Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı, adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar, amma bunu xatırlayanlar çox azdır. Deməli, ithafımı düzəldirəm:
Uşaq vaxtlarındakı
Leon Vertə
все жанры