banner banner banner
Sur üfürülənə qədər Sarı Saltuk Baba
Sur üfürülənə qədər Sarı Saltuk Baba
Оценить:
Рейтинг: 0

Полная версия:

Sur üfürülənə qədər Sarı Saltuk Baba

скачать книгу бесплатно


Uşaqların ağlaması vaxt keçdikcə Şərifi özündən çıxarırdı. Heç bir şey edə bilməmək və aciz şəkildə oturub gözləmək, ağılını başından etmək üzrə idi. Olduğu yerdə çarəsizcə, hıçqıra-hıçqıra ağlamağa başladı. Özü də yetim idi. Əbdüləzizin dizinin dibində “Quran” xətm edərkən həmişə o ayə gəlib gözünün qarşısında dayanırdı. Bu an yaşadığı bütün halların tək izahı, ürəyində yanan böyük dağlara su səpəcək yeganə xilas o ayələr idi. Allaha sığınmaq və Onda sakitliyə çatmaq qədər gözəl nə ola bilərdi ki? Uşaqkən çətinliyə düşdüyü; anasını, babasını, qəribəliyini düşündüyü zamanlarda tək çarəsi olan ayələri oxumağa başladı:

“… Rəbbin səni tərk etmədi, səndən küsmədi də. Şübhəsiz, sənin üçün son olan, ilkdən xeyirlidir. Və əlbəttə, Rəbbin sənə yaxında verəcək; sən də razı olacaqsan. Səni yetim tapıb böyütmədimi? Və səni çaşmış bir halda tapıb da, doğru yola çatdırmadımı? Səni kasıb tapıb da zəngin etmədimi? Elə isə əsla yetimi əzmə! Və əsla istəyəni danlama! Və Rəbbinin nemətinə gəlincə; ondan danış.

Təkrar-təkrar ayələri oxuyub mənalarını düşünərkən qarşısında dayandığı dənizlər, ardındakı dağlar qədər böyük sakitlik ürəyinə axdı. Heç bir qorxu əlaməti qalmadı, “bu uşaqların sahibi kimdirsə, gəlib o sahib çıxar”, – dedi. Səssizcə gözləyərkən nə edəcəyinə dair nəsə ağılına gəlmir, bu barədə düşünmürdü də.

Günortaüstü üfüqdə nəhəng toz buludu göyə yüksəlməyə başladı. Ağılına ilk gələn yeni soyğunçu monqol birliyinin yaxınlaşdığı oldu. Alnından, kürəyindən buz kimi tər axdı. Uşaqları gizləyəcəyi, daldalanacaq yer yox idi. Bir an “heç olmasa, atın tərkinə ala bildiyim qədərini götürüb qaçım”, – düşündü, amma “hansını götürəcəyəm, hansını burada qoyacağam” dilemmasına təslim olub mərhəmətsiz, qəddar ölümün gəlib üzərlərini örtməsini gözləməyə başladı.

Düzənlikdən ucu-bucağı olmayan uçqun kimi minlərlə atlı üzərlərinə gəlirdi. Nizami, təpədən-dırnağa silahlı bu ordunun qarşısından, sağından, solundan qaçıb xilas olmaq mümkün deyildi. Ən qabaqda at sürən bayraqdarı seçəndə Şərifin üzərinə sonsuz rahatlıq çökdü. Bayraqdarın əlindəki qara cüt başlı qartal bu igidlərin səlcuq aslanları olduqlarını göstərirdi. Heç bir bəyə, obaya, ya da Anadolu Səlcuqlar Dövlətinə bağlı olmayan bu nəhəng ordu könüllülərdən ibarət qazilər birliyi idi. Yeganə işləri, gecə-gündüz demədən rum elində gəzib ümmət üçün təhdid meydana gətirəcək haramıları yox etmək idi. Müsəlmanların karvanlarını bir yerdən digərinə gedərkən quldurlardan qoruyurdular.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)