“Günahkar” romanı Fərahim Cəfərovun ilk romanıdır. Romanda iki tələbə qız biri- birilərinə yaşadıqları faciəli taleləri haqqında danışırlar. Mühit onları zorlayır, təhqir edir, bu insanlar öz gerçək simalarını itirirlər. Sabrina və Ellada təqribən oxşar tale yaşayıblar. Onların hansının daha bədbəxt olmasını müəyyən etmək çətindir…
Bir qədər əziyyət çəkdikdən sonra tibb bacısı Ellada Fərəcova, öz himayəsində olan ruhi xəstələrdən biri Sabrina Nuriyevanı, öz həyatını ona danışmağa razı sala bilir. Amma əvvəlcə tibb bacısı öz həyatını danışmalıdı. O, öz həyatını, başına gələnləri danışdıqca Sabrina dəhşətə gəlir. Öz həyatını danışıb qurtardıqdan sonra növbə xəstəyə çatır, amma Elladanın işdən qovulması hər ikisini məyus edir. Vəziyyətlə barışmalı olduqları halda, Sabrina onu məcbur edir ki, yanında qalsın və axıra qədər onun danışacaqlarına qulaq assın, amma o bilir ki bu mümkün deyil. Ona görə Sabrina xəstəxanadan qaçmaq qərarına gəlir və tibb bacısının köməyi ilə qaça bilir. Xəstəxanadan qaçmaqda məqsədi ona borcunu ödəmək idi. Axı o tibb bacısına öz həyatını danışmalıdı… Bütün şəhər polisi gücləndirilmiş iş rejimində onları axtarmaqlarına baxmayaraq yalnız səhərə yaxın tapa bilirlər. Amma çox gec olur…
все жанры