Читать книгу Mənim Universitetlərim (Максим Горький) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Mənim Universitetlərim
Mənim Universitetlərim
Оценить:
Mənim Universitetlərim

5

Полная версия:

Mənim Universitetlərim

Qoca duasını qurtardıqdan sonra səliqə ilə başının və saqqalının ağ tüklərini tumarladı, məni diqqətlə süzüb dedi:

– Mən Andreyin atasıyam. Siz kimsiniz?

Özümü ona təqdim etdim. Qoca əlavə heç nə soruşmayıb mətbəxə keçdi.

Mətbəxə açılan qapının ağzında ağ paltarlı bir qız dayanmışdı. Onun açıqrəngli saçları qısa kəsilmişdi.

– Nə üçün qorxdunuz? Yəni mən bu qədər dəhşətliyəmmi? – qız ona heyrətlə baxdığımı görüb dilləndi. Sonra isə divardan tuta-tuta ehtiyatla, ağır-ağır addımlayaraq mənə doğru gəlməyə başladı. O elə hərəkət edirdi ki, sanki möhkəm bir döşəmənin üstü ilə deyil, havada dartılmış kəndirin üstü ilə yeriyirdi. Fikir verib gördüm ki, qızın bütün vücudu titrəyir, ancaq əlləri qəribə bir tərzdə hərəkətsizdir.

Qız, nəhayət, elə ehtiyatla stula əyləşdi ki, sanki stulun bu dəqiqə altından çıxıb uçacağından qorxurdu. O mənə heç kəsin eşitmədiyi şəkildə dedi ki, əlləri-ayaqları tutulduğu üçün yorğan-döşəkdə yatırmış və cəmi beş gündür ayağa qalxıb.

– Bu nəsə əsəblə bağlı bir xəstəlikdir, – deyə qız axırda gülümsəyib əlavə etdi.

Bu vaxt təxminən mən yaşda olan sarısaçlı bir oğlan dükandan içəri girdi, qızı görüncə qışqıraraq dedi:

– Marya, sən niyə yatağından qalxmısan!

– Bu mənim kiçik qardaşım Alekseydir, – deyə qız izah etdi. Mən özüm isə mamaçalıq kursunda oxuyuram. Axı siz nə üçün dinib-danışmırsınız? Doğrudanmı bu qədər utancaqsınız?

Mən yenə dillənmədim.

Derenkov içəri gəldi, bacısının yumşaq saçlarını tumarladı, məndən nə cür iş axtardığımı soruşdu. Fəhləlik edə biləcəyimi dedim. O isə hələlik evin əl-ayaq işləri ilə məşğul olmağımı tapşırdı.

Həmin gündən hər gün Derenkovgilə gedib-gəlirdim. Onun kiçik qardaşı Aleksey tənbəl və kobud idi, alver işində Derenkova kömək edirdi. Üçüncü qardaş İvan isə Müəllimlər İnstitutunda oxuyur və orada yataqxanada yaşayır, yalnız bayram günlərində evə gəlirdi. İvan təmiz geyimli, saçları səliqə ilə daranmış çinovniklərə oxşayırdı. Balacaboy idi. Xəstə Marya isə evin çardağında yaşayır və nadir hallarda aşağı düşürdü.

Derenkovun mənzilinin daimi qonaqları da vardı: ayrı-ayrı universitetlərin tələbələri. Onlar bura, sadəcə, kitabxanadakı kitabları oxumaq məqsədilə gəlmirdilər. Həm də saatlarca oturub inqilabi mövzularda müzakirələr aparırdılar.

Çox vaxt qonaqları yola saldıqdan sonra Derenkov gecələmək üçün məni öz yanında saxlayırdı. Biz otağı sahmana salıb döşəməyə sərilmiş keçə üstündə uzanırdıq, sonra ikonanın[11] qarşısında yanan çırağın işığında dostcasına və pıçıltı ilə uzun-uzadı söhbət edirdik. O, tələbələri nəzərdə tutub deyirdi:

– Elə bir gün gələcək ki, bu cür minlərlə, on minlərlə yaxşı adam bir yerə yığılacaq və Rusiyada bütün həyatı dəyişəcəklər. Onlar Rusiyaya xoşbəxtlik və səadət gətirəcəklər.

Çox vaxt mən də inqilabçı ruhlu tələbələrin söhbətlərinə qulaq kəsilir, ancaq bu söhbətlərə qoşulmurdum. Heç qoşula da bilməzdim: çünki həmin söhbətlərin bir çoxunu anlamaqda çətinlik çəkirdim. Lakin bir şey dəqiq idi: onların Rusiyanın gələcəyi ilə bağlı inqilabi arzuları mənim arzularımla tamamilə üst-üstə düşürdü.

8

Elə ki payız düşdü, mən daimi iş tapmaq qərarına gəldim, yoxsa bu cür yaşamaq artıq mümkün deyildi. Derenkovgildə düzəməlli bir işim yox idi, bu isə o demək idi ki, özgə çörəyi ilə dolanıram. Özgə çörəyi isə həmişə adamın boğazından çətinliklə keçir. Uzun axtarışlardan sonra Vasiliy Semyonovun çörəkxanasında iş və qalmaq üçün yer tapdım.

Mən gün ərzində on dörd saat işləməli olurdum, ona görə də əvvəlki dostlarla, tanışlarla görüşməyə vaxt qalmırdı. Bazar günləri isə yıxılıb yatır, bədənimdəki bir həftəlik yorğunluğu bu yolla çıxarmağa çalışırdım.

Pasxa bayramı[12] ərəfəsi idi. Mən Derenkovgildən qayıdırdım. Boranlı, çovğunlu gecəydi. Küləyə doğru güc-bəla ilə addımlayırdım. Birdən ayağım səki üzərində sərilmiş bir adama ilişdi. Üzüüstə yerə yıxıldım. Hər ikimiz söyüş söydük. Mən rusca söydüm, yerə sərilmiş adam isə fransızca donquldandı:

– Ah, şeytan…

Bu məndə maraq doğurdu, onu yerdən qaldırdım. O, balacaboy, arıq adam idi. O məni itələyərək qışqırmağa başladı:

– Bəs mənim şapkam hanı? Tez ol şapkanı ver, yoxsa donaram! Tez ol!

Qarın içindən şapkanı tapıb üstünü çırpdım, sonra isə onu sahibinin başına keçirdim. Lakin o, şapkanı başından çıxarıb əlində yelləyərək:

– Rədd ol buradan! – deyə bağırdı.

Sonra qəfildən irəli atıldı və qaranlıqda yox oldu. Mən yoluma davam etdim. Bir qədər sonra həmin adam yenidən qarşıma çıxdı. Bu dəfə o, fənəri sönmüş dirəyi qucaqlayaraq dayanmışdı, yalvarış dolu səslə deyirdi:

– Lena, məhv oluram… Ah, Lena…

Aydın görünürdü ki, adam sərxoşdur. Əgər mən onu küçədə qoyub getsəydim, güman ki, soyuqda qalıb donacaqdı. Ondan harada yaşadığını soruşdum.

– Bu hansı küçədir? – deyə adam ağlamsına-ağlamsına qışqırdı. – Mən hara gedəcəyimi bilmirəm.

İşi belə görüb qolumu onun belinə doladım və sürüyüb-aparmağa başladım. Yol uzunu ondan elə hey harada yaşadığını soruşur, qaldığı evi xatırlayacağına ümid edirdim. Nəhayət, o qəfildən diksinərək cavab verdi:

– Bulakda oluram! Bəli, Bulakda… Orada hamam var, ev də onun yaxınlığındadır.

Adını hələ də öyrənə bilmədiyim bu adam ayağı dolaşa-dolaşa yeriyir, ona görə mənim getməyimə də mane olurdu. Dişləri bir-birinə dəyir, hiss olunurdu ki, əməllicə üşüyür.

Bulaka gəlib çatdıqda mən böyük çətinliklə ondan qaldığı evin yerini dəqiq öyrənə bildim. Axır ki, bir həyətin dal tərəfində qar yığını içində gizlənmiş balaca bir binanın dəhlizinə daxil olduq. O, əliylə divarı yoxlayıb qapını tapdı. Sonra isə ehtiyatla qapını döyüb fısıldadı:

– Şşş! Yavaş…

Qapını əlində yanan şam tutmuş bir qadın açdı. O heç nə demədən bizə yol verərək səssizcə kənara çəkildi.

Mən qadına dedim ki, böyük ehtimalla bu adamın əlləri donub, odur ki indi onu tez soyundurub yorğan-döşəyə salmaq lazımdır.

– Doğrudan? – deyə qadın təravətli bir səslə soruşdu.

– Əllərini də soyuq suya salmaq lazımdır.



Qadın heç bir söz demədən evin küncünü göstərdi: orada molbert[13] üzərində çay və ağacların təsvir olunduğu lövhə vardı.

Qadının mənə oranı göstərməsinin səbəbini başa düşmədim. Soruşmağa isə nədənsə ürək eləmədim. Eləcə heyrətlə qadının qəribə, donuq sifətinə baxdım.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Примечания

1

Kazan – Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı

2

Volqa – Rusiyanın Avropa hissəsində çay

3

Qraf Monte Kristo – Aleksandr Dümanın 1844–46-cı illərdə yazmış olduğu roman

4

Seeminarist – seminariya tələbəsi

5

Evklid – qədim yunan riyaziyyatçısı

6

Korrektor – mətndəki orfoqrafik və qrammatik səhvləri aşkar edərək düzəldən mütəxəssis

7

Girvənkə – 400 qrama bərabər köhnə ağırlıq ölçüsü

8

Furajka – qabaq tərəfində günlüyü olan baş geyimi

9

Barj – yastıdibli, enli, adətən, yedəkdə aparılan böyük yük gəmisi

10

Brezent – sukeçirməyən qalın parça

11

İkona – xristianlıqda İsa peyğəmbərin, Məryəm ananın və digər müqəddəslərin təsvirini verən boyakarlıq əsəri; dini sitayiş obyekti

12

Pasxa bayramı – yəhudilərin və xristian xalqlarının dini bayramı

13

Molbert – rəssamın şəkil üzərində işləməsi üçün lazım olan üç və ya dördayaqlı dayaq; rəssam dəzgahı

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner