Məşhur alman yazıçısı Lion Feyxtvangerin «Lautenzak qardaşları» romanındakı hadisələr 1931-1933-cü illərdə, Almaniyada faşizmin hakimiyyətə gəldiyi vaxtda Münhendə və Berlində cərəyan edir.
Roman faşizmin mahiyyətini ustalıqla açıb göstərir, həmin dövrdə Almaniyada hökm sürən ictimai-siyasi, psixoloji ab-havanı realist boyalarla təsvir edir.
Kitaba Lion Feyxtvangerin “Neyrofizioloq doktor Bl-ın taleyi”, “Sədaqət”, “Yalançı Bibi”, “Mərc”, “Xidmətçi Antonio”, “Volştayn” adlı hekayələri də daxil edilib.
все жанры