скачать книгу бесплатно
Şabo və Monto eyni anda ona tərəf döndülər.
– Qulaq asın! – Marat az qala pıçıltıyla dedi. – Mən çox mühüm bir iş üçün gəlmişəm. Gərək üçümüzdən biri elə günü bu gün bir dekret layihəsini Konventə təklif etsin. Elə bir dekret ki, orda əsir qiyamçının qaçmasına imkan verən hər bir kəsə ölüm cəzası nəzərdə tutulsun.
– Belə bir dekret var, aprelin axırlarında qəbul edilib, – Şabo bic-bic gülümsədi. – Ona görə də Konventə lüzum yoxdur. İctimai qurtuluş komitəsi kifayətdir.
Ertəsi gün İctimai qurtuluş komitəsi tərəfindən Vandeyanın bütün şəhərlərinə və kəndlərinə əmr göndərildi ki, əsir götürülən qiyamçıların qaçmasına hər hansı bir yardım göstərən şəxsə ölüm cəzası vermək haqqındakı dekretə ciddi surətdə əməl olunsun.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: