banner banner banner

İtkin gəlin – Алибала Гаджизаде

Оценить:
Рейтинг: 0
Описание аудиокниги:

Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanının süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. ""Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirmiş, dayısının himayəsində yaşamağa məcbur olub. Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnan qəryəsində də savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif – böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir.Yusufin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır.Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi.
Əlibala Hacızadəyə yüz minlərlə oxucu sevgisi qazandıran “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib və bu filmi Azərbaycanın ilk serialı hesab etmək olar.

Информация об аудиокниге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский
  • Формат: mp3, mp4

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
21 июня 1905 года родился Жан Поль Сартр (Jean-Paul Sartre) (ум. 1980), французский философ.
Новый отзыв
скачать книгу 'Дитя Эльфа и Погремушки'
Ирина Иванова:
Читала я эту книгу, не читая аннотации перед прочтением. И это не эксперимент, так я поступаю с пров...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...