«Sirlər xəzinəsi» («Məxzənül-əsrar») böyük Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərqdə «beş xəzinə» adı ilə şöhrət qazanmış «Xəmsə»sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir.
«Sirlər xəzinəsi» yazılı ədəbiyyata Nizami tərəfindən gətirilmiş səri bəhrində yazılmışdır. Əsərin kompozisiyası da orijinaldır.
Əsərin canını iyirmi məqalat təşkil edir. Nizami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırarır.
Şair, əsasən, öz müasirlərinə xitab edir: hökmdarlara, dövlət adamlarına və oxucularına nəsihətlər verərək onları pis əməllərdən çəkinməyə çağırır.
Şairin bu dərin mənalı, dövrü üçün son dərəcə mütərəqqi fikirlərinin məcmuəsi olan “Sirlər xəzinəsi” bugünkü Azərbaycan oxucusu üçün tükənməyən qaynaqdır.
все жанры