Azərbaycan kinosu tarixində özünəməxsus dəsti-xətti ilə seçilən Maqsud İbrahimbəyovun uşaqlar üçün yazdığı hekayələr də obrazlı və sadə ifadə tərzi, gündəlik məişət qayğılarının səmimi və realist təsviri ilə seçilir. Yaşadığı dövr üçün quruluşun, siyasi və ictimai vəziyyətin olduqca cəsarətli ifadə tərzinə görə yadda qalan bu hekayələr əslində sovet məişətinin çətinliyi, sovet insanının həyat tərzi haqqında dolğun təsəvvür yaradır. II Dünya müharibəsi zamanı arxa cəbhədə ən böyük rola malik neft Bakısında insanların yaşadığı çətinliklər ilk baxışda uşaqsayağı görünür, lakin acı həqiqət dili ilə təsvir olunur. Məhz buna görə oxucu bu hekayələri dönə-donə oxumaq istəyir və hər dəfə yeni bir detalı kəşf edir.
все жанры