banner banner banner
Ölü canlar
Ölü canlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Ölü canlar

скачать книгу бесплатно


Manilov bunu deyib başını bir az tərpətdi və çox mənalı-mənalı Çiçikovun üzünə baxdı, bu zaman onun sifətinin bütün cizgilərində və bir-birinə sıxılmış dodaqlarında elə dərin mənalı bir ifadə göründü ki, belə bir ifadə bəlkə də bu vaxta qədər heç insan sifətində görünməmişdir, bu ifadə olsa-olsa bəlkə də çox ağıllı bir nazirin sifətində, o da baş çatladan ən çətin məsələlərin həllində nəzərə çarpa bilər.

Lakin Çiçikov çox sadə bir şəkildə dedi ki, belə şeydən və ya alverdən mülki qərarlar və Rusiyanın gələcək işləri üçün heç bir uyğunsuzluq əmələ gəlməyəcəkdir; bir azdan sonra da əlavə etdi ki, hətta dövlət xəzinəsi bundan xeyir görəcəkdir, çünki bundan qanuni yol ilə rüsum alacaqdır.

– Demək siz güman edirsiniz ki…

– Mən güman edirəm ki, bu yaxşı olacaqdır.

– Hə, əgər yaxşı olacaqsa, bu ayrı məsələ: onda mən bunun əleyhinə bir söz deyə bilmərəm, – Manilov bunu deyib tamamilə sakitləşdi.

– İndi qalır qiymət məsələsi…

Manilov təəccüblə soruşdu:

– Necə yəni qiymət məsələsi? Yoxsa siz elə güman edirsiniz ki, mən bir növ ömürlərini başa verən kəndlilər üçün sizdən pul da alaram? Əgər, necə deyirlər, sizin başınızda belə fantastik bir arzu əmələ gəlibsə, onda mən öz tərəfimdən onları müftəcə sizə verirəm və qəbalə əqdini də öz üzərimə götürürəm.

Manilov bu sözü deyəndə qonaq hədsiz dərəcədə məmnun oldu: əlbəttə, bu hadisələri qələmə alan tarixçi bunu qeyd etməsəydi, onun üçün bu çox böyük bir nöqsan hesab edilərdi. Bəli, qonaq nə qədər abırlı və düşüncəli olsa da bu sözü eşidəndə az qaldı ki, keçi kimi yerindən sıçrasın, – məlumdur ki, adam ancaq ən böyük sevinc coşğunluğu duyanda beləcə atılıb düşmək istəyir. Oturduğu kresloda elə zərb ilə döndü ki, balışın üzünə verilən yun parça partlayıb cırıldı. Manilov təəccüblə ona baxdı. Qonaq öz razılığını bildirmək üçün təşəkkür ifadə edən o qədər söz söylədi ki, Manilov özünü itirdi və qıpqırmızı qızardı, başını yelləyərək bu təşəkkürə layiq olmadığını bildirdi və nəhayət dedi ki, mən öz könlümün şiddətli arzularını, qəlbimin maqnetizmini başqa şeylərlə izhar etmək istərdim, ölmüş kəndlilər nədi ki, bunlar boş-boş şeylərdir.

Çiçikov onun əlini sıxıb:

– Heç də boş-boş şeylər deyil, – dedi. Burada o çox dərindən bir ah çəkdi; sanki elə indicə ürəyini açıb tökəcəkdi, sonra isə hiss və həyəcanla bu sözləri dedi: – Siz heç bilirsinizmi, bu boş-boş şeylərlə yeri-yurdu məlum olmayan mənim kimi bir adama nə böyük bir yaxşılıq elədiniz! Bəli, doğrudan da mənim başıma nələr gəlməmişdir! Şiddətli dalğalar arasına düşən bir qayıq kimi… Necə ağır təqiblərə məruz qalmışam, necə acı-acı müsibətlər görmüşəm, özü də nəyə görə? Ona görə ki, həqiqəti gözləmişəm, vicdanım təmiz olmuşdur, zavallı dul arvadlara, başıbəlalı yetim uşaqlara kömək eləmişəm!.. – O hətta gözündən yuvarlanan yaşı yaylıqla sildi.

Manilov bundan son dərəcə mütəəssir olmuşdu. İki dost xeyli bir-birinin əlini sıxdı və kirimişcə xeyli bir-birinin gözlərinə baxdı: onların gözləri yaşarmışdı. Manilov bizim qəhrəmanın əlini buraxmaq istəmirdi və onu elə bərk-bərk sıxırdı ki, Çiçikov heç bilmirdi əlini onun əlindən necə xilas etsin. Axırda o yavaş-yavaş əlini onun əlindən çəkib çıxartdı və dedi ki, qəbalə əqdi tez düzəlsəydi pis olmazdı, özüm də bir şəhərə dəysəydim yaxşı olardı. Sonra o şlyapasını götürüb vidalaşmağa başladı.

Manilov birdən sanki yuxudan ayıldı və qorxmuş halda dedi:

– Necə? Siz getmək istəyirsiniz?

Bu zaman Manilovun arvadı kabinetə girdi.

Manilov şikayətli bir səslə dedi:

– Lizanka, Pavel İvanoviç bizi qoyub gedir!

– Ona görə gedir ki, biz Pavel İvanoviçi təngə gətirdik.

Çiçikov:

– Xanım, – dedi, – sizinlə keçirdiyim xoş dəqiqələr burada, bax burada, – əlini ürəyinin üstünə qoydu, – bəli, burada yaşayacaqdır! Və inanın ki, mənim üçün, sizinlə bir evdə olmasa da, heç olmazsa yaxın qonşuluqda yaşamaqdan böyük xoşbəxtlik ola bilməz!

Bu fikir Manilovun çox xoşuna gəldi:

– Bilirsinizmi, Pavel İvanoviç, – dedi, – doğrudan da, biz bir yerdə, bir damın altında yaşasaydıq və ya bir qarağac kölgəsi altında oturub müxtəlif məsələlər haqqında fəlsəfi düşüncələrə dalsaydıq, dərinlərə getsəydik nə yaxşı olardı!..

Çiçikov da ah çəkərək dedi:

– Bəli! Dünyada bundan gözəl bir həyat olmazdı! – O, Manilovun arvadının əlini öpərək əlavə etdi: – Əlvida, xanım! Əlvida, hörmətli dost! Mənim xahişimi unutmayın!

Manilov:

– Ba, heç elə də şey olar, arxayın olun! – dedi. – Mən sizinlə ancaq ikicə günlüyə ayrılıram, artıq yox!

Hamısı yemək otağına keçdi.

Çiçikov Alkidi və Femistoklyusu görüb dedi:

– Əlvida, əziz balalar! – Onların başı, ağacdan qayrılmış, qolları və burnu qırılmış bir qusara qarışmışdı. – Əlvida, körpə tifillərim! Siz məni əfv edin: mən sizə hədiyyə gətirməmişəm, ona görə gətirməmişəm ki, etiraf edirəm, sizin hətta dünyada yaşayıb-yaşamadığınızdan xəbərdar deyildim, amma indi gələn kimi mütləq gətirəcəyəm. Sənə qılınc gətirəcəyəm. Qılınc istəyirsənmi?

Femistoklyus:

– İstəyirəm, – deyə cavab verdi.

Sonra Alkidə sarı əyilərək sözünə davam etdi:

– Sənə də təbil gətirəcəyəm. Təbil, elə deyilmi?

Alkid başını aşağı dikərək pıçıltı ilə dedi:

– Təbil.

– Yaxşı, sənə təbil gətirəcəyəm. Elə gözəl təbil ki… Həmişə də çalacaqsan: dam-ba-dam, dam-ba-dam… Əlvida, əzizim! Əlvida! – Bunu deyib Alkidin başından öpdü, gülə-gülə Manilova və onun arvadına sarı döndü: belə bir gülüşlə adətən ata-anaya müraciət edirlər, bununla da onlara hiss etdirmək istəyirlər ki, uşaqlarının arzusu məsumanə bir arzudur.

Artırmaya çıxanda Manilov dedi:

– Doğrudan da, Pavel İvanoviç, getməyin, qalın. Bir ora baxın, hava gör necə buluddur!

– Elə şey deyil.

– Heç olmasa Sobakeviçgilə gedən yolu tanıyırsınızmı?

– Bunu sizdən soruşmaq istəyirdim.

– İcazə verin mən bu saat bunu sizin sürücüyə izah edim, – Manilov eyni nəzakətlə hansı yolla gedəcəyini sürücüyə izah etdi, hətta bir dəfə ona «siz» də dedi.

Sürücü Manilovdan iki yol döngəsini buraxıb üçüncü döngədən burulmaq lazım gəldiyini eşidib: «Zat-aliləri, taparıq» dedi və onlar yola düşdülər. Manilovla arvadı onların ardınca uzun-uzadı baş əydi və pəncələri üstə qalxaraq yaylıq elədilər.

Manilov artırmada durub uzaqlaşmaqda olan briçkaya xeyli baxdı; briçka gözdən itəndən sonra o yenə də çubuğunu çəkə-çəkə artırmada xeyli durdu. Nəhayət otağa girib stulda oturdu və düşüncəyə daldı: o öz qonağını, az da olsa, razı yola saldığına ürəkdən sevinirdi. Sonra o heç özü də hiss etmədən başqa şeylər haqqında düşünməyə başladı və xəyalından cürbəcür şeylər keçdi. O, gözəl dostluq həyatı haqqında düşünürdü: adam öz dostu ilə çay qırağında yaşasaydı nə yaxşı olardı! Sonra da bu çayın üstündən bir körpü salındı, nəhəng bir ev tikildi, evin də elə hündür qülləsi vardı ki, buradan lap Moskvanı görmək olardı, axşamlar da orada açıq havada oturub çay içərdin, könül xoşlayan şeylərdən söhbət açardın… Sonra onlar Çiçikovla bərabər gözəl karetalarda bir məclisə getdilər, orada öz xoş rəftarları ilə hamını valeh etdilər və guya padşah özü onların belə yaxşı dost olduqlarını eşidib hər ikisinə generallıq rütbəsi verdi; sonra o elə şeylər düşündü ki, bunların nədən ibarət olduğunu heç özü də anlaya bilmədi. Çiçikovun qəribə təklifi birdən onun yadına düşdü və bütün düşüncələrini qırdı: bu qəribə təklif onun beyninə heç batmırdı; bunu nə qədər öyür-çöyür eləsə də bir şey aydınlaşdıra bilmədi, çubuq çəkə-çəkə ta axşam yeməyinə qədər beləcə oturub götür-qoy elədi.

Üçüncü fəsil

Çiçikov isə xeyli vardı öz briçkasında oturub baş yol ilə gedirdi; onun kefi kök idi. Əvvəlki fəsildən Çiçikovun əsasən nə fikirdə və nə niyyətdə olduğu bizə məlumdur; buna görə də çox keçmədən onun bütün varlığı ilə bu məsələyə qurşanması heç də təəccüblü deyildir. O öz aləmində cürbəcür mülahizələr yürüdür, müxtəlif fərziyyələrə əl atır, götür-qoy eləyirdi və onun üzündəki ifadədən aydın olurdu ki, bu mülahizələr, fərziyyələr, götür-qoylar onun çox-çox ürəyinə yatan şeylərdir, çünki tez-tez onun üzündə məmnuniyyət bildirən təbəssüm izləri görünürdü. O öz fikrilə məşğul olduğundan, Manilovun nökərlərindən razı qalan sürücünün sağ tərəfdən qoşulan ala ata çox yerində məzəmmət etdiyinə heç əhəmiyyət vermirdi. Bu ala at çox bic at idi: özünü elə göstərirdi ki, guya briçkaya güc verir, amma əslində briçkanı, ortaya qoşulan kəhər at, bir də sol tərəfdən qoşulan, özünə də, bir nəfər iclasçıdan alındığı üçün, İclasçı adı verilən qonur at çəkirdi və ancaq onlar ürəkdən çalışırdı, belə ki, bundan duyduqları həzz hətta onların gözlərində də görünürdü. Selifan bir az yerindən qalxaraq, qamçını tənbəl ata çəkib deyirdi: «Bir bunun bicliyinə bax! Sən nə qədər bic olsan mən səndən də bicəm. Yerisənə, alman şalvarı! Bax, kəhər yaxşı atdır, o öz borcunu yerinə yetirir, mən lap ürəkdən ona bir xəlbir də artıq arpa verərəm, ona görə ki, o yaxşı atdır. İclasçı da yaxşı atdır… Hə, bir buna bax, qulaqlarını niyə silkələyirsən? Axmağın biri axmaq, sən deyilənə qulaq as! Ay gic, mən sənə pis şey öyrətmərəm. Gör hara çəkir! – Selifan yenə də ona bir qamçı çəkdi: «Hıy, çər dəymiş! Məlun Bonapart!» Sonra isə hamısının üstünə çığırdı. «Hə, əzizlərim!» deyərək hamısına cəza olmaq üçün deyil, razı qaldığını bildirmək üçün bir qamçı vurdu. Selifan atlara belə bir mehribanlıq göstərdikdən sonra yenə də ala ata sarı dönüb sözə başladı: «Sən elə bilirsən ki, öz bicliyini məndən gizlədəcəksən? Yox, sən bunu eləyə bilməyəcəksən! Əgər istəyirsən ki, sənə də hörmət eləsinlər, onda sən düz dolan. O mülkədar ki, onun evində idik, bax, onun adamları yaxşı adamdır. Yaxşı adamla mən lap ürəkdən söhbət elərəm. Yaxşı adamla həmişə dost olarsan, beləsi ilə lap ürəkdən yoldaşlıq da elərsən, əgər adam yaxşı adamsa, oturub onunla çay da içərsən, çörək də yeyərsən. Yaxşı adama hamı hörmət eləyir. Bax, bizim ağaya hamı hörmət eləyir, ona görə hörmət eləyir ki, ey, eşidirsənmi, bəli, ona görə hörmət eləyir ki, o, hökumət qulluğunda olub, o skoleskoy[12 - Təhrif edimiş “коллежский”(rus)]


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)