Təbiət sirləri, insan psixalogiyası, mistik fəlsəfi düşüncə tərzi, sufi dünyagörüşü, kainatın fəlsəfəsi Nazim Əhmədlinin şeirlərinin məzmunudur. Və demək olar ki, bütün şeirlərin məna yükündə, dərd çalarında müəllifin ürək çırpıntıları poetik rənglərlə təsvir olunur. Öz dünya görüşündə bəşəriyyətin taleyini, vətənin ağrı-acılarını hiss edir. Yuxunun, paralel dünyaların real həyatla əlaqəsi, yüz illərdir bölünmüş Vətənin, işğal sonrası itən yurdun ağrıları şairin yaradıcılığında əsas tutur. Ağlayan mələk şairin öz obrazıdır.
все жанры