Görkəmli ictimai-siyasi xadim, Cümhuriyyətin “qurucu atalarından” biri olan Ə.Topçubaşovun (1863-1934) rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında (1919-1920) iştirakı diplomatiya tariximizin ilk mühüm hadisəsidir. Sülh konfransı Ali Şurasının Azərbaycanın müstəqilliyini de-fakto tanıması isə (10 yanvar, 1920-ci il) şübhəsiz, nümayəndə heyətinin böyük qələbəsi idi. Bəs bu qələbə necə qazanılmışdı, son dərəcə çətin, mürəkkəb yol neçə keçilmişdi? Nümayəndə heyətinin İstanbul, Roma və Parisdən Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi hesabatlar həmin yolun bütün mərhələlərini özündə əks etdirir. Cümhuriyyət tarixi ilə maraqlananlar bu hesabatlar vasitəsi ilə dövlət olmağımızın mürəkkəb prosesini əvvəldən sonadək.izləmək imkanı qazanacaqlar. Kitab politoloq, tarixçi və diplomatlar, habelə geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur.
все жанры