1928-ci ilin yayı 12 yaşlı oğlan üçün şərab hazırlanma ili idi. Yaşıl almaların, biçilmiş otların, yeni idman ayaqqabılarının ili idi. Həmin il o işıldaquşları bankaya doldurub gecələr onların işığında gün ərzində gördüklərini yazırdı. Həmin il nənəsinin dadlı yeməklər bişirdiyi il idi. Eyni zamanda bu yay kədər dolu bir yay idi. 12 yaşlı Duqlas Spauldinqin həyatının bir yayına Ray Bradbury əbədi həyat verib. “Zəncirotu şərabı” romanına Ray Bradbury-nin avtobioqrafik romanı da demək olar. O uşaqlığını keçirdiyi şəhəri bu romanda “Yaşıl şəhər” adlandırıb. Bu romandan qabaq Ray Bradbury “Zəncirotu şərabı” adlı hekayə yazmışdı. 1953-cü ilin iyun ayında işıq üzü görən hekayəni sonralar genişləndirib roman etdi.
все жанры