banner banner banner

TANRI YATIR İÇİMDƏ – Əli Hacı

Оценить:
Рейтинг: 0
Описание книги:

XI əsrin böyük Azərbaycan alimi, ərəblərin tə­birincə desək, “bütün ədəbiyyatşünasların rəhbəri və bayraqdarı” Xətib Təbrizinin ədəbi tənqidlə bağlı min illəri aşıb gələn bir tezisi var: “Şeri tənqid etmək onu yazmaqdan çətindir”. Alt qatında zəmanənin mədhiyyəçi şairlərinə ehtiyatlı bir kinayə gizlənən bu aforizmdəki “tənqid etmək” ifadəsi ədəbi tənqidin məqsədinin heç də hər hansı bir poetik nümunəsini çıxdaş eləmək deyil, onu şərh etməyi, tənqidin yazıçı ilə oxucu arasında dialektik əlaqəsini təmin etməyi nəzərdə tuturdu. Bir halda ki, söhbəti XI əsrin bu dahi Azərbaycan aliminin fikri ilə başlamışıq, onda müasir ədəbiyyatımızın ənənə və varislik kimi aktual bir məsələsinə toxunan bu kitabın girişində Xətibin ədəbiyyatşünaslıq elmimizin nəzəri-estetik prinsiplərinin hazırlanmasındakı bəzi xidmətini qeyd etmək yerinə düşər. Çünki bu kitabda həmin prin­siplərdən uğurla istifadə olunub. Mərhum şərqşünas alim Malik Mahmudovun qeyd etdiyi kimi, “üç əsrin yetişdirməsi olan” Xətib Təbrizi nəhəng istedadı ilə ona qədər şerin yalnız forma baxımından təhlili, ayrı-ayrı söz və ifadələrin məzmununun araşdırılması ilə məşğul olan Şərq ədəbiyyatşünaslıq elminin istiqamətini dəyişərək onun qarşısında forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini şərt kimi irəli sürdü. O, ideyanı, fikri, məzmunu poetik sənətin ən ümdə keyfiyyəti səviyyəsinə qaldırmaqla şerə yeni baxış yaratdı və bunun ən uğurlu nümunələrini öz yaradıcılığı ilə göstərdi. Təxminən min ildir ki, ədəbiyyatşünaslıq elmi həmin parametrlər daxilində söz sənətinin dəyər və qiymətini verir.

Информация о книге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
31 июля 1784 года скончался Дени Дидро (Denis Diderot), французский писатель, философ-просветитель, драматург (р. 1713).
Новый отзыв
скачать книгу 'Когда-нибудь и я взмахну крылом'
limo7:
книга отличная!...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...