Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır.
Скачать книгу İran inqilabı və azadlıq hərəkatları в fb2, epub, txt (14 форматов) в нашем Интернет-магазине.
все жанры