Uzaq illərin kədərli xatirələrinə şahidlik edə-edə qəfil aşiq olmaq və gözlənilmədən onu itirmək… Görəsən, qayıdacağına söz verməyən birini gözləmək divanəlikdirmi?
Romanda hadisələr Azərbaycan, Polşa, İtaliya, Fransa, Bolqarıstan və İraqda cərəyan edir.
Keçmiş səhvlərinə görə peşman olanlar, alçaldıldığını gec anlayıb tərk edənlər, səbəbsiz şübhələrlə bir-birinə zülm edən və bilə-bilə övladını edama göndərənlərlə yanaşı, müasir dünyanın rəhmsiz qanunlarına rəğmən, əsərdə sona qədər sədaqətli olmağı bacaran insanların obrazı yaradılmışdır.
Təəccüblüdürmü? Niyə? Sədaqət nə deməkdir ki? Bəlkə, kor-koranə, cahilcəsinə, qovuşacağına inanmadan gözləmək?…
все жанры