Rəcb Şükrü Güngörün «Yas ayini» hekayələr toplusu kitabı iki bölümdən ibarətdir. Birinci bölümdə «Kövrək», «Qorxu», «Boşluq», «Yaralı», «İxtiyar bir gün», «Hakimin yuxusu», «Rədd», ikinci bölümdə «Dəli», «Çox acam», «Siyah saçlı qız», «Yaşamaq provası», «Gilaslı küçə», «Müştəri», «Cökə çiçəyi çayının buxarı» hekayələri yer almışdır. Bu hekayələrdə həyatda baş vermiş əhvalatları yazıçı təxəyyülü ilə ustalıqcasına işləmiş, Allahla bəndə arasındakı münacatları bədii təsvirlə vermişdir.
все жанры