Kiçik yaşda valideyn itirmək, xüsusən anasız qalmaq bir qız uşağını hansı həyata məhkum edə bilər? Müəllif bu sualın mümkün cavablarından birini təsəvvüründə canlandırır. O, Dəmətin böyüməsini, yetkinləşməsini bütün həyati detalları ilə təsvir edir. Bir tərəfdə xaraktercə başqalarından fərqlənən dayı, o biri tərəfdə nəvəsi ilə maraqlanmayan nənə… Nənənin ölümündən sonra isə qadınsız ev… Dəmət həyatla dil tapmağa çalışır, lakin bacarmır. Onun daxili dialoqları ilə tanış olduqca susmasına haqq qazandırırıq. İnsanlar bu düşüncələri başa düşməyə qadir deyillər. Qızcığaz yalnız başqalarını dinləyərək dünyanı dərk etməyə çalışır. Ən ağır anlarda tək bir təsəllisi var: onu dənizin dərinliyinə qaçırıb aparan qayığı… Yəni anasının itkin qucağı…
все жанры