Elza xanımın “Mübarizə yolu” romanı onun oxucuyla ilk görüşüdür. Müəllifin mərhum həyat yoldaşının ömür yolundan bəhs edən bu əsəri tarixi-estetik baxımdan diqqət çəkir. Əsərin qəhrəmanının nostalji hisslər yaradan uşaqlıq illəri, hərbçi həyatı, eyni zamanda, onun keşməkeşli, əziyyətlərlə dolu gerçək Əfqanıstan həyatı, Qarabağ döyüşlərindəki fədakarlıqları və faciəli surətdə şəhid olması oxucu düşüncəsində maraqlı obraz yaradır, bəhs olunan dövrə ayna tutur, bir Sovet insanının məlum böyük imperiyanın dağılması ərəfəsində və ondan sonrakı dövrlərdə başına gələn hadisələri özəllikləri ilə əks etdirir. Əsərdə həmin dövrdə erməni-türk münasibətləri və erməni faşistliyi də faktlara dayanan üslubda kifayət qədər qabardılır. Müəllif kitabda öz gözlərinin qabağında baş verən faciələri, keçirmiş olduğu acınacaqlı taleyi gizli obraz vasitəsilə də olsa, yetərincə təsvir edib. “Mübarizə yolu” romanı Elza xanımın oxucuyla ilk görüşü olsa da, hər kəsi dərindən düşündürməyə qadirdir.
все жанры