
Полная версия:
İbtidai oğlanın macəraları
Qızlardan biri piyli dərilərin cırılmış kənarlarında sümük bizlə deşik açır, o biri isə bizim tikiş iynəsinə oxşayan çox nazik sümük iynə ilə bu deşiklərdən heyvanların damarlarını və vətərlərinı keçirərək toxuyurdu. Başları bu çətin işə elə qarışdı ki, bir müddət onları əldən salan əzabverici aclığı belə unutdular.
Qalan uşaqlar Ağsaqqalın əmri və nəzarətiylə silah düzəldirdilər. Qoca hətta ən xırda çaxmaqdaşlarından da ox ucluqları düzəltməyi öyrədirdi.
Havanın sərt keçməsinə baxmayaraq Ojonu palıd qozası yığmağa göndərmişdilər. Bu elə də xoşagələn iş deyildi. Yer qarla örtüləndə qoza axtarışına insanın təhlükəli rəqibləri – ac qabanlar çıxırdı.
Amma Ojo onlarla qarşılaşmaqdan qorxmurdu. Ağaca Krekdən pis çıxmırdı, təhlükə baş verəndə bir andaca budaqlara dırmaşmağı bacarırdı. Buna baxmayaraq yekəqulaq Ryuq arabir bayıra çıxıb Ojoya göz qoyurdu. Ryuq mağaradan çıxan əyri-üyrü cığırla təpənin başına qalxır, balaca qardaşına uzaqdan ürək-dirək verirdi. Həm də ətrafa diqqət kəsilirdi.
Amma hər dəfə külək ona meşənin səsini gətirirdi. Ryuq yekə qulaqlarını nə qədər şəkləsə də, ovçuların ayaq səslərini eşitmirdi.
Gün başa çatmaq üzrəydi, artıq heç kəs ovçuları bu gün görəcəyinə ümid eləmirdi. Hamını yavaş-yavaş küt, qəmli bir ümidsizlik basırdı.
Ağsaqqal mağaranın ac sakinlərini birtəhər ruhlandırmaq üçün hamıya meşəyə, təpənin başına getməyi, gecə düşənə qədər qida axtarmağı əmr etdi. Bəlkə, uşaqlar dəfələrlə ələk-vələk edilmiş bu meşədə böyüklərin köməyi ilə yeməli bir şey – ağac yapışqanı, qış sürfələri, meyvə, yaxud bitki toxumları tapdılar.
Hamı dinməzcə Ağsaqqalın əmrinə tabe oldu; deyəsən, çoxlarında ümid baş qaldırmışdı.
Qadınlar silahları, uşaqlar çubuqları götürdü, hamı yola düşdü.
Krek ona göstərilən etimaddan qürur duyaraq ocağın yanında tək qaldı. O, düz axşama qədər ocaqdakı odu qorumalı və balaca Ojonun qayıtmağını gözləməliydi.
IV fəsil
Borc hissi və aclıq
Krek ocağın qabağında bir xeyli çöməlib oturdu. Səylə odu qızışdırır, bədənində qaçışan iyrənc həşəratları tutmaqla məşğul olurdu. Qəfildən mağaranın xırda daş və balıqqulağı səpələnmiş girəcəyində yüngül və sürətli ayaq səsləri eşidildi. Krek başını döndərib təngnəfəs olmuş Ojonu gördü. Ojonun gözləri sevinclə parlayırdı. Siçovula oxşayan böyük, qaramtıl bir heyvanın quyruğundan tutub gətirirdi. Bu, ala siçan idi, daha doğrusu, indi də Sibir düzənliyində məskun olan ala siçanın əcdadı idi.
– Bir bax, bunu mən öldürmüşəm, – Ojo qışqırdı, – özüm təkcə öldürmüşəm. Krek, mən ovçu olacağam!
O, heyvanı qardaşının ayaqları altına atdı və mağarada Krekdən başqa heç kəsin olmadığına fikir vermədən ucadan qışqırdı:
– Tez olun, tez olun! Ardımca gəlin! Bu saat! Onlardan yuxarıda hələ çoxdur. Mən tək bacara bilməyəcəyəm, hamımız birlikdə getsək, onları tutub axşam doyunca yeyərik. Di tərpənin!
– Belə bərkdən qışqırma. Məgər görmürsən ki, hamı meşəyə gedib, – Krek onu saxladı. – Bircə mən qalmışam. Gözün görmür bəyəm?
Ojo yan-yörəsinə baxdı, qardaşı düz deyirdi. Məyus oldu. Evə gələrkən yolda hamının ovu görüb necə sevinəcəyini təsəvvür edirdi. Fikirləşirdi ki, hətta Ağsaqqal da onu tərifləyəcək. Sən demə, mağarada bircə Krekiymiş, o da az qalır ki, onu ələ salsın.
Amma tələsmək lazım idi, yoxsa qənimət əllərindən çıxa bilərdi. Ojo qardaşını tələsdirməyə başladı. Çoxlu siçan öldürmək üçün palıd meşəsinin kənarına çıxmaq bəs idi. Krek tərpənib ayağa sıçradı.
– Cəld ol! – deyə qışqırdı. – Getdik!
Mağaraya çoxlu qida gətirmək, özü də belə ac bir gündə! Krek ağır ağacı əlinə götürüb qardaşının dalınca atıldı.
Amma birdən od yadına düşdü, tərəddüdlə dayandı.
– Gəl də, – Ojo mağaranın girəcəyindən onu tələsdirdi. – Gəl, yoxsa gec olacaq. Mən Üç Ölü Şamın altında balaca bir dəstə görmüşəm. Tələssək, onları tutacağıq. Axı mən bura qaçaraq gəlmişəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Stalaktit – mağaraların tavanında sızan damcılardan əmələ gələn ərp
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов