скачать книгу бесплатно
– uşaq bələmək,
– yun çırpmaq, yorğan-döşək sırınması,
– xalça toxumaq,
– inək sağmaq, toyuq, qaz, ördək, hinduşka saxlamaq və bu qəbildən olan, yaşamaq, yaratmaq üçün digər vacib əməllər.
– Təlimlərdə könülsüz iştirak edən, yaşamaq, yaratmaq üçün vacib əməlləri öyrənmək istəməyən qadınlar hərbi tribunala verilməlidir və ciddi şəkildə cəzalandırılmalıdır.
3. Mədəniyyət Nazirliyi “Oxunması vacib olan yüz kitab” siyahısı hazırlamalıdır. Siyahıda adları qeyd olunan yüz kitabı oxumayan adamların evlənməsi, övlad sahibi olması, maşın sürməsi, ictimai nəqiliyyatdan istifadə etməsi, əyləncə və iaişə obyektlərinə girişi, səkidə addımlaması, ən əsası, seçkilərdə səs verməsi qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
4. Pampersdən istifadə etmək qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə islah-əmək düşərgəsinə göndərilməlidir.
5. Uşaq baxçalarında, məktəblərdə uşaqlara sudan qənaətlə istifadə etməyin qaydaları öyrədilməlidir. Sudan qənaətlə istifadə etməyin qaydalarını öyrənmək istəməyən uşaqlar, valideynləri ilə bir yerdə ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir. Adamlar sudan qənaətlə istifadə etməyi öyrənməsələr, yaxın gələcəkdə Azərbaycanda ölü yumaq üçün su tapılmayacaq.
6. McDonalds, KFC kimi irili-xırdalı bütün şeytan yuvaları bağlanmalı, yarımfabrikat qida məhsulları satmaq, yarımfabrikat qida məhsullarından istifadə etmək qanunla qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
7. İri həcmli minik avtomobillərindən istifadə etmək qanunla qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
8. Elmlə, sənətlə, siyasətlə məşğul olan gənclərin yerli qızlarla ailə qurması qanunla qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı ölkə vətəndaşlığından çıxarılmalıdır.
9. Broyler fabrikləri bağlanmalıdır. Bazarlarda, ərzaq mağazalarında yalnız kənd toyuqlarının satışına icazə verilməlidir. Qadağanı pozan şəxslər ən azı beş illiyə islah-əmək düşərgəsinə göndərilməlidir.
10. Hər bir şəxs gün ərzində yüz əlli qram süd məhsulları, iki yüz qram meyvə-tərəvəz qəbul etməlidir. Bu proses qanunla tənzimlənməlidir.
11. Hər bir vətəndaş ildə bir ağac əkməlidir. Bu proses qanunla tənzimlənməlidir.
12. Bütün estetik əməlliyatlar (həmçinin silikon, tatuaj, botoks, liposakşn, rinoplastika, javline…) qadağan olunmalıdır. Qadağanı pozan şəxslər ən azı beş illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
13. 23:00-dan sonra hər kəs yatmalıdır. Bu proses qanunla tənzimlənməlidir.
14. Sintetik narkotik vasitələrinin istehsalı, satışı və istifadəsi ilə məşğul olan şəxslər ən azı yeddi illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
15. Bəstəkarlara, yazıçılara, şairlərə, rəssamlara sevgi mövzusuna müraciət etmək, sevgi mövzusunda əsərlər yaratmaq qadağan edilməlidir. Qadağanı pozan sənətkarlar ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir. Sevgi mövzusunda yaradılmış əsərlər, insanları yumuşaq desək, yoldan çıxarır. Hər kəsə elə gəlir ki, başqasının həyatında çox ciddi, çox böyük sevgi olub, onun isə sevgi məsələsində bəxti gətirməyib, onun bəxtinə sevmək və sevilmək düşməyib. Kökündən səhv, olduqca zərərli düşüncələrdir. Belə səhv, zərərli düşüncələr insanın əmək qabiliyyətinin aşağı düşməsinə münbit şərait yaradır. İnsanların əmək qabiliyyətinin aşağı düşməsi isə avtomatik olaraq ölkənin müxtəlif sahələr üzrə inkişaf etməsinə mənfi təsir göstərir. İyirminci əsrin ən böyük yazıçılarından biri, Romen Qari təxminən belə demişdir: “Bəlkə də hardasa qarşılıqlı sevgi var, amma mənim buna ümüd etməyim mənasızlıq olardı”.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: