Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad adamların qapılarını dolaşaraq sonda Londona gəlib çıxır. Təsadüf onu azyaşlı cinayətkarlardan ibarət bir dəstəyə gətirir. Həyatın dibindəki bu amansız mühitdə Oliver hər cür sınaqlardan keçməli olur. Saysız-hesabsız macəralar sonda yeniyetməni xeyirxah insanlarla üzləşdirir.
Çarlz Dikkensin “Oliver Tvistin macəraları” kitabı müəllifin sosial romanlarından biridir. O, ədalətli olaraq dünya ədəbiyyatının şedevrləri siyahısına daxil edilib.
все жанры