəri heyvandarlara lazım da deyildi. Sirri bilsələr, inamları da itərdi.

Amma şaman bir şeyə inanırdı ki, elinə, obasına sədaqətlidir. Ona düz məsləhətlər verir, əyri yollardan qaytarır, yavaş-yavaş pis adətlərdən xilas edir.

İndi bu işıq, şüa, nur məsələsində o öz fikirlərini daha inamla təlqin edə bilər, əlbəttə, sonra yalana çevrilməsə. Alan- Qoa doğmalıdır. Əgər tanrı ilə nikahlanıbsa, demək, o dünyaya uşaq gətirməlidir. Bunun ayrı bir yolu yoxdur. Əks təqdirdə xatun da, şaman da məhv olar, insanlar inamını itirər, tayfa başqa çöllərin quzğunlarına yem olar. O, çox yaxşı bilirdi ki, Günəşin işığı olmasa, bir ot belə cücərməz. Günəşin işığı olmasa belə, otu bitirəcək toxum, kök yoxsa, o bitməyəcək. Bunlar biri-birindən ayrılmazdır. Bu barədə xatunla mütləq danışmalıdır.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)