Mən yalnız içimi qaynadıb təbii şəkildə
çölə püskürən şeylərlə yaşamağa cəhd etmişəm.
Bəs bu niyə belə çətin olub?
Görkəmli alman nasiri, şairi, esseçisi, dünya ədəbiyyatı klassiklərindən biri, Nobel mükafatı laureatı Herman Hessenin “Demian” povesti 1919-cu ildə kitab bazarına çıxan kimi başgicəlləndirici məşhurluq qazanıb. Yazıçının ilkin yaradıcılığına aid olan bu əsər avtobioqrafik yük daşımaqla bərabər, yaddaşlardan silinməyəcək təsir gücünə malikdir. Müəllif özü öz əsərini belə izah edirdi: “Bu kitab fərdiyyəçiliyi, şəxsiyyətin təşəkkül tapmasını, yəni elə bir şeyi vurğulayır ki, bunlarsız ali həyat yoxdur. Özünə sadiq qalmağı tələb edən bu prosesdəsə yalnız bir böyük düşmən var – şərtilik, ətalət, meşşanlıq. “Şərtilik adlı yalançı Allahı qəbul etməkdənsə, hər cür cin-şeytanla döyüşmək yaxşıdır”.
все жанры