Yuri Borevin Stalin epoxası haqda “Staliniada” kitabını roman da adlandırmaq olar: böyük bir imperiya ərazisində yaşayanların acınacaqlı taleyi haqqında həyat romanı. Ancaq bu kitab kiçik hekayələrdən, lətifələrdən, xatirələrdən ibarətdir. Burada o dövrdə yaşayan, repressiya maşınından keçən tanınmış şəxslərin – yazıçıların, şairlərin, alimlərin, hərbçilərin tiranla bağlı, Stalinşina qurbanları və öz həyatları ilə bağlı danışdıqları toplanıb.
Kitabda Boris Pasternak, Anna Axmatova, marşal Georgi Jukov, Uinston Çörçil və başqalarının xatirələri yer alıb.
Müəllif uzun illər topladığı bu xatirələri, hekayələri, lətifələri çox məharətlə bir kitabda birləşdirə, tam yarada bilib.
все жанры