“Qəbiristanlıq kitabı” yeni çağ ədəbiyyatında Neil Gaiman-a məxsus şedevr əsərlərdəndir. Maraqlı süjet xətti ilə seçilir: qəbiristanlıq yaxınlığında yaşayan bir ailəni Cek adlı şəxs öldürür. Yalnız beşikdə qalan oğlan uşağı qurtulur. Bu uşağa qəbiristanlıqda yaşayan ruh ailəsi və vampirlər baxmağa başlayır. Ruhlar oğlanın valideynlərinin qatilinin sağ olduğunu bildiyi üçün onu qəbiristanlıqdan kənara buraxmır. Oğlan böyüdükdən sonra valideynlərinin qətlinin əslində qatillərdən ibarət orden tərəfindən törədildiyini öyrənir. Əsərdə həyəcanlı anlar da elə bundan sonra başlayır.
все жанры