banner banner banner

İPƏK YOLUNUN TARİXİ – Джонатан Клементс

Оценить:
Рейтинг: 0
Описание книги:

İpək Yolu – Avropa dünyası sərhədindən Çinin mərkəzi düzənliyinə qədər uzanan yoldur. Min illər boyunca onun tarixi səyyahların, səhra şəhərlərindəki qısa görüşlərin, qarlı aşırımların və adsız istehkamların tarixi olub. Bu, Çinə buddizmi, xristianlığı və islamı gətirən ilk yol, həmçinin Viktoriyan imperiyasının apardığı “Böyük oyun”un keçirildiyi məkandır. “İpək Yolu” müasir termindir, onun tarixi 1877-ci ilə təsadüf edir. Yalnız barmaqla sayılan kişi və qadın bütün “İpək Yolu”nu axıracan qət edib. Bir çoxları üçün bu yol yalnız onları növbəti şəhərə və ya vahəyə aparan yol olub. Mədəniyyət nümunəsi olan əl işləri və əşyalar Çindən Aralıq dənizinə qədər keçən yollarda dolaşıb, dəyişkən şərait və bazar tələblərinin təsirinə məruz qalıb.
Conatan Klements oxucunu Təklə-məkanın sonsuz çöllərinə götürür, səhranın qara burulğanları və ölü gölləri, sayrışan ilğımları, unudulmuş şəhərlərı və sirli mumiyalarıyla, habelə kult heykəllər və yaddaqalan müasir pop mahnılarıyla tanış edir. O, “qan” tərləyən atlar, xarab olmuş (dağılmış) heykəllər, itmiş freskalar barədə qəribə hekayətlərə və Marko Polonun torpaqdan sızan qara qızıl haqqında yazdıqlarına açıqlıq gətirir. Jonathan Clements Çin həyatından bəhs edən “Pekin: şəhərin tarixi”, “Maonun tərcümeyi-halı”, “Marko Polo”, “Xubilay Xan” və “Müasir dünyanın yaradıcıları: Vellinqton Ku” kimi silsilə kitabların müəllifidir. Çinin ilk imperatoru Çin Şi Huandinin həyatından bəhs edən kitab Çin Xalq Respublikasında ilk dəfə 2007-ci ildə çap edilib. C. Klements “National Geographic”– in çəkdiyi Koxinga sənədli filmində həm məsləhətçi, həm də müsahibə verən qismində iştirak etmişdir. Haus Publishing onun “İpək Yolu səyyahı, Mannerheym: Prezident, Əsgər, Casus” adlı məşhur biblioqrafik romanını nəşr etmişdir (2009). O həmçinin, Oksford Universitetinın “Mətbuatın böyük ideyalar tarixi” seriyası üçün “Asiya və dünya” bölməsini hazırlayıb. Müəllifin bu işi Avstriya Naşirlər Assosiasiyasının “Təhsil nəşrlərində böyük ustalığa görə” mükafatına layiq görülmüşdür. “Müharibə sənəti: yeni tərcümə” (2012), Çin Xalq Respublikasında müasir günün məsələlərindən bəhs edən “Bütün bu məsələlər: Müasir Çin” (2013) və “Pekini kitablardan öyrənənlərin tarixi” (2016) C.Klementsin son əsərləridir.
Mənimlə birlikdə gəlmək istəyən
İlse Şvepkeyə həsr edirəm

Информация о книге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
17 ноября 1895 года родился Бахтин М.М., русский философ
Новый отзыв
скачать книгу 'Когда-нибудь и я взмахну крылом'
limo7:
книга отличная!...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...