Böyük fransız şairi, yazıçısı və dramaturqu Viktor Mari Hüqonun (1802-1885) bütün əsərləri romantizmin şəfəqinə bürünüb. «Gülən adam» romanını Hüqo siyasi düşüncələrinə görə sürgün edildiyi Channel adalarında 15 ay ərzində yazmışdır.
«Gülən adam» romanında yazıçı öz qəhrəmanı Quinplenin uşaq vaxtı oğurlanmasını, quldurlar tərəfindən eybəcər hala salınmasını və yarmarka aktyorluğundan parlamentdə lord vəzifəsinə oturmasını təqib edir.
İngiltərədə yaşayanların hamısı, səfeh və ya varlı olmasından asılı olmayaraq möhtəşəmdir. İngilis zadəganları sözün əsl mənasında əsilzadədirlər. Feodal quruluşu heç bir yerdə İngiltərədə olduğu qədər parlaq, amansız və davamlı olmayıb. Əslində bu həmin zaman üçün çox sərfəli idi. Kral hakimiyyəti Fransa timsalında öyrənildiyi kimi feodal qanunlarını məhz İngiltərə üzərində öyrənmək lazımdır.
Bu kitabı əslində «Əsilzadəlik» adlandırmaq lazım gəlirdi. Onun davamı olacaq ikinci kitabı isə «Monarxiya» adlandırmaq olar. Müəllif bu kitabın hər ikisini başa vura bilsə özünün üçüncü, bütün dövrü əhatə edən kitabını ərsəyə gətirəcək, həmin kitab isə «Doxsan üçüncü il» adlanacaq.
все жанры