Əsər orta əsrlərdə frankların hücumu zamanı Reyn çayının bir sahilindən digər sahilinə köç edən qaçqınların düşdüyü acınacaqlı vəziyyətdən və bu zavallı insanlara yardım edən xeyirxah bir alman ailəsindən bəhs edir. Ailə zəngindir, böyük təsərrüfatı, məhsuldar torpaqları, geniş ev-eşiyi var. Ana çox mehriban, qayğıkeş, ata isə yardımsevər, ürəyitəmiz, həm də sərt xarakterli bir insandır. Ata gənc oğlu Hermanı özü kimi zəngin birinin qızı ilə evləndirmək istəyir. Oğlu isə atasının ərzaq və geyim əşyalarından ibarət yardımı qaçqınlara aparan zaman yolda həmin qaçqınlardan biri, həm də bu yazıq insanların sevimlisi, ümid yeri olan gözəl, ağıllı, xeyirxah Dorotiyaya aşiq olduğunu və onunla evlənmək istədiyini atasına bildirir. Ata əvvəlcə etiraz edir, sonra qayğıkeş və düşüncəli ananın sayəsində qızın evinə gəlin gəlməsinə razı olur.
Gənc oğlan əvvəlcə fikirləşir ki, bu həssas və ağıllı qıza onu istəyini necə bildirsin. Çox düşündükdən sonra ona evlərinə qulluqçu kimi gəlməyi təklif edir. Qızın qaçqın yoldaşları, xüsusən, uşaqlar onun dalınca ağlasalar da və həmin vəziyyət qız üçün əzabverici olsa da, artıq bu çətin şəraitdən canını qurtarıb, nəhayət, bir az rahat yaşamaq üçün onunla getməyə razı olur.
Herman qızı evə gətirdikdən sonra bəzi anlaşılmazlıqlar olsa da, əsər maraqlı bir sonluqla bitir.
все жанры