Rüstəm Behrudi 80-ci illər ədəbiyyata gəlmiş, istedadlı şair, geniş düşüncə və fikir adamıdır.
Milli azadlıq hərəkatının ilk fədailərindən olan R.Behrudinin bütün yaradıcılığı yeni türk milli düşüncə tərzinin formalaşmasına, fəlsəfi fikirlərin zənginləşməsinə xidmət etmiş sənət nümunələridir.
O “şairlər gerçək aşiqlər deyillər. Onlar yaşanılası lazım olanı sözə çevirdilər və ona görə də sevdanın nə olduğunu heç vaxt bilməyəcəklər” söyləsə də, dillər əzbəri olan sevgi şeirlərinin müəllifidir.
Bu kitabda onun müxtəlif kitablarında nəşr olunmuş sevgi şeirləri toplanmışdır.
все жанры