Ələviyyə Babayevanın “Adamlar və talelər” romanı iki hissədən ibarətdir. Həmin əsər haqqında müəllif özü demişdir ki, “məni çoxdan bəri köhnəliklə yeniliyin burulğanında yetişən nəsil haqqında, müharibənin ağırlığını görmüş, enişli-yoxuşlu həyat yolunda yaxınını, sevilmisini, dostunu itirmiş, ancaq ürəyindəki inani hissləri – xeyirxahlığı, məhəbbəti, sədaqəti mərdanə qoruyub saxlayan müasirlərim haqqında əsər yaratmaq düşündürürdü. Deyirlər hər əsər az-çox öz müəllifinin tərcümeyi-halıdır. Bu fikrə şərikəm. “Adamlar və talelər”
romanı şübhəsiz mənim tərcümeyi-halım deyil. Lakin hər halda bu mənim yaşıdlarımın hər birinin həyatı ola bilər”.
Əsərin qəhrəmanları kimlərdir? Alim-həkimlər, incəsənətə xidmət edənlər, jurnalistlər. bu adamlar çiyin-çiyinə yaşasalar və yanaşı addımlasalar da insani keyfiyyətləri etibarı ilə biri-birlərindən tamam seçilirlər. Bir sözlə, “hamı iki ayağı üstündə gəzir, ancaq hərənin özünəməxsus yerişi var”.
Əsərdə bir fikir qırmızı xətlə keçir: istər alim, istər sənətkar, istər xəstə baxıcısı ol, əgər sən qürurla səslənən insan adını layiqincə daşıya bilmirsənsə – heç bir şey deyilsən! – “Ən çətini insan olmaqdır”
все жанры