скачать книгу бесплатно
* * *
İnsan müharibədən daha böyükdür.
Məhz o şeylər yadda qalır ki, orada İnsan daha çox-dur. Ona Tarixdən daha güclü hiss rəhbərlik edib… Mən məsələni daha geniş götürməliyəm – yalnızca müharibə haqqında həqiqəti deyil, ümumiyyətlə, ölüm və həyat haqqında yazmalıyam. Dostoyevskinin sualını verməli-yəm: insanda neçə insan yaşayır? Və insanın içində olan insanı necə müdafiə etmək olar?
Şübhəsiz ki, şər cəlbedicidir. O, xeyirxahlıqdan daha çoxçeşidlidir. Daha cazibədardır.
Getdikcə daha çox Müharibənin sonsuz dünyasına dalıram, yerdə qalan hər şey yüngülcə tutqunlaşır, hər za-man olduğundan daha adi görünməyə başlayır.
Möhtəşəm və yırtıcı dünya… İndi artıq ordan qayıt-mış İnsanın tənhalığını daha yaxşı başa düşürəm. Başqa bir planetdən, ya da o dünyadan gəlmiş kimi…
Onda başqalarının sahib olmadığı biliklər var və bu bilikləri yalnız orada – ölümün yaxınlığında əldə etmək olar. O, sözlərlə nə isə ifadə etməyə çalışdığı zaman özü-nü fəlakət içindəymiş kimi hiss edir. İnsan lal olur. O, da-nışmaq, başqaları isə dinləmək istərdilər, amma hər kəs gücsüzdür.
Onlar həmişə məndən – öz xatirələrini paylaşdıqları insandan fərqli olaraq tamam başqa bir məkanda idilər. Onları gözəgörünməz bir dünya əhatə edirdi.
Söhbətin hər zaman ən azı üç iştirakçısı var: hazırda danışan insan, bu insanın o zamankı, müharibə dövründə olan varlığı, bir də mən…
Məqsədim hər şeydən öncə o illərin həqiqətlərini əldə etməkdir. O günlərin… Hislərin saxtakarlığına yol vermə-dən… Yəqin ki, müharibədən dərhal sonra insan bir mü-haribə haqqında danışar, on il sonra başqa biri haqqında; çünki o, artıq özünün bütün həyatını da xatirələrə əlavə etmiş olur. Bütün varlığını… Bu illər ərzində necə yaşayıb-sa – onu; nə oxuyubsa, nə görübsə, kiminlə qarşılaşıbsa – onu. Nəhayət, xoşbəxtdirmi, bədbəxtdirmi – onu.
Həmsöhbətimlə təklikdəmi danışırıq, yoxsa yanında kimsə varmı – bu da vacibdir. Ailəsimi? Dostlarımı? Han-sı dostları? Cəbhə dostlarıdırsa, bu bir məsələdir, yerdə qalan dostlarıdırsa – başqa.
Sənədlər canlı varlıqlardır, onlar bizimlə birlikdə dəyişir, bizimlə birlikdə tərəddüd keçirirlər. Onlardan sonsuza qədər yeni nəsə əldə etmək mümkündür. Sonsu-za qədər nə isə yeni olan bir şey və məhz bu an vacib olan bir şey. Bu dəqiqə…
Biz kitablarda əksər hallarda tanış – balaca və insani şeylər axtarırıq, çünki o, əslində bizim üçün ən maraqlı və ən yaxın olanıdır.
Məsələn, Qədim Yunanıstanın tarixindən ən çox nəyi öyrənmək istərdim? … Spartanın tarixindən. Mən o za-man insanların öz evlərində nədən və necə danışdıqları haqda oxumaq istərdim. Müharibəyə necə yola düşürdü-lər? Öz sevimliləri ilə ayrıldıqlarında son gün və son gecə ona nə söyləyirdilər? Döyüşçüləri necə yola salırdılar? Onların müharibədən qayıtmasını necə gözləyirdilər? Qəhrəman və qoşun başçılarını deyil, adi gəncləri…
Bu, müharibənin nəzərə çarpmayan şahidi və iştirak-çısının danışdığı Tarixdir. Bəli, məni bu maraqlandırır, məhz bunu ədəbiyyata çevirmək istərdim. Amma danı-şanlar təkcə şahid deyillər, bəlkə də hər şeydən daha az şahiddirlər; daha çox isə aktyor və tarixin yaradıcısıdır-lar.
Reallığa bilavasitə, kəllə-kəlləyə gələcək qədər yaxın-laşmaq mümkün deyil. Reallıqla bizim aramızda hisləri-miz dayanır. Başa düşürəm ki, işim daha çox variantlarla olacaq; çünki hər kəsin öz variantı var; amma zamanın və onda yaşayan insanların obrazı yalnız bu variantlardan və onların sayından, kəsişməsindən doğulur. İstəməzdim ki, kitabım haqqında deyilsin: onun qəhəmanları realdır-lar, lakin yalnızca bu var. Yəni bu yalnız tarixdir və sadə-cə tarix…
Mən müharibə haqqında deyil, müharibədə olan in-san haqqında yazıram. Müharibənin deyil, hislərin tarixi-ni qələmə alıram. Mən ruhun tarixçisiyəm. Bir tərəfdən konkret bir zamanda yaşamış və konkret hadisələrin işti-rakçısı olmuş konkret bir adamı tədqiq edirəm, digər tə-rəfdən də onun timsalında əbədi insanı müşahidə etməli olduğumu bilirəm… Əbədiyyətin titrəyişini… O şeyi ki insanda hər zaman mövcuddur.
Mənə deyirlər: xatirələr nə tarix deyil, nə də ki ədə-biyyat. Bu, sadəcə zibillənmiş və sənətkar əli ilə təmiz-lənməmiş həyatdır. Çiy danışıq materialıdır.
Hər bir “dib”də ondan nə qədər desən var. Bu kərpic-lər hər yana səpələnib qalıb.
Amma kərpiclər hələ məbəd demək deyil axı?
Mənim üçünsə hər şey fərqlidir. Məhz orada, isti in-san səsində, keçmişin canlı əksində əzəli sevinc gizlənib; və həyatın dəf edilə bilməyən faciəsi çılpaq şəkildə du-rubdur. Onun xaosu və ehtirası… Onun misilsizliyi və əl-çatmazlığı… Onlar orada hələ ki heç bir emala məruz qal-mayıblar. Orijinaldırlar.
Mən bizim hislərimizdən bir məbəd qururam. Arzu-larımızdan və xəyal qırıqlıqlarımızdan… Bizim arzuları-mızdan.
* * *
Yenə də eyni şey haqqında…
Mənə hadisənin özü deyil, hislərin hadisəsi maraq-lıdır. Belə deyək – vaqiənin ruhu. Mənim üçün hisslər – reallıqdır.
Bəs tarix? O – küçədədir. Kütlənin içindədir. İnanı-ram ki, bizim hər birimizdə tarixin bir parçası yaşayır. Hansımızdasa – yarım səhifəsi, o birində – iki-üç səhifəsi. Biz zaman kitabını birlikdə yazırıq. Hər kəs öz həqiqətini bağırır. Və bütün bunların hamısını eşitmək, bütün bun-ların içində ərimək və bütün bunlara çevrilmək lazımdır. Eyni zamanda da özün kimi qalmaq. Yoxa çıxmamaq.
* * *
Səhər tezdən telefon zəng çaldı: “Sizinlə tanış deyilik. Amma mən Krımdan gəlmişəm, dəmiryolu vağzalından zəng edirəm. Evinizdən uzaqdır bura? Sizə öz mühari-bəm haqqında danışmaq istəyirəm”…
Belə?!
Biz isə qızımla birlikdə parka getməyə hazırlaşırdıq. Karusellərdə yellənmək fikrimiz vardı. Altı yaşlı bir uşa-ğa necə başa salmaq olar ki, mən işləyəcəyəm?!
O, bu yaxınlarda məndən soruşmuşdu: “Müharibə nə deməkdir?” Necə cavab verəydim. Mən onu bu dünyaya şəfqət dolu bir ürəklə yola salmaq istəyirəm; öyrədirəm ki, əgər sənə lazım deyilsə, boş yerə çiçəyi dərmək olmaz. Parabüzənləri əzmə, yazığın gəlsin, çəyirtkənin qanadları-nı qoparma… Bəs uşağa müharibəni necə izah edim? Ölü-mü necə başa salım?!
“Niyə orda öldürürlər”– sualına necə cavab verim? Bircə mənim babamımı öldürüblər məgər? Bundan başqa on bir nəfər bizim uzaq qohumlarımızı, onların da arasın-da iki balaca qız uşağını… Heç şəkilləri belə qalmayıb… Hər şey yanıb kül olub – evlər də, insanlar da… Yalnız adları qalıb.
Müharibədən sonra mənə valideynlərim birtəhər də olsa, bunu izah etdilər, mən isə öz uşağımı artıq başa sala bilmirəm. Söz tapmaq olmur… Heç cür başa düşmək istə-mir – bu insanlar hara gediblər?! Xüsusilə onu iki balaca qızcığazın yoxa çıxması təəccübləndirir.
Sual: “Bəs onlar nə üçün? Onlar ki balaca idilər? On-lar ki, güllə atmırdılar?”
Kaş müharibə haqqında elə bir kitab yazmaq olaydı ki, müharibə sözünün özü belə ürək bulandıraydı, hətta müharibə haqqında düşünmək belə insan üçün dözülməz olaydı. Dəlicəsinə… Generalların özlərinin belə ürəkləri qalxaydı…
Mənim kişi dostlarım – rəfiqələrimdən fərqli olaraq – belə bir “qadın məntiqi” qarşısında çaşıb qalırlar. Və mən yenə də “kişi dəlili” eşidirəm: “Sən müharibədə olmamı-san”.
Ola bilsin, bunun özü yaxşı şeydir: nifrət ehtirası mə-nə bəlli deyil, normal görmək qabiliyyətim var. Və bu, “hərbçi” baxışı deyil.
Optikada “işıq qüvvəti” anlayışı var – bu, obyektivin sezilən təsvirləri yaxşı və ya pis qeyd etmə bacarığıdır… Deməli belə, müharibə ilə bağlı qadın yaddaşı hislərin gərginliyi və ağrılar üzrə ən həssas yaddaşdır. Mən hətta deyərdim ki, “qadın” müharibəsi “kişi” müharibəsindən daha qorxuludur.
Kişilər tarixin, faktların arxasında gizlənirlər, müha-ribə onları ideyaların, fərqli maraqların hərəkəti və qarşı-durması kimi ələ keçirir; qadınlar isə öz hisləri üzündən ayağa qalxırlar. Onlar kişilər üçün gizli olan şeyləri görə bilirlər. Bu, tamamilə başqa dünyadır. Qoxusu, rəngi, mövcudluğun fərqli aləmi ilə: “Bizə yükümüz üçün çuval verdilər, biz isə ondan ətək tikdik”, “hərbi komissarlıqda bir qapıdan donla girib, o biri qapıdan şalvar-köynəklə çıxdım, hörüklərimi də kəsdilər, başımda bir balaca kəkil qaldı”; “almanlar kəndi gülləbaran edib getdilər… Biz hə-min yerə gəldik: tapdaq-tapdaq edilmiş sarı qum, yuxa-rıda isə balaca bir uşaq çəkməsi vardı”…
Mənə dəfələrlə xəbərdarlıq etmişdilər, xüsusilə də ki-şi yazıçılar: “Qadınlar sənin üçün çox şey uyduracaqlar. Özlərindən goplayacaqlar”.
Amma belə bir şeyi uydurmaq olardımı? Kimdənsə köçürmək? Əgər bunu köçürmək mümkündürsə, yalnızca həyatdan. Yalnız onun belə bir fantaziyası ola bilərdi.
Qadınlar nə haqda danışırdılarsa danışsınlar, onlarda hər zaman belə bir fikir hazır şəkildə dayanır: “Müharibə hər şeydən əvvəl qətldir, sonra ağır iş… Yalnız bundan sonra sadəcə həyat: biz oxuyur, aşiq olur, saçlarımızı bu-rurduq”.
Deyilən fikirlərin mərkəzində həmişə ölümün necə dözülməz olduğu və ölmək istəməmələri dururdu. “Bun-dan daha dözülməz olanı isə o idi ki, öldürmək istəmir-din!”
Çünki qadın həyat verir. Həyat bağışlayır.
Uzun müddət onu bətnində gəzdirir, bəsləyir…
Mən başa düşdüm ki, qadınlar üçün öldürmək daha çətindir.
* * *
Kişilər… Onlar qadınları öz dünyalarına, öz ərazilə-rinə elə də həvəslə buraxmırlar…
Minsk traktor zavodunda bir qadını axtarırdım, o snayper kimi xidmət etmişdi. Məşhur snayper olmuşdu. Haqqında dəfələrlə cəbhə qəzetlərində yazmışdılar. Ev te-lefonunu mənə Moskvada yaşayan rəfiqələri vermişdi, amma köhnə imiş. Mənim qeyd etdiyim soyadı da qızlıq soyadı idi.
İşlədiyi zavodun kadrlar şöbəsinə getdim və kişilər-dən eşitdiyim sözlər belə oldu (zavodun direktoru da, kadrlar şöbəsinin müdiri də kişi idi): “Məgər kişi çatış-mazlığıdır? Bu qadın əhvalatlarını eşitmək sizin nəyinizə lazımdır axı? Qadın fantaziyalarıdır hamısı…”
Bir ailə ilə görüşmüşdüm… Ər də, arvad da döyüş-müşdülər. Cəbhədə qarşılaşmış, elə orada da evlənmiş-dilər: “Toyumuzu səngərdə qeyd etdik. Döyüşdən əvvəl. Ağ paltarı isə mən alman paraşütündən tikmişdim”.
O, pulemyotçu idi, qadın isə rabitəçi. Kişi dərhal qadını mətbəxə yolladı: “Sən bizim üçün bir şey hazırla”.
Artıq çaydan da qaynayıb, buterbrodlar da hazırla-nıb, qadın bizimlə yanaşı əyləşdi, kişi isə yenə də onu yerindən qaldırdı: “Bəs çiyələk hardadır? Hanı bizim ba-ğın sovqatı, niyə gətirməmisən?”
Mənim inadkar xahişimdən sonra o, bu sözləri deyə-rək öz yerini həvəssiz şəkildə arvadına verdi: “Səni necə öyrətmişəmsə, elə danış. Göz yaşı tökmədən və qadınla-rın xırda məsələləri haqqında danışmadan… Ay necə gö-zəl olmaq istəyirdin, nə bilim, hörüklərini kəsəndə necə ağlayırdın”…
Bir qədər sonra qadın pıçıltı ilə mənə etiraf etdi: “Bü-tün günü “Böyük Vətən Müharibəsi tarixi”nin cildliyini mənimlə birlikdə təkrarlayıb. Mənə görə narahat idi. Elə indi də narahatdır ki, birdən lazım olmayan şeyləri xatır-layaram. Lazım olduğu şəkildə danışmaram”…
Bu, dəfələrlə, az qala hər evdə rastlaşdığım hadisə idi.
Hə, onlar həddindən artıq çox ağlayırlar. Qışqırırlar. Mən çıxıb getdikdən sonra ürək dərmanı atırlar. Təcili yardım çağırırlar. Amma yenə də xahiş edirlər: “Sən gəl. Mütləq gəl. Biz o qədər uzun müddət susmuşuq ki… Düz qırx il susmuşuq”.
Başa düşürəm ki, qışqırıq və göz yaşını dəyişmək ol-maz, çünki o zaman meydana çıxan şey gözyaşı və qış-qırıq deyil, onların işlənmiş forması olacaq. Həyatın əvə-zinə ədəbiyyat qalacaq… Bu material və onun hərarəti be-lədir. Davamlı olaraq oynayır…
İnsan hər şeydən daha çox müharibədə, bir də ola bilsin ki, məhəbbətdə görünə bilir və özünü açır. Ən-n-n dərinlərinə qədər; dərinin altındakı təbəqələrinə qədər… Ölümün siması qarşısında bütün ideyalar ağappaq ağarır və əlçatmaz bir əbədiyyət açılır; elə bir əbədiyyət ki, onla-rın özləri belə buna hazır olmurlar. Halbuki, bütün bunlar artıq onların başlarına gəlibdir; halbuki, onlar artıq bütün bunları yaşayıblar.
Mən dəfələrlə oxunmaq üçün göndərilən belə mətn-lərə rast gəlmişəm: “Xırdalıqlar haqqında danışmaq lazım deyil. Bizim böyük qələbəmiz haqqında yaz”.
“Xırdalıqlar haqqında”… Bu, mənim üçün ən vacib olan şeyin özüdür ki var – həyatın aydınlığı və hərarəti: hörüklərin yerində buraxılan balaca kəkil; isti sıyıq və şorba qazançaları… Onları yeməyə heç kəs qalmayıb, çün-ki döyüşdən sonra yüz adamdan cəmi yeddisi geri qa-yıdıb; ya da müharibədən sonra bazara gedə və qırmızı ətin satıldığı piştaxtalara baxa bilməmək… Hətta qırmızı çitə belə baxa bilməmək…
“Ah, mənim əzizim, artıq qırx il keçib, bununla belə, mənim evimdə sən qırmızı rəngdə heç nə tapa bilməzsən. Mən müharibədən sonra qırmızı rəngə nifrət edirəm”…
* * *
Ağrıya diqqət kəsilirəm… Keçmiş günlərin sübutu olan ağrıya… Başqa bir dəlil yoxdur, mən başqa dəlillərə inanmıram. Sözlər dəfələrlə bizi həqiqətdən uzaqlaşdı-rıblar. Mən sirr ilə birbaşa əlaqəsi olan ən yüksək infor-masiya forması kimi əzabı tanıyır, onun haqqında düşü-nürəm. Sirli həyatla əlaqəsi olan ağrı…
Bütün rus ədəbiyyatı bu haqdadır. Əzab haqqında o daha çox yazıbdır, nəinki məhəbbət haqqında. Və mənə də bu haqda daha çox şeylər danışırlar.
* * *
Onlar kimdirlər – rusdurlar, yoxsa sovet qadınları? Yox, onlar sovet qadınları idilər – həm ruslar, həm belo-ruslar, həm ukraynalılar, həm taciklər…
Hər halda o var idi – sovet insanı… Belə insanlar, mə-nə elə gəlir ki, bir də heç vaxt olmayacaqlar, onların özləri də artıq bunu başa düşürlər. Hətta biz, onların övladları belə fərqliyik. Nəvələr haqqında isə heç danışmağa dəy-məz…
Amma mən onları sevirəm. Onlarla fəxr edirəm. On-ların Stalini və QULAQ-ı
var idi. Amma Qələbələri də vardı. Və onlar da bunu bilirdilər.
Bu yaxınlarda bir məktub aldım:
“Qızım məni çox sevir, mən onun üçün qəhrəmanam, əgər sizin kitabınızı oxusa, sarsılacaq. Çirkab, bitlər, bitib-tükənməyən qan – bütün bunlar həqiqətdir. İnkar etmi-rəm. Ancaq bu barədə olan xatirələrin xeyirxah hislər do-ğurması mümkündürmü? İgidliyə hazırlaması…”
Mən bir daha əmin oldum ki, bizim yaddaşımız heç də ideal vasitə deyil. O nəinki özbaşına və şıltaqdır, həm də zamanın zəncirinə bağlı qalıb – köpək kimi.
Onlar başlarına gələn, onlarla baş verən o şeyə aşiq-dirlər, çünki bu, yalnızca müharibə deyil, bu, həm də on-ların gəncliyidir.
* * *
Onlar danışdıqda – dinləyirəm… Onlar susduqda – dinləyirəm… Onlarda hər şey – həm sözlər, həm də sükut – mənim üçün mətndir.
– Bu, çap olunmaq üçün deyil, sənin üçündür…
Kim ki bir az yaşlı idi, qatarda fikirli halda oturmuş-du. Kədərli. Mən bir mayorun gecə, hamı yatdığı zaman mənimlə Stalin haqqında söhbət etməyə başladığını xatır-layıram. O, bərk içmiş, cəsarətlənmişdi, etiraf edirdi ki, atası artıq on ildir yazışma hüququ olmadan əsir düşər-gəsində yaşayır. Sağdırmı, yoxsa yox – məlum deyil.
Bu mayor çox qorxulu sözlər dedi:
– Mən Vətəni müdafiə etmək istəyirəm, amma inqila-bın xəyanətkarı olan Stalini qorumaq istəmirəm.
Mən heç vaxt belə sözlər eşitməmişdim. Çox qorx-dum. Xoşbəxtlikdən o, səhər harasa yoxa çıxdı. Yəqin ki, qatardan düşüb getmişdi…
– Sən heç yerdə bunları ağzından qaçırma. Öz ara-mızda deyirəm… Mən Oksana ilə dostluq edirdim, o Uk-raynadan idi. Ukraynada olan dəhşətli aclıq haqqında ilk dəfə ondan eşitdim. Aclar dənizi. Onların kəndində in-sanların yarısı aclıqdan həlak olmuşdu. Oksananın da bü-tün kiçik qardaşları, ata-anası ölmüşdü, özü isə kolxozun tövləsindən at peyini oğurlayaraq yeməklə xilas ola bil-mişdi. Heç kim bunu yeyə bilmirdi, o isə yemişdi:
– İsti-isti ağıza almaq olmur. Ən yaxşısı donmuş hal-da yeməkdir, onda saman qoxusu verir.
Mən deyirdim:
– Oksana, yoldaş Stalin mübarizə aparır… O ziyan-vericiləri məhv edir, amma onlar çoxdurlar.
– Yox, – o mənə cavab verirdi, – sən axmaqsan. Atam tarix müəllimi idi, o mənə deyirdi: “Nə vaxtsa yoldaş Stalin öz cinayətlərinə görə cavab verəcək”.
Mən komissarın yanına getmək istədim. Hər şeyi da-nışmaq. Bəlkə, Oksana düşməndir? Casusdur? Amma iki gün sonra o döyüşdə həlak oldu. Onun doğmalarından heç kim sağ qalmamışdı, ona görə də qara kağızı göndər-məyə ehtiyac da olmadı…
… Bu mövzuya ehtiyatla və nadir hallarda toxunurlar. Hər zaman da bir qədər çaşqınlıqla. Onlar indiyə qədər də nəinki Stalin hipnozu və qorxusu ilə, eyni zamanda özlərinin köhnə inancları ilə də iflic vəziyyətdə yaşayırlar. Onun sona qədər söndürülməmiş atəşi içindədirlər. Əgər mən sualı birbaşa olaraq verirdimsə, belə cavab eşidir-dim: “Bəlkə, bizim nəvələrimiz bütün həqiqəti öyrəndi-lər”…
Bəs onlar bizimlə nə vaxt danışmağa başlayacaqlar? On il, iyirmi il sonra? Bunun üçün onlar öz həyatlarında çox şeyi sevməkdən vaz keçməli olacaqlar.
* * *
Əlyazma çoxdan stolun üstündədir…
Artıq iki ildir ki, nəşriyyatlardan rədd cavabı alıram. Jurnallar susur. Yazılan cavablarda verilən hökm hər za-man eynidir – həddindən artıq qorxulu müharibədən da-nışırsınız… Dəhşət çoxdur. Naturalizm də. Kommunist partiyasının aparıcı və istiqamətləndirici rolu isə görün-mür. Bir sözlə, bu, həmin müharibə deyil.
O müharibə necə idi ki? Generallar və müdrik gene-ralissimuslarla? Qansız və detallarsız? Qəhrəmanlar və şücaətlərlə dolu? Mən isə uşaqlıqdan xatırlayıram: nə-nəmlə birlikdə böyük bir tarlanın içindən keçərək gedir-dik, o mənə söhbət edirdi: ”Müharibədən sonra bu tarla-da uzun müddət heç nə bitmədi. Almanlar geri çəkilirdi-lər. Bax, burada döyüş oldu. İki gün döyüşdülər. Ölülər bir-birinin üstünə qalanmışdılar, yola döşənmiş şpallar
kimi. Almanlar və bizimkilər. Yağışdan sonra onların ha-mısının üzü ağlamış adamın üzünə bənzəyirdi. Biz bütün kənd birləşərək onları düz bir ay dəfn etməklə məşğul ol-duq…”
Həmin tarlanı necə unuda bilərəm ki?
Mən sadəcə qeyd etmirəm. Mən əzabın balaca insan-dan böyük İnsan yaratdığı o yerlərdə ruhları toplayır və izləyirəm. Mən o tarixin lal və iz qoymayan proletariatını deyil, onun ruhunu kəşf etmişəm. Onun sözünü dinləyi-rəm. Onun mətnini.
Belə olduğu halda hakimiyyətlə münaqişəm nədən ibarətdir?
Mən başa düşdüm – böyük ideyaya balaca adam la-zımdır! Ona o, böyük halda gərək deyil. Münasib görün-mür… Emal zamanı çox zəhmət tələb edir. Mən isə onu axtarıram. Balaca Böyük adamı gəzirəm. Aalçaldılmış, tapdalanmış, təhqir edilmiş – Stalin düşərgələrindən və satqınlıqdan keçərək sonunda qalib gələn adamı… O ada-mı ki, Möcüzə yaratdı. Və heç kim onun əlindən bu Qə-ləbəni ala bilməz.
ON YEDDI İL SONRA
2002-2004-cü illər