banner banner banner
Müharibə qadın simalı deyil
Müharibə qadın simalı deyil
Оценить:
Рейтинг: 0

Полная версия:

Müharibə qadın simalı deyil

скачать книгу бесплатно

Müharibə qadın simalı deyil
Svetlana Aleksandrovna Aleksiyeviç

“Xan” nəşriyyatı “Ən yeni nobelçilər” layihəsi çərçivəsində növbəti kitabı təqdim edir. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.

Biz hələ həyatın nə demək olduğunu bilmədən

həyat uğrunda ölürdük…

Hər şey haqqında ancaq kitablarda oxumuşduq.

Svetlana Aleksiyeviç

SVETLANA ALEKSİYEVİÇ

MÜHARİBƏ

QADIN SİMALI DEYİL

sənədli oçerk

II NƏŞR

Rus dilindən tərcümə edən:

Nərgiz Cabbarlı

Naşir:

Səbuhi Şahmursoy

Redaktor və korrektor:

Nizami Hüseynov

Texniki redaktor:

Aytən Paşayeva

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

Orijinal adı:

СветланаАлексиевич, “Увойнынеженскоелицо”

Svetlana Aleksiyeviç, “Müharibə qadın simalı deyil”, sənədli oçerk

© “XAN” nəşriyyatı / Bakı / 2021 / 492 səh. II nəşr

ISBN: 9088338766936

“Xan” nəşriyyatı “Ən yeni nobelçilər” layihəsi çərçivəsində növbəti kitabı təqdim edir. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sə-nədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.

© “XAN” nəşriyyatı / 2021

2005

– Qadınlar ilk dəfə nə vaxt orduda peyda oldular?

– Eramızdan əvvəl dördüncü əsrdə Afinada və Spar-tada gedən yunan müharibələrində artıq qadın döyüşçü-lər var idi. Sonralar isə onlar Makedoniyalı İsgəndərin yü-rüşlərində göründülər.

Rus tarixçisi Nikolay Karamzin əcdadlarımız haqqın-da yazır: “Slavyan qadınları müharibəyə bəzən ataları və ərləri ilə birlikdə gedirdilər. Belə ki, 626-cı ildə Konstanti-nopolun işğalı zamanı yunanlar öldürülən slavyanlar ara-sında çoxlu qadın aşkar etmişdilər. Uşaqlarını tərbiyə edən analar onları döyüşçü olmağa da hazırlayırmışlar”.

– Bəs yeni dövrdə?

– İlk dəfə 1560-1650-ci illərdə İngiltərədə qadın əsgər-lərin xidmət etdiyi hospitallar yaratmağa başlayıblar.

– Bəs XX əsrdə?

– … İlk dəfə iyirminci əsrin əvvəllərində – Birinci Dün-ya Müharibəsində İngiltərə Krallığı Hərbi hava qüvvələ-rinə qadınları qəbul etməyə başladı. Krallıq yardımçı kor-pusu və avto-nəqliyyat qadın legionu yaradıldı – 100 min adamdan ibarət.

Rusiyada, Almaniyada, Fransada bir çox qadınlar da hərbi hospitallarda və sanitar qatarlarında xidmət etməyə başladılar. İkinci Dünya Müharibəsi zamanı isə bütün dünya qadın fenomeninin şahidinə çevrildi. Qadınlar ar-tıq dünyanın bir çox ölkələrində hərbin bütün sahələrin-də xidmət edirdilər: ingilis ordusunda 225 min, Amerika ordusunda 450-500 min, alman ordusunda – 500 min qa-dın vardı.

Sovet ordusunda milyona yaxın qadın döyüşürdü. Onlar bütün hərbi peşələrə yiyələnmişdilər. Hətta “kişi” peşələrinə belə. Bu səbəbdən də hərb sahəsində dil prob-lemi meydana çıxdı: o zamanlar “tankçı”, “piyada”, “av-tomatçı” sözlərinin qadın cinsi üçün qarşılığı yox idi, çün-ki bu işləri heç vaxt qadınlar icra etməmişdilər. Qadınla bağlı sözlər orada – müharibədə yaradıldı.

Tarixçi ilə söhbətdən

İNSAN MÜHARİBƏDƏN BÖYÜKDÜR

(kitabın gündəliyindən)

“Əbəs yerə öldürülmüş milyonlar

Qaranlıqda cığırlar tapdadılar…”

Osip Mandelştam

1978-1985-ci illər

Müharibə haqqında kitab yazıram…

Mən – müharibə haqqında kitab oxumağı sevməyən bir insan… Halbuki, uşaqlıq və gənclik illərimdə bu, hər kəsin ən sevimli məşğuliyyəti idi. Bütün həmyaşıdları-mın. Əslində, bunda təəccüblü bir şey də yoxdur – biz Qələbənin övladları idik. Qaliblərin uşaqları…

Müharibə haqqında xatırladığım ilk şey? Mənim üçün anlaşılmaz və qorxulu olan sözlər arasında yaşadı-ğım uşaq kədəridir. Həmişə müharibə haqqında danışır-dılar: məktəbdə və evdə, toylarda və xaç mərasimlərində, bayramlarda və yaslarda… Hətta uşaqların etdiyi söhbət-lərdə belə…

Qonşunun oğlu bir dəfə məndən soruşdu:

– Bu adamlar torpaq altında nə edirlər, görəsən?

Biz də müharibənin sirrini açmaq istəyirdik.

Elə o vaxtlardan ölüm haqqında düşünməyə başla-dım. Və artıq heç vaxt onun barəsində düşünməkdən vaz keçə bilmədim; o, mənim üçün həyatın ən vacib sirrinə çevrildi.

Bizdə hər şey öz başlanğıcını həmin sirli və qorxulu dünyadan götürür. Ailəmizdə ukraynalı babam – anamın atası cəbhədə həlak olmuş, haradasa macar torpaqlarında dəfn edilmişdi; belarus nənəmsə, yəni atamın anası par-tizan dəstələrində yatalaq xəstəliyindən ölmüşdü; onun iki oğlu orduda xidmət edirdi və müharibənin ilk ayların-daca itkin düşmüşdülər; üç övladından yalnız biri geri qayıtmışdı. Atam.

Əslində, bütün evlərdə vəziyyət eyni idi. Hər kəsdə. Ona görə də, ölüm haqqında düşünməmək mümkün de-yildi. Hər yerdə ölənlərin kölgəsi dolaşırdı.

Kənd uşaqları müharibədən sonra hələ uzun müddət “dava-dava” oynadılar. Bu zaman bir-birilərinə öyrəndik-ləri alman sözlərini qışqırırdılar: “Xende xox!”, “Tsur-yuk”, “Hitler kaput!”

Biz müharibəsiz dünya tanımırdıq, o, bizim üçün ye-ganə tanış aləm idi; müharibə adamlarısa – bizə doğma insanlar… Mən heç indi də başqa bir dünya və başqa cür insan tanımıram. Ümumiyyətlə, görəsən, belələri nə za-mansa olubmu?

* * *

Müharibədən sonra mənim uşaqlığımın kəndi “qa-dınlar kəndi” idi. Yəni arvad kəndi. Bu kənddə kişi səsi-nin eşidildiyini xatırlamıram. Yaddaşımda bu elə belə də qalıb: müharibə haqqında yalnız arvadlar danışır… Ağla-yır… Ağlayan kimi də oxuyurlar.

Məktəb kitabxanasında kitabların yarısı müharibə haqqındadır. Kənd kitabxanasında da, atamın tez-tez ki-tab dalınca getdiyi rayon mərkəzi kitabxanasında da… İn-di mənim “niyə” sualına cavabım var. Məgər bu təsadüf idi? Biz hər zaman müharibə edirdik, ya da müharibəyə hazırlaşırdıq. Yaxud da necə döyüşdüyümüzü yada salır-dıq. Heç vaxt başqa cür yaşamamışdıq, yəqin ki, başqa cür yaşamağı bacarmırdıq da. Heç başqa cür yaşamağın necə bir şey olduğunu təsəvvür belə etmirdik… Bəlkə də nə zamansa hələ uzun müddət bunu öyrənməli olacağıq.

Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz… uğ-runda ölmək istədiyimiz haqqında inşalar yazırdıq. Xəyal qururduq.

Küçədəki səslər isə tamam başqa şeylərdən danışır, başqa sözlər çığırır və bizi daha çox cəlb edirdi.

Mən uzun müddət reallığın qorxutduğu və cəlb etdi-yi kitab adamı olmuşam. Həyatı bilmədiyimizdən içimiz-də qorxusuzluq meydana çıxmışdı. İndi isə düşünürəm: görəsən, realist insan olsaydım, özümü belə bir uçuruma atmağı bacarardımmı?

Bütün bunların səbəbi nə idi – xəbərsizliyimmi? Yox-sa gedəcəyim yolu ruhən hiss etdiyim üçün belə olmuş-dum? Axı yolu hiss etmək mümkündür.

Uzun müddət axtardım. Düşündüm ki, görəsən, eşit-diklərimi hansı sözlərlə ifadə edə bilərəm? Mənim dün-yanı görmək tərzimə, gözlərimin, qulaqlarımın duyumu-na cavab verəcək janr vardımı?

Bir dəfə əlimə A.Adamoviçin “Mən – od vurulmuş kənddənəm” adlı kitabı keçdi.

Belə bir sarsıntını yalnız bir dəfə keçirmişdim – Dos-toyevskini oxuyanda. Burda isə – qeyri-adi bir forma var-di: sanki roman həyatın öz səslərindən yığılmışdı. Uşaq-lıqda eşitdiklərimdən, indi küçədə deyilənlərdən, evdə, kafedə, trolleybusda pıçıldananlardan… Belə! Dairə qa-pandı! Mən aradığımı tapdım. Hiss edirdim. Ales Ada-moviç mənim müəllimim oldu.

* * *

İki il görüşməkdən və qeyd etməkdən daha çox dü-şündüm. Oxudum. Mənim kitabım nə haqda olacaq? Tu-taq ki, müharibə haqqında daha bir kitab yazıldı… Tarix-də artıq minlərlə müharibə olmuşdu – kiçik və böyük, bil-diyimiz və bilmədiyimiz… Və onlar haqqında öz sayların-dan da çox kitab yazılmışdı. Amma… Kişilər yazıb və kişi-lər haqqında yazıblar – bunu o dəqiqə görmək olurdu. Bizə müharibə haqqında bəlli olan hər şey “kişi səsi” ilə çatdırılmışdı. Hamımız müharibə haqqında “kişi təsəvvü-rü” və “kişi təəssüratları”nın əsarəti altında idik. “Kişi” sözlərinin… Qadınlar isə susurdular. Məndən başqa heç kim nənəmi sorğu-suala tutmamışdı. Anamı da həmçi-nin. Hətta cəbhədə olanlar belə, susurdular. Əgər danış-mağa başlayırdılarsa da, o zaman da öz müharibələri de-yil, başqalarının döyüşləri haqqında danışırdılar. Başqa bir müharibə haqqında… Kişi səsinin tembrinə salırdılar özlərini.

Yalnız evdə olarkən, ya da cəbhə rəfiqələrinin yanın-da ağlamağa başladıqda müharibəni – mənə qətiyyən ta-nış olmayan bir müharibəni xatırlayırdılar (jurnalist kimi səfərlər zamanı dəfələrlə bunun şahidi oldum).

Uşaqlıqda olduğum kimi yenə də sarsılmışam. Onla-rın söhbətlərində sirr dolu hadisələr vəhşicəsinə diş ağar-dır…

Qadınlar danışmağa başlayanda bu söhbətlərdə bi-zim oxumağa və eşitməyə adət etdiyimiz şeylər yoxdur, ya da demək olar ki, yoxdur: insanlar qəhrəmancasına ne-cə başqalarını öldürür və qalib gəlirlər. Ya da necə məğ-lub olurlar. Texnika necə idi, generallar necə idi.

Qadın söhbətləri başqa cür və başqa şeylər haqqın-dadır. “Qadın müharibə”sinin öz rəngləri, öz qoxuları, öz işıqlandırması və öz hiss məkanı var. Öz sözləri var. Ora-da qəhrəmanlar və ağlagəlməz qəhrəmanlıqlar yoxdur; orada sadəcə insanlar var, qeyri-insani, amma eyni za-manda da insani işlə məşğul olan insanlar… Və orada yal-nız onlar (insanlar!) əzab çəkmirlər, eyni zamanda torpaq da, quşlar da, ağaclar da əzab çəkir. Bizimlə birlikdə yer üzündə yaşayan hər kəs! Və onlar danışmadan əzab çə-kirlər; bu daha qorxuludur…

– Niyə, – dəfələrlə özümdən soruşmuşam, – niyə nə zamansa tamamilə kişi dünyası olan bir dünyada öz yer-lərini əldə edən qadınlar öz tarixlərini yaratmağa nail ol-mayıblar? Öz sözlərini və öz hislərini… Doğrudanmı öz-lərinə inanmayıblar? Bununla da bütöv bir dünya bizdən gizlin qalıb?! Müharibə bilinməzlik pərdəsinə bürünüb?!

Mən bu müharibənin tarixçəsini yazmaq istəyirəm. Qadın tarixçəsini.

İLK QEYDLƏRDƏN

Heyrət: bu qadınların hərbi peşələri – sanitar-təlimat-çı, snayper, pulemyotçu, zenit topları komandiri, sapyor idi, indi isə elə həmin qadınlar mühasib, laborant, ekskur-siyaçı, müəllim işləyirlər. Rollar üst-üstə düşmür – orada və burada. Sanki özləri haqqında deyil, hansısa başqa qız-lar haqqında danışırlar. Bu gün özləri belə özlərinə heyrət edirlər. Və mənim gözlərim önündəcə tarix “insanlaşır”, adi həyata oxşamağa başlayır. Fərqli bir işıqlanma mey-dana çıxır.

Gözəl nağılçılarla rastlaşıram, onların həyatlarında elə vərəqlər var ki, klassikanın istənilən səhifələri ilə rəqa-bət apara bilər. Mümkündürmü ki, İnsan özünü yuxarı-dan – səmadan, aşağıdan – torpaqdan bu qədər aydın gö-rə bilsin?! Yuxarı və aşağı – mələklərə və iblisə doğru uza-nan yolu keçib gedə bilsin?!.

Xatirələr yox olmuş reallığın ehtiraslı və ya ehtirassız nəql edilməsi deyil, keçmişin yenidən doğuluşudur; o za-man ki, Zaman geri dönür… Hər şeydən əvvəl bu, yaradı-cılıqdır. İnsanlar danışdıqları zaman yaradırlar, öz həyat-larını yenidən “yazırlar”. Bəzən elə də olur ki, “sona qə-dər tamamlayır”, ya da “yenidən üzünü köçürürlər”. Bu məqamda ayıq-sayıq olmaq lazımdır. Tətikdə olmaq la-zımdır. Amma eyni zamanda da, istənilən yalan yavaş-yavaş öz-özünü məhv edir, bu qədər çılpaq olan həqiqətlə qonşuluqda yaşamağa davam gətirə bilmir. Bu virus belə bir mühitdə yaşaya bilməz. Çünki hərarət həddindən ar-tıq yüksəkdir!

Artıq qeyd etdiyim kimi, sadə insanlar özlərini daha səmimi aparırlar – tibb bacıları, aşpazlar, paltaryuyanlar… Onlar danışdıqları zaman, belə demək mümkündürsə, sözləri qəzet və oxuduqları kitabların səhifələrindən de-yil, özlərindən “çıxarırlar”. Yəni yad bir yerdən almırlar. Yalnız öz şəxsi əzab və sarsıntılarından…

Nə qədər qəribə olsa da, adətən təhsilli insanların his-ləri və dilləri Zamanın düzəlişlərinə daha çox məruz qa-lır. Onun ümumi şifrələməsinə… Başqalarının məlumat-ları ilə yoluxmaya… Ümumi ruha.

Tez-tez müxtəlif mühitlərdə gəzməli olursan ki, kişi deyil, qadın müharibəsi haqqında eşidəsən: necə geri çə-kiliblər, necə irəliləyiblər, cəbhənin hansı hissəsində olub-lar… Bir görüşə deyil, çoxsaylı seanslara ehtiyacın olur. Eynilə inadkar portret ustası kimi…

Bəzən tanımadığım evdə, ya da mənzildə bütün gü-nü – uzun-uzadı oturmalı oluram. Çay içir, bu yaxınlarda alınan hansısa köynəkləri geyinib-yoxlayır, saç düzümlə-rini müzakirə edir, kulinariya reseptlərindən danışırıq. Birlikdə nəvələrin şəkillərinə baxırıq. Bax, elə bu zaman… Bir müddət sonra – nə qədər zamandan sonra və nə üçün məhz bu anda olduğunu heç vaxt bilməyəcəksən – bir-dən-birə gözlədiyin həmin müdhiş məqam yetişir; o an ki, insan abidələşmiş gips və dəmir-beton qanunlardan uzaq-laşır və özünə doğru gedir. Ruhuna… Müharibəni deyil, öz cavanlığını xatırlamağa başlayır. Həyatının bir parça-sını… Bax, məhz həmin anı yaxalamaq lazımdır. Əldən verməmək!

Adətən sözlər və faktlarla doldurulmuş uzun gündən sonra yaddaşında yalnız bircə ifadə qalır: “Mən cəbhəyə gedəndə elə balaca idim ki, müharibə müddətində hətta boyum da uzandı…”

Bu cümləni hələ də qeyd kitabçamda saxlayıram, hal-buki maqnitofonda onlarla metr lent yazılıb. Dörd-beş ka-set…

Mənə nə kömək edir? Birlikdə yaşamağa adət etmə-yimiz. Birgə… Ümumi insanlar. Bizdə hər şey ümumidir – həm xoşbəxtlik, həm göz yaşı. Əzab çəkməyi və bu əzab haqqında danışmağı bacarırıq. Əzab bizim ağır və bəxti gətirməyən həyatımıza haqq qazandırır. Bizim üçün ağrı – sənətdir. Etiraf etməliyəm ki, qadınlar bu yola daha cəsarətlə üz tuta bilirlər.

* * *

Onlar məni necə qarşılayırlar?

“Qız”, ”qızım”, “qızcığazım”, – adlandırırlar… Yəqin ki, nəsildaşları olsaydım, mənimlə tamam başqa cür dav-ranardılar. Sakit və bərabərhüquqlu insantək. Gənclik və qocalığın görüşündən yaranan sevinc və heyrət hissi ol-madan.... Bu, çox vacib məqamdır: o zaman onlar gənc olublar, indi, yəni xatırladıqları an yaşlıdırlar… O günləri bütöv bir ömürdən sonra xatırlayırlar – qırx il keçdikdən sonra… Öz dünyalarını ehtiyatla mənə açır, şəfqətlərini əsirgəmirlər: “Təəssüf edirəm ki, orada olmuşam. Təəssüf edirəm ki, bütün bunları görmüşəm. Müharibədən sonra ərə getdim. Ərimin arxasında gizləndim. Özüm gizlən-dim. Anam da yalvarırdı: “Sus! Sus! Etiraf etmə!” Mən Vətən qarşısında öz borcumu yerinə yetirmişəm, amma orda olduğum üçün çox kədərliyəm. Kədərlənirəm ki, bunu bilirəm. Sən isə hələ lap cavansan. Sənə yazığım gəlir…”

Tez-tez müşahidə etdiyim bir şey var: onlar özlərini dinləyirlər. Ruhlarının səsinə qulaq verirlər. Onu sözlə tutuşdurmağa çalışırlar. Uzun illərdən sonra insan başa düşür ki, bir zamanlar yaşayıb, həyatı olub, indi isə barış-maq və getməyə hazırlaşmaq vaxtıdır. İstəmirsən, elə-be-lə, danışmadan, içindəkiləri tökmədən yoxa çıxmaq ağır gəlir… Hiss edilmədən… Ayaqüstü yola salınırmış kimi… Və o zaman – geri boylandığın o an insanın içində nəinki özünün olan şeylər haqqında danışmaq istəyi baş qaldırır, eyni zamanda da həyatın sirrinə yetişmək arzusu oyanır. İnsan özlüyündə bir suala cavab vermək istəyir: nə üçün bu onun başına gəldi?

O hər şeyə bir qədər vidalaşırmış kimi – kədərli nə-zərlərlə baxır. Demək olar ki, Oradan…

Artıq yalan deməyin və özünü aldatmağın mənası yoxdur. O bilir ki, ölüm haqqında düşünmədən İnsan ru-hunda heç bir şey görmək mümkün deyil. Onun mövcud-luğunun sirri hər şeydən daha yüksəkdə dayanır.

Müharibə həddindən artıq intim yaşantıdır. Və insan həyatı kimi də sonsuzdur.

Bir dəfə bir təyyarəçi qadın mənimlə görüşməkdən imtina etdi. Səbəbini telefonda izah etdi:

– Bacarmıram… Xatırlamaq istəmirəm. Mən üç il mü-haribədə olmuşam. Və üç il özümü qadın kimi hiss etmə-mişəm. Mənim orqanizmim ölmüşdü. Aybaşı belə olmur-dum və demək olar ki, heç bir qadınlıq hissi keçirmirdim. Halbuki gözəl idim. Gələcək ərim mənə evlənmək təklif edəndə… Bu artıq Berlində, reyxstaqda olmuşdu. O dedi: “Müharibə bitdi. Biz sağ qaldıq. Bəxtimiz gətirdi. Mənim-lə evlənərsən?” O zaman ağlamaq istədim. Qışqırmaq! Onu vurmaq! Necə yəni “evlənək?” Bütün bu dəhşətin içində “ərə gəl”? Qap-qara hisin-pasın və qara kərpiclərin arasında?

“… Sən bir mənə bax. Gör, nə gündəyəm? Sən əvvəlcə məndən bir qadın yarat: çiçək bağışla, qayğıma qal, gözəl sözlər söylə… Mən bunu elə arzulayıram ki! Elə gözlə-yirəm ki!”

Az qala onu vurmuşdum… Vurmaq istəyirdim.

Onun yanaqlarının biri yanmış, qızarmışdı və mən gördüm ki, o hər şeyi başa düşüb. Çünki yanan yanaqları ilə göz yaşı süzülürdü. Həmin o yara yerindən… Bu vaxt özüm də nə danışdığıma inanmadan dedim: “Hə, sənə ərə gələrəm”.

Amma indi danışa bilmirəm. Gücüm yoxdur. Çünki bütün bunları təzədən – ikinci dəfə yaşamalı olacağam”…

Mən onu başa düşdüm. Amma bütün bunlar onsuz da yazdığım kitabın bir səhifəsi, ya da yarım səhifəsi ola-caqdı…

Mətnlər, mətnlər… Hər yerdə – mətnlər. Mənzillərdə və kənd evlərində, küçələrdə və qatarlarda… Mən qulaq asıram… Getdikcə başqa insanlara tərəf çevrilmiş böyük bir qulağa çevrilirəm. Mən “səsləri” oxuyuram.