İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrünün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gündəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam etdirmək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.
Sevilən Türk yazıçısı və şairi Səbahəddin Əli (1097-1948) Almaniyada təhsil almış, geri döndükdən sonra Konya və Ankarada müəllim işləmişdir. Azad fikirlərinə görə daim təqib olunan ədibin “Quyucu Yusif” (1937), “İçimizdəki şeytan” (1940) adlı romanları, “Dəyirman”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Ruzigar”, “Qurbağanın serenadası, başqa şeirlər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri vardır. “Xəz mantolu Madonna əsəri”ni isə 1943-cü ildə yazmışdır.
все жанры